Icma.az
close
up
RU
Regionlarda məktəblərin boşalma səbəbləri nələrdir? ARAŞDIRMA

Regionlarda məktəblərin boşalma səbəbləri nələrdir? ARAŞDIRMA

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Şagird statistikası bölgələrdən Bakıya miqrasiyanın miqyasını ortaya qoyur. Azərbaycanda son 20 ildə daxili miqrasiyanın istiqamətini məktəblilərin sayı ilə bağlı statistik göstəricilərdən də izləmək mümkündür. Rəqəmlər əhalinin Bakı və Abşeron yarımadasında cəmləşməsinin sürətləndiyini, əksər bölgələrdə isə şagird sayının azaldığını göstərir.

Avtosfer.az xəbər verir ki, 2004–2005-ci tədris ilində ölkə üzrə orta məktəb şagirdlərinin cəmi 29,5 faizi Böyük Bakı regionunun payına düşürdü. Dövlət Statistika Komitəsinin 2024-cü ilin sonuna aid məlumatlarına əsasən, bu göstərici artıq 42 faizə yaxınlaşıb. Həmin dövrdə ölkə üzrə şagirdlərin ümumi sayı 111,5 min nəfər və ya 7 faiz artsa da, bu artım regionlar arasında bərabər bölüşdürülməyib. Təkcə Bakı şəhərində orta məktəb şagirdlərinin sayı 161 min nəfər artaraq 551 minə çatıb. Bu, 42 faizlik artım deməkdir. Böyük Bakı regionundan kənarda yerləşən bölgələrdə isə şagirdlərin sayı 120 min nəfər və ya 11 faiz azalıb. Böyük Bakı regionunda şagird sayı sürətlə artır. Ayrı-ayrı rayon və şəhərlər üzrə göstəricilər də bu fərqi aydın şəkildə ortaya qoyur. Bununla yanaşı, şagird sayındakı dəyişiklikləri qiymətləndirərkən demoqrafik amili də nəzərə almaq lazımdır. Belə ki, 2005–2024-cü illərdə Azərbaycanda 6–17 yaşlı uşaqların sayı təxminən 170 min nəfər və ya 8,5 faiz azalaraq 1,9 milyona düşüb. Uşaq sayının azalması ölkənin bütün regionlarına təsir göstərdiyi halda, Böyük Bakı ərazisində məktəblilərin sayı artmaqda davam edib. Bu tendensiya regionda əhalinin təbii artımı ilə yanaşı, daxili miqrasiyanın da mühüm rol oynadığını göstərir. 2005-ci ildə Bakı şəhərində orta məktəb şagirdlərinin sayı təxminən 390 min, Abşeron rayonunda 24 min, Sumqayıt şəhərində isə 53 min nəfər olub. Beləliklə, Bakı və Abşeron yarımadası üzrə ümumi göstərici 467 min nəfərə çatıb. 2025-ci ilin əvvəlinə olan məlumatlara görə, həmin ərazidə şagirdlərin sayı təxminən 700 min nəfərə yüksəlib. Bu, 2005-ci illə müqayisədə 232 min nəfərlik, başqa sözlə, təxminən 50 faizlik artım deməkdir. Artımın ən yüksək olduğu ərazi Abşeron rayonu olub. Burada şagirdlərin sayı 57 min nəfər artaraq təxminən 3,4 dəfə yüksəlib. Bakı şəhərində artım 161 min nəfər və ya 42 faiz təşkil edib. Sumqayıtda isə şagirdlərin sayı 19 il ərzində 14 min nəfər, yaxud 26 faiz artıb. Böyük Bakı regionunun ümumi əhalisi də həmin dövrdə artıb. Rəsmi statistikaya əsasən, əhalinin sayı təxminən 800 min nəfər və ya 33 faiz yüksəlib. Lakin məktəblilərin sayındakı artımın ümumi əhali artımını üstələməsi diqqət çəkir. Bu fərq regiona köçün miqyasının qiymətləndirilməsi baxımından əhəmiyyətlidir. Bununla belə, şagird sayı ilə əhali sayının dəyişməsi arasındakı fərq təkbaşına miqrasiyanın dəqiq həcmini müəyyən etməyə imkan vermir.

Böyük Bakıdan kənarda qalan ərazilərdə isə fərqli mənzərə müşahidə olunur. 2005–2024-cü illərdə ölkənin digər bölgələrində orta məktəb şagirdlərinin ümumi sayı 120 min nəfər azalıb. İqtisadi rayonlar üzrə göstəricilər, demək olar ki, bütün bölgələrdə azalma olduğunu göstərir. İstisna Şərqi Zəngəzur iqtisadi rayonudur.

Ən nəzərəçarpan azalma Şəki-Zaqatala və Lənkəran-Astara iqtisadi rayonlarında qeydə alınıb. Hər iki regionda şagirdlərin sayı təxminən 20 faiz azalıb. Mütləq göstəricilərlə ifadə etsək, Şəki-Zaqatalada azalma 22 min, Lənkəran-Astarada isə 29 min nəfər təşkil edib. Digər bölgələrdə də azalma diqqətəlayiqdir.

Naxçıvan Muxtar Respublikasında şagirdlərin sayı 17 faiz və ya təxminən 11 min nəfər, Dağlıq Şirvan iqtisadi rayonunda 15 faiz və ya 7 min nəfər, Qazax-Tovuz iqtisadi rayonunda isə 12 faiz və ya 13 min nəfər azalıb. Bu göstəricilər regionlarda məktəb yaşlı əhalinin sayının azaldığını nümayiş etdirir. Bunun hansı hissəsinin miqrasiya, hansı hissəsinin doğum səviyyəsinin dəyişməsi və digər demoqrafik amillərlə bağlı olduğunu müəyyənləşdirmək üçün əlavə məlumatların təhlilinə ehtiyac var.

Məktəblərin və müəllimlərin sayı da azalır. Şagird sayındakı azalma bölgələrin təhsil infrastrukturunda da özünü göstərir. 2005–2024-cü illərdə Azərbaycanda orta ümumtəhsil müəssisələrinin sayı 193 vahid və ya 4 faiz azalaraq 4 357-yə düşüb. Böyük Bakı regionunda isə əks tendensiya qeydə alınıb: Orta məktəblərin sayı 422-dən 488-ə yüksəlib. Bölgələrdə məktəblərin sayı isə 259 vahid azalaraq 3869-a enib. Beləliklə, məktəb şəbəkəsinin genişlənməsi əsasən Bakı və Abşeron yarımadasında müşahidə olunub. Müəllimlərin sayına dair məlumatlar isə daha məhduddur. Açıq rəsmi hesabatlarda müəllimlərin rayon və şəhərlər üzrə bölgüsünə dair ətraflı statistika təqdim edilmir. Bununla belə, kənd və şəhər yaşayış məntəqələri üzrə göstəricilər müəllim sayındakı dəyişiklikləri ümumi şəkildə qiymətləndirməyə imkan verir. Rəsmi statistikaya görə, 2005–2024-cü illərdə kənd yaşayış məntəqələrində orta məktəb müəllimlərinin sayı 16 min nəfər azalıb. Şəhər yerlərində isə azalma 9 min nəfərdən bir qədər çox olub. Ümumilikdə, son 20 ilin statistikası Azərbaycanda məktəblilərin, məktəblərin və müəllimlərin bölgələr üzrə paylanmasında ciddi dəyişikliklərin baş verdiyini göstərir. Bu mənzərə daxili miqrasiya ilə yanaşı, demoqrafik dəyişikliklərin də təhsil sisteminə təsirini araşdırmağın vacibliyini ortaya qoyur.  Bəs regionlarda məktəblər niyə boşalıb? Qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

Mövzu ilə əlaqədar təhsil üzrə ekspert Elçin Əfəndi Avtosfer.az-a müsahibəsində deyib ki, bölgələrdə məktəblərin boşalmasının əsas səbəblərindən biri əhalinin təbii artımının azalması, digəri isə rayonlardan şəhərlərə, xüsusilə də paytaxta doğru miqrasiyadır. Bu iki amil bölgələrdə doğulan uşaqların sayının kəskin azalmasına və nəticədə məktəblərin boşalmasına gətirib çıxarır.

“Elə siniflər var ki, orada ümumiyyətlə şagird yoxdur, bəzilərində isə cəmi iki şagird təhsil alır. Hətta müxtəlif siniflərdə oxuyan uşaqların bir sinifdə birləşdirildiyi hallar da var. Məsələn, birinci, ikinci və üçüncü sinif şagirdləri birlikdə təhsil alırlar. Bu, təbii ki, arzuolunan hal deyil və narahatlıq doğurur.  Mövcud vəziyyətin aradan qaldırılması üçün hazırda Elm və Təhsil Nazirliyi tərəfindən optimallaşdırma və rasionallaşdırma tədbirləri həyata keçirilir. Şagird sayı azalan məktəblərin daha çox şagirdi olan məktəblərlə birləşdirilməsi nəzərdə tutulur. Həmçinin dərslərin boş keçməməsi üçün distant tədris imkanlarından istifadə olunur.  Bəzən həmin məktəblərdə vakant yerlərin sayı az olduğundan müəllimlər orada işləməkdə maraqlı olmurlar. Nəticədə, bəzi fənlər üzrə müəllim çatışmazlığı yaranır və dərslərin məsafədən tədrisinə ehtiyac duyulur. Bu, müəyyən mənada müsbət yanaşmadır. Çünki dərsin ümumiyyətlə keçirilməməsindənsə, distant formada da olsa, tədrisin təşkil edilməsi daha məqsədəuyğundur.  Ümumilikdə, bölgələrdən miqrasiyanın qarşısını almaq istəyiriksə, hesab edirəm ki, sahibkarlığın inkişafı üçün müvafiq dəstək proqramları həyata keçirilməli, yeni iş yerləri açılmalı və bölgələrdə kadr potensialının inkişafına diqqət yetirilməlidir. Bu istiqamətdə addımlar atılarsa, insanların bölgələrdən paytaxta və paytaxtətrafı ərazilərə axınının qarşısını müəyyən qədər almaq mümkün olar".

Türkan Ülvi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 20 Oktyabr 2026 19:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see380

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see374

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see355

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see348

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see329

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see328

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see304

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see276

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see261

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see254

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see239

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see235

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see229

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see220

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see213

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see210

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see204

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see189

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see188

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri