Icma.az
close
up
RU
Regionda qaynar trafik: Zelenskinin Ankara səfərinin pərdəarxası

Regionda qaynar trafik: Zelenskinin Ankara səfərinin pərdəarxası

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ukraynanın çıxılmaz durumda qaldığı indiki vaxtda Prezident Volodimir Zelenskinin Türkiyəyə səfəri xüsusilə diqqət çəkir. Bəzi ekspertlərin fikrincə, ABŞ Prezidenti Donald Tramp Ukraynanı böyük qumar masasında Putinə uduzub.

Belə olduğu halda Türkiyə xilaskar kimi fəaliyyətə keçə bilərmi? Xatırladaq ki, müharibə yeni başlayanda Türkiyə sülhün əldə edilməsi üçün vasitəçilik təklif etdi. Rusiya-Ukrayna nümayəndələrinin görüşlərini təşkil etdi.

Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, politoloq Xəyal Bəşirov deyib ki, Ukrayna məsələsi ilə bağlı danışıqlar prosesində çox ciddi intensivliyin şahidiyik:

“ABŞ-da Donald Tramp prezident səlahiyyətlərini icra etməyə başladıqdan sonra Rusiya ilə təmaslar, Səudiyyə Ərəbistanında görüşün keçirilməsi xüsusi diqqət çəkir. Avropa Rusiyaya qəti şəkildə güzəştə getmək niyyətində deyil. Ukraynanı Avropanın təhlükəsizlik qapısı hesab edir. ABŞ-ın 3 il müddətində Ukraynaya silah yardımı olsa da Avropa dövlətləri ümumilikdə maliyyə yardımı baxımından ABŞ-ı üstələyirlər. ABŞ Ukraynanın taleyini həll etdiyini göstərməyə çalışır. Bütün bunlar Trampın rəhbərlik etdiyi ABŞ-ın dünyanı bölüşdürmək niyyətindən xəbər verir. Əslində Rusiya 2022-ci ilin fevralında Ukraynaya hücum edərkən, bütün Ukrayna ərazisinə iddia edirdi.

Vladimir Putinin bu istəyi isə Avropa və Qərb ölkələri tərəfindən qəbul edilmir. ABŞ Rusiyanın Donetsk, Luqansk, Xerson, Zaparojye və Krımla qənaətlənməli olduğu fikrindədir. Ukraynanın NATO-ya üzvlüyü, Ukraynaya ordu göndərilməsi, təhlükəsizliyinin təmin edilməsi məsələsi isə istisna olunur. Rəsmi Vaşinqton bununla bağlı mövqeyini artıq bildirib”.

Xəyal Bəşirov

Politoloqun sözlərinə görə, bu gün iki ciddi görüş keçirilir:

“Birincisi, Rusiya və ABŞ nümayəndələri arasında Səudiyyə Ərəbistanıda, ikincisi isə Fransada Aİ liderləri arasında keçirilən görüşdür. İkinci birinciyə cavab olaraq baş tutur. Onların arasında ən önəmlisi və proseslərə təsir edəni isə Səudiyyə Ərəbistanında olandır. ABŞ dünyanın bölüşdürülməsində Avropanı özünə şərik etmək istəmir. Əksinə uzun illər ərzində soyuq müharibə dönəmində Avropanın təhlükəsizliyinə təminat vermək üçün trilyonlarla dollar həcmində xərclər etdiyini açıq şəkildə bəyan edir. Hazırda isə Rusiya-Ukrayna müharibəsi fonunda rəsmi Kiyevi özünə borclu hesab edir”.

Xəyal Bəşirovun fikrincə, Ukrayna Prezidenti Volodimir Zelenskinin Türkiyəyə səfər etməsi rəsmi Ankara vasitəsilə ABŞ-a təsir göstərmək niyyətindən xəbər verir:

“Müharibənin başlandığı vaxtdan Türkiyədə görüşlərin keçirilməsi iki ölkə arasında bu günə qədər ən ciddi təmaslar olmuşdur. Bunun qarşısını alanlar da avropalılar oldu. Türkiyə regionda bir sıra məsələlərdə ABŞ-la müttəfiqlik edir. Volodimir Zelenski bu amilləri nəzərə alıb Türkiyənin Trampa təsir göstərmək iqtidarında olduğunu düşünür. Lakin sözügedən prosesin ABŞ-ın atdığı addımlara ciddi təsir edəcəyini hesab etmirəm”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:190
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 18 Fevral 2025 19:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri