“Recepta”: 700 min dollarlıq investisiya və qlobal əməkdaşlıq
Icma.az bildirir, Demokrat.az portalına istinadən.
“Startap” şəhadətnaməsi ilə 3 illik vergi güzəştini başa vuran layihələrdən biri də “Recepta”dır. Layihə kağız çekləri fərdiləşdirilə bilən rəqəmsal çeklərlə əvəz etmək məqsədilə yaradılıb.
Layihə rəhbəri Fuad Heydərlinin sözlərinə görə, 3 ölkədə təmsil olunan şirkət artıq 700.000 ABŞ dolları investisiya cəlb edib və ciddi nailiyyətlər qazanıb. Onlar dünyanın ən büyük POS-terminal təminatçısı olan “Ingenico” və “Clover” ilə əməkdaşlıq edərək tezliklə Kanada, ABŞ və Meksikada fəaliyyətə başlayacaqlar.
F.Heydərli qeyd edib ki, şəhadətnamə biznesin ilkin mərhələdəki xərclərini əhəmiyyətli dərəcədə azaldıb. Vergi güzəşti sayəsində qənaət edilən vəsait isə daha çox layihənin təkmilləşdirilməsinə, marketinq və reklam fəaliyyətlərinə yönəldilib. Həmsöhbətimiz vurğulayıb ki, rəsmi şəhadətnamə layihənin ciddiliyindən və perspektivindən xəbər verir, bu isə investorların və fondların diqqətini çəkən ən mühüm faktorlardan biridir.
Teknofest-2022 - “Take off Startup” sammitinin qalibi olan layihə VISA İnnovasiya Proqramına seçilmiş ilk yerli startapdır. Bundan əlavə, AYİB-nin “Star Venture” proqramına Qafqaz regionu üzrə seçilmiş 10 startapdan biridir. Layihə rəhbəri, həmçinin, Puerto Riko dövlətindən qrant almağı və “NVIDIA inception” proqramına da qatılmağı bacarıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:700 min dollarlıq işini tərk etdi
22 Fevral 2026 20:54
Qlobal əməkdaşlıq nümunəsi
29 Aprel 2025 18:37
825 milyon dollarlıq əməkdaşlıq memorandumu imzalanıb
04 Dekabr 2024 06:22
Fransada muzeydən 700 min dollarlıq qızıl nümunələri oğurlandı
19 Sentyabr 2025 14:34
Qlobal əhəmiyyətli regional əməkdaşlıq
12 Fevral 2026 11:33
Baxış sayı:150
Bu xəbər 30 Aprel 2026 15:31 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları