Icma.az
close
up
RU
Pediatrların qurultayında “Uşaqların sağlamlığı: məktəbin və cəmiyyətin prioriteti” mövzusunda fikir mübadiləsi aparılıb

Pediatrların qurultayında “Uşaqların sağlamlığı: məktəbin və cəmiyyətin prioriteti” mövzusunda fikir mübadiləsi aparılıb

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 28 oktyabr, AZƏRTAC

“Azərbaycan Pediatrlar Assosiasiyasının 42-ci Milli Qurultayı” öz işinə başlayıb. Tədbir çərçivəsində İctimai Səhiyyə və İslahatlar Mərkəzində “Uşaqların sağlamlığı: məktəbin və cəmiyyətin prioriteti” mövzusunda dəyirmi masa keçirilib.

AZƏRTAC xəbər verir ki, dəyirmi masada TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Bakı Baş Səhiyyə İdarəsi, Azərbaycanın Tibb Universiteti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatı, Elm və Təhsil Nazirliyi, universitetlərin kafedra müdirləri, ümumtəhsil məktəblərinin direktorları, səhiyyə mərkəzlərinin həkimlər və ictimai təşkilatların nümayəndələri iştirak ediblər.

Açılış nitqində İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Səbinə Babazadə bildirib ki, uşaqların sağlamlığı təkcə tibbi xidmətlərlə təmin olunmamalıdır. Məktəb mühiti, ailə təhsili və maarifləndirmə ilə birgə bu sahədə uğurlar əldə olunur.

Səhiyyə Nazirliyinin sektor müdiri Aynurə Zeynalova uşaq və yeniyetmələrin sağlamlığının qorunmasının dövlət siyasətində prioritet istiqamət olduğunu bildirib. O, müasir tibbi yanaşmalar sayəsində ana və uşaq ölümünün əhəmiyyətli dərəcədə azaldığını diqqətə çatdırıb və profilaktik tədbirlərin geniş tətbiqinin vacibliyini vurğulayıb.

Tədbir uşaqların sağlamlığının qorunması, müasir profilaktik tədbirlərin tətbiqi və tibbi xidmətlərin keyfiyyətinin artırılması sahəsində əhəmiyyətli platforma kimi qiymətləndirilib.

Bundan əlavə, gələcək üçün bir sıra innovativ təkliflər də irəli sürülüb. Ekspertlər məktəblərdə “ağıllı həkim kabinetləri”nin yaradılmasını, uşaqların sağlamlıq kartı ilə təmin olunmasını, dispanserizasiyanın və profilaktik baxışların sistemli şəkildə təşkilini, eləcə də “sağlamlıq dərsləri” vasitəsilə həm uşaqların, həm də valideynlərin tibbi maarifləndirilməsini vacib hesab ediblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:94
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Oktyabr 2025 06:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see278

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see277

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see260

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see244

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see236

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see223

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see193

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see187

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see184

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see169

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see150

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see149

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see147

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see140

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri