Regionda gərginlik: BƏƏ üç ölkəyə səfərləri dayandırdı
Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) vətəndaşlarının İran, Livan və İraqa səyahət etməsini qadağan etdiyini açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, BƏƏ-nin rəsmi xəbər agentliyi WAM-da yayımlanan məlumata görə, BƏƏ Xarici İşlər Nazirliyi bölgədəki mövcud vəziyyətlə əlaqədar olaraq vətəndaşların İran, Livan və İraqa səfərinin qadağan edildiyini bildirib.
Qeyd olunub ki, adı çəkilən ölkələrdə olan BƏƏ vətəndaşları ən qısa müddətdə həmin ölkələri tərk edərək BƏƏ-yə qayıtmalıdırlar.
Nazirlik vətəndaşların təhlükəsizliyinin prioritet olduğunu vurğulayaraq, xaricdə olan BƏƏ vətəndaşlarını verilən təlimat və xəbərdarlıqlara əməl etməyə çağırıb.
Bundan əlavə, İran, Livan və İraqda olan vətəndaşlardan görülən qabaqlayıcı tədbirlər çərçivəsində BƏƏ qurumları ilə əlaqə saxlamaları istənilib.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 01 May 2026 10:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















