Icma.az
close
up
RU
Regional sabitliyə doğru birgə addımlar

Regional sabitliyə doğru birgə addımlar

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

“Azərbaycan və gürcü xalqları əsrlər boyu sülh, mehribanlıq, qardaşlıq şəraitində yaşamışlar və bu, indi də belədir. O cümlədən, dövlətlərarası münasibətlər yüksək səviyyədə qurulub. Bu gün Azərbaycan və Gürcüstan strateji tərəfdaşlardır”.Bu fikirləri Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

O qeyd edib ki, bu strateji tərəfdaşlığın inkişafı və genişləndirilməsi daim hər iki ölkənin dövlət başçılarının diqqət mərkəzində saxladıqları məsələdir. “Bu baxımdan Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin aprelin 16-da ölkəmizə səfəri mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev vurğulayıb ki, Gürcüstan və Azərbaycanın birgə icra etdikləri layihələr həm ölkələrimiz, xalqlarımız üçün, həm də daha böyük coğrafiya üçün vacib önəm daşıyır. Məlumdur ki, ölkəmizin enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit ölkə kimi çıxış edir. Bu da o deməkdir ki, Azərbaycan-Gürcüstan əlaqələri Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatı baxımdan mühüm əhəmiyyət kəsb edən amildir”.
K.Qafarov Azərbaycan və Gürcüstan prezidentlərinin mətbuata bəyanatlarında mühüm məqamların əks olunduğunu vurğulayıb: “Qeyd etmək lazımdır ki, iki qonşu ölkə arasında möhkəm və etibarlı tərəfdaşlıq əlaqələrinin formalaşması üçün, ilk növbədə, bu ölkələr arasında heç bir qarşılıqlı ərazi iddiaları olmamalıdır. Gürcüstanın Prezidenti mətbuata verdiyi bəyanatında bildirib ki, Gürcüstan və Azərbaycan bir-birinin suverenliyini və ərazi bütövlüyünü hər zaman qətiyyətlə dəstəkləyib. Həmçinin, dövlətimizin başçısı Azərbaycanla Gürcüstan arasında mövcud olan siyasi əlaqələrin bütün qonşular üçün nümunə ola biləcəyini hər zaman öz çıxışlarında qeyd edib. Aprelin 16-da mətbuata bəyanatında isə cənab İlham Əliyev bir daha söyləyib ki, bu gün Avropanın enerji təhlükəsizliyini Azərbaycansız və Gürcüstansız təsəvvür etmək mümkün deyil. Qeyd olunub ki, hazırda nəqliyyat-kommunikasiya sahəsində əldə edilmiş nailiyyətlər, yeni inşa olunmuş dəmir yolları, limanlar həm Azərbaycanda, həm Gürcüstanda böyük sinerji yaradıb və bu marşrut Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilib. Əminliklə demək olar ki, Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri bundan sonra da həm ölkələrimizin inkişafına və xalqlarımızın rifah yüksəlişinə, həm də Avropanın enerji təhlükəsizliyinə misilsiz töhfələr verəcəkdir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Aprel 2025 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see348

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see326

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see274

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

16 Avqust 2026 04:05see271

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see221

Masazırda bayquş ulayırdı!

16 Avqust 2026 00:07see220

Bu ölkə ilə əlaqələri gücləndirəcəyik Pezeşkian

16 Avqust 2026 00:20see209

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see207

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see196

Günay bikinidə fotolarını yaydı

16 Avqust 2026 03:05see195

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see194

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see192

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see186

Epşteyn işi ilə bağlı maraqlı məqam: Playboy un sahibi FTB yə dəfələrlə zəng edibmiş

16 Avqust 2026 00:18see184

Moskva Dəməşq arasında birbaşa aviareyslər bərpa olunur

16 Avqust 2026 03:18see181

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see177

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see176

Almaniyada Ukraynanın vəziyyətinin kövrək olduğu etiraf edilib

16 Avqust 2026 01:20see176

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see175

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri