Icma.az
close
up
RU
Regionda yeni müharibənin anonsu verildi Bakı üçün təhlükəli ssenari

Regionda yeni müharibənin anonsu verildi Bakı üçün təhlükəli ssenari

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“ABŞ Prezidenti Donald Trampın “NBC News” televiziya kanalına müsahibəsində “əgər İran razılığa gəlməsə, bombardman olacaq və bu, onların indiyədək heç vaxt görmədikləri bombardman olacaq” sözləri beynəlxalq aləmdə geniş əks-səda doğurub. Tramp o prezidentlərdəndir ki, dediyini eləməyə çalışır. İrana qarşı həmlə müxtəlif variantlarda həyata keçirilə bilər. ABŞ Trampın söylədiyi kimi İranın hərbi mərkəzlərinə bir neçə zərbə endirəcək. İkinci variant odur ki, İsrail Vaşinqtonun qərarını gözləmədən hədəflənən hərbi mərkəzlərə zərbə endirəcək. Başqa bir variant isə ABŞ-İsrail cütlüyünün İrana qarşı birgə hərbi plan həyata keçirməsidir”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, İrandakı rejim bu variantların hər birinə hazırlaşmaq məcburiyyətindədir:

“İrana qarşı hərbi variantlardan hər birinin ona qonşu olan Azərbaycana və Ermənistana da təsirləri olacaq. Ermənistan mümkün müharibənin nəticəsi olaraq İrandakı rejimin dəyişməsini istəmir. İrəvanda düşünürlər ki, İranda rejim dəyişikliyi Tehranın İrəvanla ittifaqına mənfi təsir edəcək və bu durum Azərbaycanın xeyrinə olacaq. Azərbaycan İrana qarşı mümkün hərbi əməliyyatdan qonşu ölkədəki mülki insanların zərər görməsini istəmir, çünki Qəzzadakı və ya Suriyadakı olayların İranda təkrarlanması ehtimalı bölgədə böyük təlatümlərə – humanitar böhrana səbəb olacaq. Əsas suallardan biri də budur: İrana qarşı hərbi əməliyyatlar bu ölkədə yaşayan müxtəlif millətlərin Tehrana qarşı üsyanına rəvac verəcək, yoxsa 1980-1988-ci illərdə İraqla müharibə dönəmində olduğu kimi İranda yaşayan xalqların ümumi düşmənə qarşı mobilizə olmasına rəvac verəcək? Bunu indidən söyləmək çətindir”.

Elxan Şahinoğlu

Politoloq qeyd edib ki, ABŞ və İsrailin hava zərbələləri nəticəsində mülki insanlar arasında itkilər artarsa, Tehran və Qum hamını ümumi düşmənə qarşı mobilizə etməyə çalışacaq:

“Tərsi də mümkündür. Misal üçün Qəzzanın yaxın tarixində ilk dəfə şəhər sakinləri HƏMAS qruplaşmasına qarşı etirazlara başlayıblar. Çünki Qəzza sakinlərinin bir qismi hesab edir ki, HƏMAS ilyarım əvvəl İsrail ərazisinə hücum etməsəydi və sonradan tərksilaha razılaşsaydı, bugünkü faciələr yaşanmazdı. Eynilə İran ABŞ və İsrailin raket zərbələrinə tuş gələrsə, qonşu ölkədə yaşayan insanların bir qismi düşünəcək ki, Tehran nüvə çalışmalarından imtina etsəydi və ətraf ölkələrdəki silahlı qruplara maliyyə və silahlı dəstək verilməsəydi, gərgin vəziyyət yaranmazdı.

Vaşinqton İranda rejim dəyişikliyinə çalışır, böyük ehtimalla bu ölkənin parçalanmasında marağı yoxdur. İsrail isə əksinə hər ikisində maraqlı ola bilər. Vaşinqtonun istəyindən asılı olmayaraq raket zərbələri nəticəsində İranda 1979-cu ildə formalaşan rejim dəyişərsə, qonşu ölkənin bütövlüyünü qorumaq çətin olacaq”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 31 Mart 2025 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see764

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see230

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see173

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see171

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see159

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see158

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see155

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see154

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see146

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see145

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see144

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see143

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see140

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see139

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see139

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see137

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see134

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri