Icma.az
close
up
RU
Qlobal əhəmiyyətli regional əməkdaşlıq

Qlobal əhəmiyyətli regional əməkdaşlıq

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ-Azərbaycan strateji tərəfdaşlığı dünya mediasının diqqətində...

ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri dünya mediasının diqqətindədir.Səfər zamanı iki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası, Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Vitse-prezidenti Cey. Di. Venslə mətbuata birgə bəyanatı zamanı səsləndirilən fikirlər dünya mediasında geniş yer alıb. ABŞ-ın “Associated Press”, “News Nation”, “Fox New”, ABC, CNN, “The Washington Post”, PBS, “Forbes Breaking News”, “C-Span” kimi media orqanları səfəri geniş şəkildə işıqlandırıb və ya mətbuata birgə bəyanatı canlı yayımlayıblar.
“The Washington Post” yazır ki, səfər zamanı Vens sovet dövründən qalma dəmir yolunun tərk edilmiş hissəsini Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutuna (TRIPP) çevirəcək yeni tranzit dəhlizi planlarını açıqlayıb. Qeyd olunur ki, bu marşrut Ermənistan vasitəsilə Azərbaycanı Naxçıvan anklavı və Türkiyə ilə birləşdirəcək.
“Artıq altı aydır ki, biz sülh şəraitində yaşayırıq. Biz sülh içində yaşamağı öyrənirik. Prezident Trampa Qafqazda sülhə verdiyi töhfəyə görə çox minnətdarıq”, - deyə PBS Azərbaycan Prezidenti İlham Əliyevin mətbuata birgə bəyanatdakı çıxışına istinadla qeyd edir.
“Nyu York Post” yazır ki, mətbuata bəyanat zamanı Vitse-prezident Cey. Di. Vens Əfqanıstandakı ABŞ qüvvələri ilə birlikdə Azərbaycanın rolunu vurğulayıb, ABŞ-ın dəniz təhlükəsizliyinə yeni dəstəyini elan edib və Prezident Trampın iştirakı ilə Azərbaycan və Ermənistan arasında imzalanmış mühüm razılaşmadan sonra tərəfdaşlığın regional sülhün və iqtisadi əməkdaşlığın gücləndirilməsinə kömək edəcəyini bildirib.
“Herald USA” bildirir ki, iki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası müdafiə, təhlükəsizlik, ticarət, investisiya kimi sahələrdə əməkdaşlıq çərçivəsi formalaşdırır.
Bununla yanaşı, “Reuters”də dərc olunmuş “ABŞ və Azərbaycan Vensin səfəri çərçivəsində strateji tərəfdaşlıq müqaviləsi imzalayıblar” sərlövhəli yazıda qeyd olunur ki, Azərbaycan Prezidenti İlham Əliyev mətbuata birgə bəyanat zamanı ABŞ və Azərbaycan arasında münasibətlərin bu gün tamamilə yeni mərhələyə qədəm qoyduğunu deyib. Yazıya əsasən, Vens bildirib ki, ABŞ Azərbaycana ərazi sularını qorumaq üçün gəmilər göndərəcək. Vurğulanır ki, Xartiya ilk dəfə avqust ayında Vaşinqtonda Prezident İlham Əliyevlə Prezident Donald Tramp arasında danışıqlarda təqdim olunub.
Fransanın AFP agentliyi yazır ki, ABŞ ilə Azərbaycan arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmasından öncə Vens Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Qeyd olunur ki, görüşdə Vens müqavilənin bu tərəfdaşlığı rəsmiləşdirəcəyini və ABŞ-Azərbaycan münasibətlərinin qalıcı olacağını çox aydın şəkildə göstərəcəyini bildirib.
“Biz təhlükəsizlik və antiterror əməliyyatları məsələləri üzərində işimizi davam etdirəcəyik”, - deyə yazıda Prezident İlham Əliyevin çıxışına istinad edilərək qeyd olunub.
Səfər Türkiyənin “Anadolu Agentliyi”, “Hürriyet”, “CNN Turk”, “TRT Avaz”, “Son dakika”, “Dünya”, “Haber Türk” media orqanlarında və bir sıra saytlarında geniş işıqlandırılıb. “Hürriyet”də dərc olunmuş “İmzalar atıldı. Azərbaycanla ABŞ arasında vacib anlaşma” başlıqlı yazıda bildirilir: “Birgə bəyanat zamanı Prezident İlham Əliyev deyib ki, dünyanın ən qüdrətli ölkəsi – Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq böyük şərəfdir”.
Rusiyanın TASS, “Komsomolskaya Pravda”, RBK, “Interfax”, “Russian Today”, “lenta.ru” və digər informasiya agentlikləri ABŞ ilə Azərbaycanın Strateji Tərəfdaşlıq haqqında saziş imzalamasına geniş yer veriblər.
“Azərbaycan və ABŞ Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində ərazi bütövlüyünün qarşılıqlı tanınması barədə razılığa gəliblər”, - deyə “RIA Novosti” yeni imzalanmış sənədə istinadən yazır.
Almaniyanın “Deutsche Welle” saytında dərc olunmuş “Vens Azərbaycan və Ermənistanla aktiv şəkildə sövdələşmələr bağlayır” adlı yazıya əsasən, Vens Azərbaycanda bildirib ki, müqavilə iki ölkə arasında tərəfdaşlığı rəsmiləşdirəcək və ABŞ-Azərbaycan münasibətlərinin qalıcı olacağını çox aydın şəkildə göstərəcək. Qeyd olunur ki, Vensin səfəri ABŞ-ın Cənubi Qafqazda təsirini genişləndirməyə çalışdığı bir zamanda gerçəkləşir.
Həmçinin İtaliya, Yaponiya, Rumıniya, Monteneqro, İran, Qazaxıstan, Ukrayna, Gürcüstan, Çin, Polşa, Bolqarıstan, Avstriya, Latın Amerikası ölkələri, ərəb ölkələri mediası Vensin Cənubi Qafqaz səfəri, imzalanmış sənədlər və bu əlaqələrin regional əməkdaşlıq üçün açdığı imkanlar barədə yazıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 Fevral 2026 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri