Icma.az
close
up
RU
Regiondakı güc balansı Azərbaycanın xeyrinədir!

Regiondakı güc balansı Azərbaycanın xeyrinədir!

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Prezidentdən sərt mesaj: Ərazi bütövlüyümüz bir daha şübhə altına qoyularsa...

Cənubi Qafqazın əsaslı inkişafı, sabitliyin formalaşması və münasibətlərin normallaşması üçün sülh zəruri şərtdir. Bu mənada məğlub, iqtisadi geriləmənin cəngində boğulan, siyasi böhran yaşayan Ermənistan sülhün formalaşmasında daha maraqlı olmalıdır. 2022-ci ildən ölkəmizin təşəbbüsü  ilə başlanan sülh prosesində Azərbaycanın təqdim etdiyi şərtlər beynəlxalq hüquqa söykənməklə, mövcud həqiqətləri əks etdirməklə yanaşı, Ermənistanın özünü real dövlət olaraq təsdiqləməsi üçün yeni zəmin yaradır - burada yer alan müddəalar İrəvanın qlobal arenada suveren dövlət kimi yer tapması üçün şəraitin formalaşdırılması deməkdir. Bu tezis bir daha onu göstərir ki, avqustun 8-də Vaşinqtonda paraflanan sülh sazişi layihəsi Ermənistan üçün daha həyati əhəmiyyət daşıyır. Artıq ATƏT-in Minsk Qrupundan imtina edən İrəvan özünün konstitusiyasında dəyişiklik etməklə və Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan müddəaları çıxarmaqla sülh istiqamətində vacib bir addım atmış olacaq.

Güclü xarici müdaxilə olarsa...

Təəssüfləndirici haldır ki, ötən müddət ərzində Ermənistan sülh məsələsini süni şəkildə uzadıb - bəzi məqamlarda isə hətta manipulyasiyaya əl atıb. Artıq fəaliyyət göstərməsi üçün heç bir ehtiyac qalmayan ATƏT-in Minsk Qrupundan imtina edilib - amma hələ də konstitusiya dəyişikliyi ilə bağlı real addım atılmayıb. Düzdür, İrəvanın siyasi hakimiyyəti bununla bağlı zaman-zaman açıqlamalar versə də, ümidverici ifadələr işlətsə də, real hər hansı bir iş ortaya qoyulmayıb. Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində prosesə heç bir müdaxilə olmayacağına ümid etdiyini bildirib: “Lakin yenə də məndə yüz faiz zəmanət yoxdur, çünki Ermənistanın daxili siyasəti barədə tam məlumatlı deyiləm. Bilirik ki, gələn yay Ermənistanda parlament seçkiləri keçiriləcək. Həmçinin bilirik ki, onlar yeni konstitusiya layihəsi üzərində işləyirlər. Lakin güclü xarici müdaxilə olarsa, bəli, bu, razılaşmaları poza bilər”.

Ermənistan zaman-zaman bu kimi qeyri-adekvat addımlar atıb. İndiyə qədər Ermənistanın qeyri-konstruktivliyini sübut edəcək faktlar da kifayət qədərdir:

- Sürətli silahlanma;

- Qərbin “maliyyə yardımı”;

- Erməni lobbisinin köməyi ilə planlaşdırılan bəzi qeyri-hüquqi addımlar;

Bu məqamlar onu göstərir ki, Ermənistan vaxtaşırı sülh niyyətindən uzaqlaşmaq, daha doğrusu, yayınmaq istəyib. Erməni lobbisinin aktiv müdaxiləsi ilə Azərbaycana qarşı yenidən Qarabağ mövzusunun gündəmə gətirilməsi, bu kimi təxribatçı addımlar, separatizmə açıq dəstək kontekstləri Ermənistanın ötən dövrdə fərqli fikrə düşməsini bir daha təsdiqləyir.

Razılaşmanı pozmaq bütün dünyaya qarşı çıxmaq deməkdir

Budəfəki prosesdən yayınmaq cəhdi isə Ermənistana baha başa gələ bilər. Çünki imzalanan sənəd beynəlxalq status daşıyır - bu sənədi imzalayanın Ermənistanın siyasi hakimiyyətinin başçısı olmasını nəzərə alsaq, nümayiş olunan mövqe dövlətin mövqeyi kimi xarakterizə olunur. Yenidən sülh prosesindən yayınması Ermənistan üçün faciəvi nəticələr vəd edəcək. İstər qlobal, istərsə də regional baxımdan Ermənistan özünü daha pis vəziyyətə sala bilər. Halbuki bu sənəd Ermənistanın son 30 ildə əldə edə bilmədiyi müstəqillik “pasportudur”. Prezident İlham Əliyev bildirib ki, Vaşinqtonda sənədlərin kim tərəfindən imzalanmasından asılı olmayaraq, onlar Ermənistanın adından Ermənistan lideri tərəfindən imzalanıb. Əgər orada hər hansı dəyişiklik baş verərsə və imzalanmış sənəddən geri addım atılarsa, bu, Ermənistan ilə ABŞ arasındakı münasibətləri ciddi şəkildə pisləşdirər: “Bu, yalnız ABŞ-a aid deyil, beynəlxalq ictimaiyyət, Avropa İttifaqı, Türkiyə və ərəb ölkələrindəki dostlarımız da bu prosesi dəstəklədilər. Beləliklə, bütün beynəlxalq ictimaiyyət bu hadisəni müsbət qarşıladı və razılaşmanı pozmaq bütün dünyaya qarşı çıxmaq deməkdir. Onlar bundan nə qazanacaqlar? Vaşinqtonda imzalanan sənəd Ermənistan üçün sülhə və sabit inkişafa zəmanətdir”.

İki dövlət arasında razılaşma...

Ermənistanın hələ I Qarabağ müharibəsi zamanı törətdiyi müharibə cinayətləri unudulmayıb - Xocalı faciəsi, Qaradağlı, Başlıbel qətliamları və bu kimi onlarla cinayət faktının məsuliyyəti onların üzərindədir. Müharibə nəticəsində 3 mindən artıq insanımız itkin düşüb. Bütün bunlara baxmayaraq, humanizmə üstünlük verən Azərbaycanın sülh təşəbbüsü irəli sürməsi Ermənistan üçün verilən son bir şansdır. Bu şansdan düzgün istifadə edə bilməyəcəyi təqdirdə itirən yenə Ermənistan olacaq. Sülh prosesindən imtina, revanşizmə qayıdış nümayiş etdiriləcəyi təqdirdə Cənubi Qafqazın ən güclü ordusuna malik Azərbaycan özünün təhlükəsizliyin təmin etmək üçün adekvat addımlar atacaq. Bunun nəticələri isə  hətta II Qarabağ müharibəsindən də ağır ola bilər. Prezident İlham Əlyiev müsahibəsində deyib ki, əgər Ermənistanın hər hansı gələcək hökuməti hakimiyyətə gəldiyi vaxtdan asılı olmayaraq, Vaşinqtonda imzalanan sənədi şübhə altına qoyarsa, Ermənistan ciddi çətinliklərlə üzləşəcək. Çünki regiondakı güc balansı hər baxımdan tamamilə bizim xeyrimizədir. Əgər Ermənistan bir daha bizim ərazi bütövlüyümüzü şübhə altına qoysa, biz də adekvat cavab verəcəyik.

Beləliklə, Vaşinqtonda atılan imzalar qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınmasını təmin edib. Bu hal Ermənistan tərəfindən pozulacağı, konstitusiyada müvafiq dəyişikliklər edilməyəcəyi və ya hansısa revanşist meyillərin ortaya çıxacağı təqdirdə Azərbaycan layiqli şəkildə cavab verəcək, adekvat addımlar atacaq. Dövlət başçısı müsahibəsində deyib ki, əgər onlar bizim ərazi bütövlüyümüzü tanımaqdan imtina etsələr, biz də onların ərazi bütövlüyünü tanımaqdan imtina edəcəyik: “Burada kim qazanacaq, kim uduzacaq? Məncə, bu, ritorik sualdır. Ona görə hesab edirəm ki, Ermənistanın istənilən gələcək hökumətində kifayət qədər müdriklik, ağlabatan yanaşma olacaq ki, Vaşinqtonda razılaşdığımızı şübhə altına almasın. Bir daha qeyd edirəm ki, bu, iki dövlət arasında razılaşmadır. Bu, Paşinyan ilə mənim razılaşmamız deyil”.

P.İSMAYILOV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 29 Avqust 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see451

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see337

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see301

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see290

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see283

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see280

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see278

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see234

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see230

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see226

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see222

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see222

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see221

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see217

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see213

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see203

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see200

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see190

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri