Icma.az
close
up
RU
RegionKəşfiyyat məlumatları sızdı: Putin 5 il sonra bu ölkələrə hücum edəcək DETALLAR

RegionKəşfiyyat məlumatları sızdı: Putin 5 il sonra bu ölkələrə hücum edəcək DETALLAR

Icma.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.

Rusiya Ukrayna müharibəsinin bitməsindən sonra Avropa İttifaqı ilə böyük savaşa hazırlaşır və bu mübarizədə Pekin də Moskvaya dəstək verə bilər.

Hurriyyet.az xəbər verir ki, bu barədə NATO-nun hazırladığı hesabatda qeyd olunur.

NATO-nun Hərbi Komitəsi Brüsseldə toplantı keçirib. “Rusiyanın NATO-ya hücum ehtimalı”nın müzakirə edildiyi toplantıda ittifaqın bütün qurumlarının 6 ay ərzində hazırladığı 40-dan çox müharibə hesabatı müzakirə edilib. Müzakirələrdə Rusiyanın müharibəyə hazırlaşdığı qənaəti qətiləşib.

Yekun hesabata görə, Putin 5 il ərzində Baltik ölkələri – Estoniya, Litva və Latviyaya, həmçinin, Polşaya hücum etməyə hazırlaşır. Bu 4 ölkəyə mümkün hücum NATO-nun müharibəyə qoşulması deməkdir. NATO mütəxəssisləri başda Almaniya, İngiltərə və Fransa olmaqla Avropa İttifaqının hərbi büdcəsinin “soyuq müharibə” dövründəki həddə çatdırmağı tövsiyə edirlər.

Hesabatda qeyd olunur ki, Rusiya NATO ilə sərhəd olduğu bütün bölgədə hərbi qüvvələr toplayır və ölkədə səfərbərlik təkcə Ukrayna ilə müharibə üçün yox, həm də sərhəddəki hərbi mövcudluğunu artırmaq məqsədilə həyata keçirilir. Ölkənin müdafiə xərcləri SSRİ-nin “soyuq müharibə” dövründəki hərbi büdcəsinə yaxınlaşır. Moskva eyni zamanda, Qərbdəki bütün rəsmi qurumlara, diplomatik missiyalara və özəl sektora qarşı gizli əməliyyatlar həyata keçirir. NATO ölkələrinin müharibədən öncə kəşfiyyat və kiber hücumlarına da hazır olmadığı hesabatda əksini tapır.

Hesabatda vurğulanır ki, Rusiya Finlandiya və İsveçin NATO-ya üzv olmasından sonra Skandinaviya ölkələri ilə sərhəddə yerləşən Kola yarımadasına hərbi qüvvələr toplayır, eyni zamanda, Finlandiya ilə sərhəddəki Petrozavodsk şəhərində yeni komanda qərargahı inşa edir. Qarşıdakı üç il ərzində bu bölgədə 80 min əlavə əsgərin yerləşdiriləcəyi gözlənilir. Bununla yanaşı, Rusiya hərbi sənayesində istehsalı sürətlə artırır. Proqnozlara görə, Ukrayna ilə müharibə başa çatdıqdan dərhal sonra Rusiya cəbhədəki hərbi birliklərinin böyük bir qismini Polşadan Skandinaviya ölkələrinə qədər uzanan sərhəddə yerləşdirəcək.

Almaniya, Litva, Danimarka və Polşanın xarici kəşfiyyat xidmətləri də Rusiyanın Ukrayna məsələsi bitdikdən sonra NATO ilə müharibəyə hazırlaşdığını hesab edirlər. Almaniyanın Federal Kəşfiyyat Təşkilatının (BND) NATO-ya təqdim etdiyi hesabatlara görə, Rusiya böyük hücumdan öncə iqtisadiyyatını müharibə şərtlərinə uyğunlaşdırıb. Gözlənilən müharibənin ən gec 2030-cu ildə başlaması proqnozlaşdırılır.

Danimarkanın Hərbi Kəşfiyyat Xidmətinin (DDİS) hesabatında Rusiyanın NATO-ya qarşı müharibəsinə Çin və Şimali Koreyanın da dəstək verəcəyi qeyd olunur.

NATO-nun hesabatlarında isə bildirilir ki, Rusiya 65 milyard avroluq hərbi büdcəsini 2025-ci il ərzində 120 milyard avroya çatdıracaq. Rusiyanın canlı qüvvəsinin 1,5 milyondan çox olacağı, NATO ilə sərhəddəki hərbi kontingentin də 50 faiz artırılacağı bildirilir. Hətta Rusiyanın müharibə zamanı dənizin altında NATO-ya məxsus kabellərin kəsilməsini məşq etdiyi iddia olunur

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 14 May 2025 09:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see193

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see165

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see160

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see150

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see149

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see149

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see149

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see144

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see139

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see135

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see134

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see134

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see133

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see133

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see132

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see131

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see127

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see127

Azərbaycan və BƏƏ hərbçilərinin birgə təlimi keçiriləcək

26 Dekabr 2025 19:06see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri