Icma.az
close
up
RU
2025 ci ildə Ümumdünya Sağlamlıq Günü ana və uşaq sağlamlığı mövzusunda qeyd edilir

2025 ci ildə Ümumdünya Sağlamlıq Günü ana və uşaq sağlamlığı mövzusunda qeyd edilir

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 7 aprel, AZƏRTAC

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hər il aprelin 7-də qeyd olunan Ümumdünya Sağlamlıq Gününün bu il ana və uşaq sağlamlığı mövzusunda qeyd olunduğunu bildirib.

AZƏRTAC xəbər verir ki, təşkilatın 1950-ci ildən bəri qeyd olunan bu əlamətdar gün münasibətilə yaydığı məlumatda deyilir: “2025-ci il aprelin 7-də qeyd olunan Ümumdünya Sağlamlıq Günü ana və yeni doğulan körpələrin sağlamlığı ilə bağlı bir il davam edəcək kampaniyaya start verəcək. “Sağlam başlanğıclar, ümidli gələcək” adlı kampaniya hökumətləri və səhiyyə ictimaiyyətini analar və yeni doğulan körpələr arasında qarşısı alına bilən ölümlərə son qoyulması üzrə səyləri artırmağa, qadınların uzunmüddətli sağlamlığına və rifahına üstünlük verməyə çağırır. ÜST və tərəfdaşları, həmçinin sağlam hamiləlik, doğuşlar və anaların sonrakı sağlamlığını dəstəkləmək üçün faydalı məlumatları paylaşacaq”.

ÜST hər bir qadının və körpənin sağ qalmasına və inkişaf etməsinə kömək etmək üçün birgə səylərin vacibliyini vurğulayaraq qeyd edib: “Bu vəzifə kritikdir. Təəssüf ki, hazırda dərc edilmiş hesablamalara əsasən, hər il 300 minə yaxın qadın hamiləlik və ya doğuş səbəbindən həyatını itirir, 2 milyondan çox körpə həyatının ilk ayında ölür və onların 2 milyondan çoxu ölü doğulur. Bu, hər 7 saniyədə təxminən qarşısı alına bilən bir ölüm halı deməkdir”.

Təşkilat vurğulayır ki, mövcud tendensiyalara əsasən, 5 ölkədən 4-ü 2030-cu ilə qədər anaların sağ qalma səviyyəsini yaxşılaşdırmaq üçün hədəflərə çatmaq yolunda deyil. Hər 3 ölkədən 1-i yeni doğulmuş ölümlərin azaldılması hədəflərinə çata bilməyəcək.

Müraciətdə, həmçinin qadınları dinləmək və ailələrə dəstək olmaq çağırışı da yer alıb. “Qadınların və ailələrin hər yerdə, doğuşdan əvvəl, doğuş zamanı və sonrakı dövrdə onlara fiziki və emosional dəstək verən yüksəkkeyfiyyətli qayğıya ehtiyacı var. Ana və yeni doğulan körpələrin sağlamlığına təsir edən bir çox sağlamlıq problemlərini idarə etmək üçün səhiyyə sistemləri təkamül etməlidir. Bunlara təkcə birbaşa mamalıq fəsadları deyil, həm də psixi sağlamlıq vəziyyəti, yoluxucu olmayan xəstəliklər və ailə planlaması daxildir. Anaların və körpələrin sağlamlığı sağlam ailələrin və icmaların təməlidir, eyni zamanda, hamımız üçün ümidli gələcəyi təmin etməyə kömək edir”, -deyə ÜST vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Aprel 2025 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri