Icma.az
close
up
RU
Regionlarda keyfiyyətli təhsil bazası yaranmır RƏY

Regionlarda keyfiyyətli təhsil bazası yaranmır RƏY

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Professor-müəllim heyəti bölgələrdəki ali məktəblərə getmir

Gənclərin əksəriyyətinin paytaxtda yerləşən universitetləri seçməsinə səbəb həm də sosiallaşmaq  istəyindən irəli gəlir

Son illərin qəbul statistikası göstərir ki, dövlət sifarişi ilə ali təhsil almaq istəyən abituriyentlərin əksəriyyəti  Bakı şəhərində yerləşən universitetləri üstün tutur. Dövlət İmtahan Mərkəzinin 2024-2025-ci tədris ili üzrə açıqladığı rəqəmlərə əsasən, dövlət hesabına qəbul olunanların 82.24 faizi paytaxtdakı ali təhsil müəssisələrini seçib. Region universitetlərinin payı isə cəmi 17.76 faiz təşkil edir. Müqayisə üçün qeyd edək ki, ötən il bu göstəricilər müvafiq olaraq 84.96 faiz və 15.04 faiz idi.

İlk baxışdan regionların payında cüzi artım müşahidə olunsa da, bu dəyişiklik əsasən yeni yaradılmış Qarabağ Universitetinin dövlət sifarişi əsasında qəbul aparması ilə bağlıdır. Uzunmüddətli trendlərə baxdıqda isə tam əks istiqamətdə bir meyl görünür: son 15 ildə region universitetlərinin dövlət sifarişi üzrə qəbul payı azalıb. Bu tendensiya mərkəzləşdirilmiş qəbul sisteminin və təhsil sahəsində formalaşan ictimai-məkan üstünlüklərinin regionların ziyanına işlədiyini göstərir.

Nəticədə, ali təhsildə regionların cazibədarlığı azalır, bu isə gələcəkdə kadr balansına, regionların sosial-iqtisadi inkişafına və təhsildə bərabər imkanların təmininə mənfi təsir göstərə bilər.

Bir daha aydın olur ki, dövlət hesabına maliyyələşdirilən yerlərə müsabiqənin bütün ali təhsil müəssisələri üzrə mərkəzləşdirilmiş şəkildə aparılması ötən illərlə müqayisədə hazırda regionlarda yerləşən ali təhsil müəssisələrinə dövlət sifarişi üzrə qəbul olanların faizinin azalmasına səbəb olub.


Təhsil eksperti Elçin Süleymanovun fikrincə, universitetlərin paytaxtda və ya regionda yerləşməsi abituriyentlər üçün ciddi əhəmiyyət kəsb etməməlidir. Ekspert Sherg.az-a açıqlamasında qeyd edib ki, ali məktəblər yüksək ixtisaslı kadrları yetişdirən mərkəzdir və bu mərkəzdə əsas göstərici profesor-müəllim heyəti, infrasturukturdur: 


“Yüksək təhsil verən professor, müəllim heyəti regionlardakı ali məktəblərə getmir və elə buna görə də orada keyfiyyətli təhsil bazası yaranmır. Çətin də olsa, regiondakı universitetlərə yüksək keyfiyyətli professor-müəllim heyəti cəlb etmək lazımdır. Bunun üçün stimullaşdırıcı tədbirlər olmalıdır. Belə olduğu zaman orada təhsil keyfiyyəti ilə fərqlənə bilər”.


Son illərdə Gəncədəki Texnologiya və ya Aqrar Universitet, eyni zamanda Naxçıvan və Lənkəran  Universitetində maddi-texniki baza, idarəetmə, professor-müəllim heyəti baxımından kifayət qədər müsbət irəliləyişlər olduğunu vurğulayan E.Süleymanov qeyd edib ki, Xankəndidə açılan Qarabağ Universitetində, eyni zamanda Sumqayıt Dövlət Universitetində paytaxt universitetləri ilə rəqabətə girə biləcək infrastruktur qurulub:

 “Abituriyentlər üçün artıq universitetin yerləşdiyi məkan yox, onun maddi-texniki bazası, professor-müəllim heyəti, tələbələrə tədqim etdiyi xidmətlər daha əhəmiyyətlidir. Onu qeyd edim ki, hazırda Qarabağ Universitetinə kifayət qədər yüksək keyfiyyətli müəllim heyəti cəlb edilib. Orada bir tələbənin özünü inkişaf etdirməsi, paytaxtdan daha cazibdir. Çünki orada hər bir tələbəyə kompüter hədiyyə olunur. Eyni zamanda dərsə gedib-gələrkən yolda vaxt itkisi baş verməyəcək, çünki tələbələrin qalması üçün yataqxana təşkil olunub. Orada tələbənin fikrini dağıda biləcək kənar təsirlər minimumdur. Yaşayış qayğısından uzaqdır, nəqliyyat qayğısından uzaqdır. Paytaxt universitetlərində təhsil alan tələbələr yollarda bəzən saatlarını itirsələr də, Qarabağ Universitetində oxuyan tələbə bu zamanı öz şəxsi inkişafı üçün sərf edə bilər. Artıq dünyada internet və onlayn təhsil texnologiyaları o qədər inkişaf edib ki, region universitetləri dünyanın ən qabaqcıl professorlarını öz təhsil prosesinə qata bilir. Yəni internet olandan sonra region universiteti heç də paytaxt universitetindən geri qalmaz. Mən gələcəkdə iki universitetin - həm Qarabağ Universitetinin, həm də Sumqayıt Universitetinin reytinqlərdə yer alacağına və Azərbaycanın ən qabaqcıl universitetlərindən olacağına əminəm. Ona görə də yüksək bal toplayan abituriyentlər təkcə ənənəvi universitetləri yox, alternativ olaraq regionlardakı universitetləri də seçə bilərlər. Bir universitet üçün ən əhəmiyyətli meyar birinci professor- müəllim heyəti, ikinci maddi-texniki infastruktur və üçüncü ondan faydalana biləcək səviyyədə yetkin olan tələbədir. Bu meyarların hər biri bir arada olduğu müddətdə yüksək keyfiyyət ortaya çıxacaq”.


Təhsil eksperti Elşən Qafarov isə hesab edir ki, regionlarda böyüyən uşaqların əksəriyyətinin paytaxtda yerləşən universitetləri seçməsinə səbəb sosiallaşmaq istəyindən irəli gəlir:


 “Ötən illərlə müqayisədə regionlarda yerləşən ali və orta ixtisas təhsil müəssisələrində müəyyən işlər görülür, lakin bölgədə böyüyən gənc sosiallaşmaq üçün paytaxt universitetlərini seçir. Faiz göstəriciləri arasında bu qədər fərqin olması Bakıda yerləşən ali təhsil ocaqlarının həm nisbətən böyük olması, həm də infrastrukturun daha üstün olmasından irəli gəlir. Xarici ölkələrə fikir verin, dünyaca məşhur universitetlər var ki, əksəriyyəti bölgələrdədir. Hətta şəhərdə olsa belə, şəhər ətrafında yerləşir. Məsələn, Türkiyədə son illər yaranmış universitetlərin əksəriyyəti bölgələrdədir və ərazisi də 100 hektardan böyükdür, universitet şəhərciyi kimi fəaliyyət göstərir. Bizdə isə hələlik belə bir ənənə mövcud deyil”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:211
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 İyun 2025 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see598

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see422

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see306

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see294

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see285

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see272

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see262

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see262

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see259

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see241

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see235

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see212

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see205

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see204

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see199

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see190

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see188

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see184

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see183

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri