Icma.az
close
up
RU
Regionda toqquşan maraqlar Qərb və Şimalın yiyələnmək istədiyi Cənubi Qafqaz ŞƏRH

Regionda toqquşan maraqlar Qərb və Şimalın yiyələnmək istədiyi Cənubi Qafqaz ŞƏRH

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qafqaz və Yaxın Şərq eyni meridianda yerləşir. Hər iki bölgədə dünya güclərinin maraqları toqquşur.

Bölgə tarixi müharibələrlə zəngindir. Qafqaz xalqları daim müstəmləkəyə, işğala qarşı müharibə aparıblar.

Bir zamanlar Osmanlı, Səfəvi və Qacar dövlətlərinin nəzarəti altında olmuş Qafqaz sonradan çar Rusiyası tərəfindən ələ keçirilib. İki yüz ildən artıqdır regiona əsasən onlar nəzarət edir. Çar Rusiyasının dağılması ilə Qafqaz iki hissəyə -Cənub və Şimala parçalanıb.

Cənubi Qafqazda üç müstəqil dövlət yaransa da, onların ömrü təxminən iki il olub. Həmin illərdə Böyük Britaniya, Fransa, Osmanlı, ABŞ-nin bölgəni ələ keçirmək cəhdləri uğursuz oldu. Daha doğrusu, Osmanlıdan başqa o biri üçü müstəqilliklərini elan etmiş, Rusiyanın müstəmləkəsindən xilas olmaq istəyən yeni yaranmış müstəqil dövləti müdafiə etmək üçün əməli addım atmadı. Yaxud atdıqları addımlar bolşevik Rusiyasını məğlub etməyə yetərli deyildi.

Azərbaycan parlamentinin sədri Əlimərdan bəy Topçubaşov 1919-cu ildə Azərbaycanın de-fakto və de-yure tanınması üçün bir sıra vacib görüşlər keçirib. Bunlardan ən vacibi isə ABŞ Prezidenti Vudro Vilsonla olan görüş idi. Ondan cümhuriyyətin mandatını qəbul etməsini istəmişdi. Onda Vilson Topçubaşova “Azərbaycan məsələsi Rusiyadan öncə ola bilməz” deyə yeni yaranan demokratik dövləti bolşevik işğalı ilə üzə-üzə, tək qoymuşdu.

Azərbaycanın işğalı Cənubi Qafqazın yenidən RF-nin nəzarəti altına keçməsi ilə nəticələnmişdi. Bununla da 1920-ci ilin yazında bolşevik Rusiyası üç respublikanı yenidən işğal edərək bölgə üzərində nəzarətini bərpa etdi.

70 il ərzində Cənubi Qafqaza Qərbin heç bir təsiri olmadı. Üç respublika müstəqilliyini bərpa etdikdən sonra yenidən Qərbin maraqları oyanmağa başlayıb. Onlar regiondakı münaqişələrin həllinə vasitəçilik etməklə bölgədə söz sahibi olmağa səy göstəriblər. Məsələn, ATƏT-in Minsk qrupu, həmsədrlik kimi qurumlar problemin həllinə yardım etməyə səy göstərib. Ancaq nəticə əldə edə bilməyiblər.

Azərbaycan torpaqlarının 30 ilə yaxın Ermənistanın işğalı altında saxlanılmasında Cənubi Qafqazda marağı olan qüvvələrin də rolu olub.

Bir tərəfdə iki yüz illik nəzarət təcrübəsi ilə Rusiya dururdu. Qərb 30 il vasitəçi kimi susaraq Azərbaycanı torpaqlarının itirilməsi ilə barışmağa vadar etmək istəyirdi. Heç şübhəsiz, Rusiya da Cənubi Qafqaz uğrunda mübarizəsində tarazlığı qorumaq üçün bu mövqeyi dəstəkləyirdi.

Gürcüstanda qərbyönlü siyasi-ictimai proses davam edib. Bu məqsədlə 21 il əvvəl “qızılgül inqilabı” baş verib. Vaxtilə SSRİ-nin sonuncu xarici işlər naziri olmuş, Prezident Eduard Şevardnadze istefa verərək ölkə rəhbərliyini qərbyönlü Mixeil Saakaşviliyə verdi.

Uzun səfərlər etmiş, demokratların Çe Gevarası – Saakaşvili isə hazırda Gürcüstanda həbsdədir.

Onun partiyası son 15 ildə keçirilən parlament seçkilərində məğlub olur. Bu il oktyabrın 26-da ölkədə keçirilən parlament seçkilərində milyarder, rusiyayönlü sayılan Bdzina İvanişvilinin siyasi bloku qalib gəlib. Bu, həm də qərblilərin uduzması deməkdir. Seçkinin nəticələrinə etiraz aksiyaları isə güc strukturları tərəfindən dağıdılır.

Qərb Rusiya ilə Gürcüstan uğrunda yarışda hələ ki uduzur.

Son günlər tanınmayan Abxaziya "respubikasında" müxalifət mövcud “hakimiyyətin” istefası tələbi ilə aksiya keçirib. Müxalifət Rusiya ilə Abxaziya arasında investisiyaya dair qanunun qəbul edilməsinə qarşı çıxır. Onlar hesab edir ki, bu qanun qəbul edilərsə, Rusiya “respublikanın” torpaqlarına sahib çıxacaq.

Bu "yarışı" bölgədə deyəsən hələ ki müxalifət udur. “Respublikanın” “prezidenti” Aslan Bjaniya və “baş naziri” Aleksandr Ankvab “istefa verib”. Ehtimal etmək olar ki, Abxaziya hadisəsinin də Tbilisi küçələrində baş verənlərlə əlaqəsi yox deyil. Bütün hallarda bu olaylar daha çox Qərbə deyil, əks tərəfə faydalı sayıla bilər. Burada oyun davam edir. Qarşıda isə Gürcüstanın ərazi bütövlüyü var. Onu təmin edən tərəf bu ərazi üzərində nəzarəti həyata keçirəcək...

Rəsmi Bakı isə öz növbəsində Qərblə Şimal arasında yaranan vəziyyətdən torpaqların azad edilməsi və suverenliyinin bərpası üçün faydalana bilib. İndi növbəti mərhələdir. Azərbaycan şərtlərinin Ermənistan tərəfindən qəbulunu dəstəkləyən blok gələcək əlaqələr üçün üstünlük əldə edə bilər.

Ermənistan uğrunda da Qərblə Rusiya arasında mübarizə qızışır. 2018-ci ilin mayında Soros Açıq Cəmiyyət İnstitutunun maliyyə dəstəyi ilə qeyri-hökumət təşkilatlarında fəaliyyət göstərmiş Nikol Paşinyan və komandasının hakimiyyətə gəlişi ilə bu rəqabət güclənib. Bu ilin son doqquz ayı ərzində onun başçılıq etdiyi kabinetin doqquz üzvünün istefası Ermənistanda hökumət böhranının yarandığını ehtimal etməyə əsas verir. Rusiyayönlülərin indiki şəraitdə özünü sakit aparması da şübhəlidir. Belə ehtimal etmək olar ki, qərblilərə qarşı gələcəkdə işə salınacaq mina qurulub. Maraqlı tərəf onun partlayacağını gözləyir. Paşinyan isə bunun qarşısını almaq üçün kadr manevri edir.

Yaxın Şərqdə Qərblə Çin, Rusiya və İrandan ibarət üçlüyün mübarizəsi hələ bir nəticə verməyib. Yəmən, Suriya, Fələstin dağılmış haldadır. İraq isə hələ də toparlana bilmir. Maraqların toqquşması dörd dövlətin gələcəyinə ümidsizlik yaradır. Çünki bu region ölkələrində maraqlı tərəflərin silahlıları var.

Cənubi Qafqazda isə Qərbin silahı yoxdur. Buralarda Rusiya hərbi cəhətdən daha fəaldır. Ermənistan bölgəyə Fransanı gətirməyə səy göstərir. Ancaq fransızlar Rusiya hərb maşını ilə ermənilər uğrunda döyüşənə oxşamır. Bu gün Cənubi Qafqaz uğrunda mübarizə 106 il əvvəl olduğu kimi davam edir. Səhnədə eyni oyunçular fərqli geyimdədir. Bloklardan birinin zəifləməsi Qafqaz davasının yeni mərhələyə keçməsinə səbəb olacaq. Ona görə də tərəflər güclənmək, yenilənmək üçün özlərinə yeni güc qatmağa çalışırlar. Ancaq son anda onlar birisi ilə tək qalırlar. Hələ ki Cənubi Qafqazda da maraqlar sakit-sakit toqquşur.

Sədrəddin Soltan

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 20 Noyabr 2024 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

66 yaşlı ingilisin əməli cəzasız qalmayıb...

18 İyul 2025 21:37see125

Azərbaycan, Türkiyə və Amerika İsrailə təzyiq göstərəcəklər Sərdar Cəlaloğlu

17 İyul 2025 16:11see119

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see118

Putin Zelenskini görüşə çağırır, Ukrayna lideri isə “yox”deyir PƏRDƏARXASI MƏQAMLAR KONKRET

18 İyul 2025 15:15see118

Dondurma adı ilə buzlanmış süd satılır AÇIQLAMA

17 İyul 2025 18:19see117

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025 02:19see115

Paşinyan Dövlət Nəzarət Xidmətinin rəhbərini istefaya göndərdi

17 İyul 2025 16:54see114

Təhsilin inkişafı dövlətin diqqət mərkəzindədir

17 İyul 2025 17:31see111

Həkim sağlam yuxunun SİRRİNİ AÇIQLADI

17 İyul 2025 21:11see111

İpotekaya yararlı, hazır mənzil axtaranlara şad xəbər FOTOLAR

18 İyul 2025 08:56see111

Demensiya onu məhv etdi... Artıq məşhur aktyor olduğunu belə xatırlamır

18 İyul 2025 18:54see110

180 tələbə ADA da dövlət hesabına oxuyacaq

17 İyul 2025 16:21see110

Azərbaycan bu qədər pul itirdi Rəqəmlər

17 İyul 2025 16:58see110

Zəngəzur dəhlizi layihəsinin icrası ilyarım ləngiyə bilər

18 İyul 2025 19:31see109

Ərəblərdən “Real”a 350 milyon, futbolçuya 1 milyard

18 İyul 2025 12:25see108

Orban: Macarıstan Aİ dən çıxa bilər

18 İyul 2025 08:53see108

Zelenski: Fransa Ukrayna üçün əlavə “Mirage” pilotları hazırlamağa hazırdır KONKRET

18 İyul 2025 19:20see108

Ersin Tatar: Prezident İlham Əliyev hər zaman bizə sahib çıxıb

18 İyul 2025 05:55see108

Paşinyanın Azərbaycanın əsas tələblərindən qaçmaq hiyləsinin detalları

17 İyul 2025 18:18see107

İsti günlərdə hansı tövsiyələrə əməl edilməlidir?

17 İyul 2025 23:26see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri