Icma.az
close
up
RU
Regional sabitliyə töhfə

Regional sabitliyə töhfə

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Macarıstanın paytaxtı Budapeşt mayın 21-də bir daha tarixə şahidlik etdi. Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü türk dünyasının geosiyasi qlobal güc kimi formalaşmaqda olduğunu nümayiş etdirdi. Bu görüş yalnız bir diplomatik hadisə deyil, həm də ortaq mədəni yaddaşın və strateji hədəflərin real platforması oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu görüşdəki çıxışı isə həm təşkilata, həm də bütövlükdə türkdilli ölkələr arasında əlaqələrə verilən strateji önəmin aydın təzahürü idi. “Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının keçən il Azərbaycanın təşəbbüsü ilə Şuşada ilk qeyri-rəsmi Zirvə görüşü keçirilmişdir. Şadam ki, bu təşəbbüsün davamı olaraq ikinci qeyri-rəsmi Zirvə görüşü təşkil edilir”, – deyə Prezident Əliyevin sözləri təşkilat daxilində davamlılıq, həmrəylik və siyasi iradənin möhkəmləndiyini göstərir. Bu cür zirvə görüşlərinin siyasi çəkisi ilk növbədə Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun artması ilə ölçülür.

Prezident İlham Əliyevin də vurğuladığı kimi, Macarıstanın təşkilatla əməkdaşlığı və müstəqil siyasəti, təşkilatın Avropada dayaq nöqtəsi tapmasına şərait yaradır. Azərbaycan-Macarıstan münasibətləri bu baxımdan nümunəvidir: “Macarıstan Azərbaycanın etibarlı strateji tərəfdaşıdır. Macarıstan müstəqil siyasət aparan ölkədir və beynəlxalq nüfuzu daim artmaqdadır.” Eyni zamanda, Prezidentin Qırğızıstanın TDT-yə sədrliyini yüksək qiymətləndirməsi və Bakıda keçiriləcək rəsmi Zirvə görüşünə dəvəti, təşkilatın daxili ritmini təmin edən siyasi nəzakət və həmrəylik ənənəsinin davamıdır.
Prezident İlham Əliyevin çıxışının önəmli hissəsi bir də iqtisadi əməkdaşlıq və regional logistik sistemlərin qurulması ilə bağlı idi. Təsadüfi deyil ki, dövlət başçısı 2024-cü ildə Türkiyənin və Mərkəzi Asiya dövlətlərinin Azərbaycan ərazisindən keçən tranzit yüklərinin 11 milyon tona çatdığını diqqətə çatdırdı. Bu, yalnız statistik göstərici deyil – bu, Orta Dəhlizin funksionallığının real nəticəsidir. Azərbaycan son illər ərzində nəqliyyat infrastrukturlarına etdiyi böyük sərmayələrlə türk dünyasına ortaq xidmət göstərən logistik qovşağa çevrilmişdir: “Nəticədə, açıq dənizlərə çıxışı olmasa da, Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilmişdir.” Orta Dəhlizin rəqəmsallaşdırılması, Xəzər dənizində vahid rəqəmsal platforma yaradılması və Bakı gəmiqayırma zavodunda tikilən 10 yeni gəmi – bütün bunlar təkcə Azərbaycanın deyil, türk dünyasının tranzit imkanlarını genişləndirmək məqsədinə xidmət edir. Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin 25 milyon tona çatdırılması isə regional ticarətin mərkəzinin harada olduğunu artıq sual altında qoymur. Zirvə görüşünün daha bir mühüm müzakirə mövzusu Azərbaycanın ev sahibliyi etdiyi COP29 konfransı oldu. Cənab Prezident İlham Əliyev bu tədbirin yalnız ekoloji deyil, eyni zamanda diplomatik uğur olduğunu belə ifadə etdi: “Azərbaycan COP29-da Qlobal Cənubla Qlobal Şimal arasında körpü qurmağa müvəffəq oldu.” 77 min iştirakçı, 197 ölkə, 70-dən artıq dövlət və hökumət başçısı – bu, təkcə tədbirin miqyası deyil, həm də Azərbaycanın və onun liderliyinin qlobal etimad göstəricisidir. Üstəlik, cənab Prezidentin vurğuladığı kimi, karbon bazarlarının tənzimlənməsi və yeni maliyyə hədəfinin müəyyən edilməsi kimi mühüm nəticələr də məhz Bakıda əldə olundu. COP29 çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan liderləri tərəfindən imzalanan yaşıl enerji üzrə strateji saziş türk dövlətləri üçün yaşıl gələcəyə doğru ilk böyük addımlardan biridir: “Bu saziş ölkələrimizdə istehsal edilən yaşıl enerjinin Xəzər-Qara dəniz marşrutu ilə dünya bazarlarına ixracı üçün geniş imkanlar yaradır.” Budapeştdə keçirilmiş qeyri-rəsmi Zirvə görüşü bir daha sübut etdi ki, türk dövlətləri ortaq tarixlərini, ortaq maraqlarını və ortaq gələcəyini eyni xəttə birləşdirməyi bacarıblar.
Prezident İlham Əliyevin liderliyində Azərbaycan bu prosesin həm ideya müəllifi, həm də praktik icraçısı kimi çıxış edir. TDT artıq yalnız mədəni kimlik platforması deyil – o, qlobal iqtisadi sistemə inteqrasiya edə biləcək, siyasi çəkisini artıran və regional sabitliyə töhfə verən bir birlikdir. Budapeşt Zirvəsi bu həqiqətin təntənəli və bariz nümunəsi oldu.

Rüstəm Nağıyev
YAP Gədəbəy rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 26 May 2025 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see944

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see569

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see314

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see299

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see297

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see294

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see290

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see248

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see222

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see198

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see191

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see190

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see188

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see188

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see188

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see185

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see183

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see179

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see171

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri