Icma.az
close
up
RU
Regionda böyük proses başladı Gürcüstanla bağlı xoşagəlməz vəziyyət

Regionda böyük proses başladı Gürcüstanla bağlı xoşagəlməz vəziyyət

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ermənistanın xarici işlər nazirinin müavini Vaan Kostanyan İRNA-ya müsahibəsində növbəti 3+3 formatlı görüşün Bakı və ya İrəvanda baş tuta biləcəyini söyləyib.

Onun sözlərinə görə, bu barədə ilkin razılıq format iştirakçısı ölkələrin xarici işlər nazirlərinin son görüşündə əldə olunub. İrəvan hesab edir ki, “3+3” formatı regional layihələrin, xüsusilə kommunikasiya ilə bağlı təşəbbüslərin müzakirəsi üçün münasib platforma ola bilər.

Bu görüşün iki ölkədən birində keçirilməsi Bakı və İrəvan arasında sülh prosesi ilə bağlı irəliləyişi narahatlıqla izləyən iştirakçı tərəflər üçün necə dəyərləndirilir? Belə olan halda, əvvəlki görüşlərə qatılmayan Gürcüstanın iştirakı mümkün görünə bilərmi?

Globalinfo.az-a danışan politoloq Mütəllim Rəhimov deyib ki, regionda sabitliyin təmin edilməsi, iqtisadi inkişafa nail olunması və sülh prosesinin qorunması üçün 3+3 formatının inkişaf etdirilməsi çox vacibdir:

“Baxmayaraq ki, bu format indiyədək uğurlu fəaliyyəti göstərə bilməyib, lakin işləmə mexanizmi tapılarsa, region üçün faydaları olduqca böyük olacaq. Həm ölkələr arasında münasibətlərin inkişafına, həm də konfliktli situasiyaların həllinə yardım edə bilər. TRİPP layihəsinin reallaşmasında da 3+3 formatının rolu danılmazdır. Çünki bu formatda yer alan iki ölkə Zəngəzur dəhlizinin əleyhinədir. Bu fikir ayrılığının dərinləşməsinin qarşısının alınması üçün mütəmadi olaraq müzakirələrin aparılmasına ehtiyac var.

Həmçinin oxuyun:

Bakıda forum keçirildi: Prezident çıxış etdi – VİDEO

Mütəllim Rəhimov

Gürcüstan indiyədək 3+3 formatında iştirak etməyib. Bu prosesə təsirli olsa da, yetərli təsir gücünə malik deyil və onu dayandıra bilməz. Həm də Gürcüstanın 3+3 formatına qoşulmaması onu regional layihələrdən də kənarda qoyur. Əgər bundan sonra da Gürcüstan indiyədək olan mövqeyini dəyişməsə, bu ona gələcəkdə daha da baha başa gələcək. Çünki proses inkişaf edir, hadisələr dinamikdir və onu ləngitmək mümkün deyil.

3+3 formatında görüşlərin növbəli şəkildə bura daxil olan ölkələrdə keçirilməsi qarşılıqlı etimadı da artıra bilər. Ona görə də bu görüşlərdən birinin Bakıda və İrəvanda keçirilməsi platformanın məqsədlərinə faydalı olar. Artıq qısqanclıq zəminində yanaşmalar heç nəyi dəyişə bilməz. İnkişaf edən prosesə qoşulanlar gələcəyə daha etibarlı dayaqlarla gedəcək, bu prosesdə iştirak etməyənlər isə hər şeydən kənarda qalacaqlar. Gürcüstan da bunu diqqətdə saxlamalıdır. İndi heç kim ona yük olanı daşımaq istəmir, lakin yoldaşlıq edərsə, birgə addımlamağa razılaşar”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 15 Avqust 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri