Icma.az
close
up
RU
Regionu çalxalayan olay: qonşu ölkədə nələr yaşanır? Detallar

Regionu çalxalayan olay: qonşu ölkədə nələr yaşanır? Detallar

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

“Gürcüstanda hakim partiya böyük üstünlüklə bələdiyyə seçkilərində qalib oldu. Seçkiləri boykot edən siyasi partiyalar isə küçəyə çıxıb deyirlər ki, nəticələri tanımırıq. Absurddur, iştirak elə, mücadilə ver, sonra tanı, ya tanıma – boykot etmisənsə, nəyi tanımırsan?! Soruşsan ki, seçkilərdə saxtakarlıq faktları varmı – cavab verə bilmirlər, deyirlər ki, olub-olmamasının bir önəmi yoxdur, biz sadəcə “oynamırıq”, tanımırıq seçkiləri, vəssalam”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri REAL Partiyası Siyasi Komitəsinin sədri Natiq Cəfərli deyib.

O xatırladıb ki, son parlament seçkilərində müxalifət partiyaları 150 deputat yeri olan parlamnetdə 61 yer, mandat qazanmışdı:

“Seçkidən sonra yenə absurdcasına nəticələri tanımayıb parlamentin işini boykot etdilər, küçədən hakimiyyətə gəlməyə çalışdılar, o da fiasko ilə nəticələndi. Siyasətdə boykot kimi mənasız və nəticəsi olmayan ikinci bir yanaşma yoxdur, ola da bilməz. Ancaq siyasi bisavadlar eyni (boykot) hərəkətdən fərqli nəticələr (hakimiyyət üçün legitimlik problemi) gözləyə bilərlər.

Təsəvvür edin ki, 61 yer qazanan müxalifət parlamentdə fraksiya quraraq xalqın gözləntilərinə uyğun çoxsaylı qanun layihələri təklif edir, səsverməyə çıxardır, iqtidar partiyası isə hər dəfə əlehinə səs verir – sizcə, xalq o zaman hökumətə dəstəkdən tam əl çəkməzdimi?! Xalq arasında müxalifətin daha çox tərəfdarı olmazdımı?! Keçən il parlament seçkilərindən sonra da dəfələrlə publik çıxışlarımda demişdim ki, küçə yolu ilə müxalifət heç nəyə nail ola bilməyəcək, etirazlar sönəcək, indi etirazların səviyyəsi daha azdır, bu heç 1 həftə də sürməz, bitəcək, sonra Gürcüstanda 4 il seçki yoxdur, müxalifət nə edəcək bəs?! Getsinlər boykot-boykot oyunlarını davam etdirsinlər”.

N.Cəfərli qeyd edib ki, müxalifət partiyalarının planı yoxdur:

“Deyirlər ki, Gürcüstan hökuməti, iqtidarı ruspərəstdir, “Gürcü arzusu” ölkəni Avropa İttifaqına (Aİ) üzvlüyündən uzaqlaşdırır. Müxalifyönümlü gürcü ictimai-siyasi xadimlərə dəfələrlə sual vermişəm – yaxşı, 1,2,3,4,5 deyərək cəmi 5 arqument gətirə bilərsinizmi ki, indiki Gürcüstan hökuməti ruspərəstdir?! İnandırım sizi, 1 arqumnet belə gətirə bilmirlər.

Rəsmi Tibilisinin Rusiya ilə diplomatik münasibətlər yoxdur, Gürcüstan nə MDB-də, nə də Rusiyanın başında olduğu digər qurumlarda təmsil olunmur. Bu ölkənin bütün rəsmi sənədlərində Rusiya “işğalçı” adlandırılır, Gürcüstan torpaqlarının 20%-nin onlar tərəfindən ələ keçirildiyi yazılıb.

Ticarət dövriyyəsini deyirlərsə, Cənubi Qafqazda Rusiya ilə ən kiçik ticarət dövriyyəsi olan ölkə Gürcüstandır. 2024-cü ildə Gürcüstanla Rusiya arasında ticarət dövriyyəsi 2,4 mlrd. dollar olub, Ermənistanın Rusiya ilə ticarət dövriyyəsi keçən il 11,7 mlrd. dollar təşkil edib. Azərbaycan-Rusiya ticarət dövriyyəsi 2024-cü ildə 4,8 mlrd. dollar olub”.

Siyasətçi qeyd edib ki, Gürcüstanın bir nömrəli ticarət tərəfdaşı Türkiyədir:

“Keçən il qarşılıqlı ticarət dövriyyəsi 3 mlrd. dollara yaxın olub, Türkiyə Gürcüstanda ən böyük investordur, Gürcüstanda qeydiyyatdan keçən 10200 xarici şirkətlərin 25%-i Türkiyə şirkətləridir, Gürcüstanın Acarıstan bölgəsində isə bu rəqəm 81%-dir. Bəlkə Gürcüstanın “Türkiyəpərəst” olması həm Avropada, həm də bizdə bəzi qüvvələrin xoşuna gəlmir?!

Çox qəribədir ki, həm Avropada, həm də bizdə Gürcüstanı “ruspərəst” adlandıran eyni insanlar Ermənistana qərbyönümlü deyirlər. Ermənistan Rusiyanın başında durduğu MDB, KTMT, Avrasiya İttifaqı, Gömrük İttifaqı kimi qurumların üzvüdür, bu ölkədə Rusiyanın hərbi bazası var, sərhədlərini onlar qoruyur, Rusiya ilə ticarət dövriyyələri Gürcüstanla müqayisədə 5,5 dəfə çoxdur. Amma, nə hikmətdirsə, eyni insanlar Ermənistanı ərbpərəst, Gürcüstanı isə “ruspərəst” adlandırırlar”.

Əliyar Xəlil
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 05 Oktyabr 2025 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see386

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see224

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see201

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see187

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see177

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see177

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see152

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see147

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see141

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see140

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see138

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see134

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see132

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see130

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see130

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see130

Real n keçmiş futbolçusunun sevgilisi döyüldü

05 Yanvar 2026 01:23see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri