Icma.az
close
up
RU
Region həkimləri ilə ana və uşaq sağlamlığı mövzusunda dəyərli təcrübə və bilik mübadiləsi aparıldı

Region həkimləri ilə ana və uşaq sağlamlığı mövzusunda dəyərli təcrübə və bilik mübadiləsi aparıldı

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Lənkəran şəhərində 25-26 yanvar tarixlərində Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və “Lasomedgroup”un dəstəyi ilə Azərbaycan Pediatrlar Assosiasiyasının “Milli Pediatriya Akademiyası-95 il” yubiley layihəsi çərçivəsində növbəti konfransı keçirilib. 

Konfransın əsas məqsədi, uşaq sağlamlığının inkişaf dinamikasında əhəmiyyətli amilləri ön plana çıxarmaq, profilaktika, erkən diaqnostika və müalicə metodlarını təkmilləşdirmək, milli pediatriyanın üzləşdiyi çətinliklərə həll yolları təklif etmək, həmçinin regionlarda səhiyyə xidmətlərinin inkişafına yönəlmiş yeni strategiyaları müzakirə etmək olub.

Lənkəran, Astara, Lerik, Masallı, Cəlilabad, Biləsuvar, Salyan, Neftçala, Şirvan və Mingəçevir şəhərlərindən iki yüzə yaxın həkim və mütəxəssis iştirak etdi “Pediatriyanın aktual problemləri” mövzusuna həsr olunmuş bu mühüm tədbir milli səhiyyə sistemində ana və uşaq sağlamlığının prioritet olaraq qorunması, erkən diaqnostika və müalicə sahəsində müasir yanaşmaların tətbiqini nəzərdən keçirməyə imkan yaradıb.

Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti, Azərbaycan Tibb Universitetinin II Uşaq Xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə açılış nitqində layihənin əhəmiyyətindən danışıb. Qeyd edib ki, Bakıda, Gəncədə, Sumqayıtda və Lənkəranda təşkil olunan bu konfranslar pediatriya sahəsində aktual problemləri, innovativ həlləri və yeni yanaşmaları geniş şəkildə müzakirə etmək üçün mühüm platforma rolunu oynayır, eyni zamanda region həkimlərinin təcrübə və bilik mübadiləsi aparması, milli səhiyyənin inkişafına töhfə verir.

Alim "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ekologiyanın, ətraf mühitin uşaq sağlamlığına təsiri” “Uşaqlarda kəskin bağırsaq infeksiyası” və “Susuzlaşmanın dərəcələrinin pediatrik praktikada diferensasiyası” mövzularında təqdimatlarla çıxış edib.

Tədbir zamanı müasir pediatriyanın tətbiqi aspektləri, uşaqlarda müxtəlif xəstəliklərin diaqnostikası, müalicəsi və profilaktikası haqqında geniş təqdimatlar edilib. Allergik, pulmonoloji, endokrinoloji, qastroenteroloji, hematoloji və metabolik xəstəliklərin müasir yanaşmalarla müalicəsi diqqət mərkəzində olub.

Konfransda çıxış edənlər – professor Mir Eldar Babayev "Uşaqlarda kəskin leykozun klinik manifestasiya formaları, diaqnostik səhvlər. Praktikadan çıxarış", dosentlər– Ülviyyə Hacıyeva “Uşaqlarda pnevmoniyaların diaqnostika və müalicəsinə müasir yanaşma”, “Pediatrik praktikada EKQ-nin interpretasiyası”, Fəxriyyə Məmmədova “Uşaqlarda respirator xəstəliklərin atipik gedişi: diaqnostika və müalicəyə yeni baxış”, “Kardioloji patologiya üzrə risk qrupuna daxil olan uşaqlarda pediatrın taktikası”, Lalə Hidayətova “Postinfeksion sindromunun qastrointestinal təzəhürləri”, “Qastrointestinal allergiyalar: Pediatrın təcrübəsində həll yolları”, Nigar Hacıyeva “Kəskin respirator viruslar və ətraf mühit. Əlaqə varmı?”, Səbinə Cəfərova “COVID-19 keçirmiş uşaqlarda multisitem iltihabi sindromun klinik-immunoloji təzahürləri və gediş xüsusiyyətləri”,  həkim İlahə Hacıyeva "Neyroinkişaf geriliyi olan uşaqlara yanaşma" və digər mövzularda məruzələr səsləndiriblər.

Həmçinin konfransda ana və uşaq sağlamlığını səhiyyə xidmətlərində daha vacib edən mühüm səbəblər, hamiləlik, böyümə və inkişaf prosesləri zamanı xəstəlik və ölüm hallarına səbəb olan bioloji xüsusiyyətlər, uşaqlarda xronik xəstəliklər, yetkinlik dövründə fiziki, psixi sağlamlıq və son illərdə doğum nisbətində və əhalinin artımında müşahidə olunan tendensiyalardan bəhs ediblər, master-klas keçiblər.

Konfransın ikinci günü müxtəlif sahələrdə çalışan uşaq həkimləri ilə “Sağlam həyat tərzinin təşviqində pediatrların rolu” mövzusunda dəyirmi masa keçirilib, bu sahədə olan çətinliklər və onların həll yolları müzakirə edilib. 

Sonda iştirakçılara Səhiyyə Nazirliyi tərəfindən 12 DTT balı ilə qiymətləndirilmiş sertifikatlar təqdim olunub. 

Lənkəranda keçirilən bu mötəbər tədbir bir daha göstərir ki, sağlam nəsil yetişdirmək üçün innovativ yanaşmaların tətbiqi, bilik mübadiləsi və geniş əməkdaşlıq həyati əhəmiyyət kəsb edir. Bu təşəbbüs həm milli səhiyyənin, həm də pediatriya sahəsinin gələcək inkişafı üçün önəmli zəmin yaradır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:77
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Yanvar 2025 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see198

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see151

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see141

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see140

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see133

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see132

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see132

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see129

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see128

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see121

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri