Icma.az
close
up
RU
Trampdan regionu çalxalayan qərar İsrailin təklifinə hə dedi

Trampdan regionu çalxalayan qərar İsrailin təklifinə hə dedi

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Tramp yaxın zamanda İsrailə səfər edəcəyini açıqlayıb. Tramp Qəzzada atəşkəs razılığı əldə olunduqdan sonra belə bir qərar verdiyini söyləyib. Ağ Ev rəhbəri İsrail tərəfinin ondan Knessetdə çıxış etməsini istədiyini və bunu qəbul etdiyini bildirib.

Tramp həmçinin Ukraynadakı müharibəni bitirməyin Yaxın Şərqdəki münaqişələrdən daha çətin olduğunu söyləyib.

ABŞ prezidentinin İsrailə səfəri bölgədə sabitliyin formalaşdırılmasına necə təsir göstərəcək?

Globalinfo.az-a danışan politoloq Elçin Xalidbəyli bildirib ki, Ukrayna müharibəsi daha gərgin fazaya daxil olub:

“Yaxın Şərqdə baş verənlər, əslində, ABŞ-ın nəzarətində olan proseslərdir. İsrailin atdığı bütün addımlar rəsmi Vaşinqtonun razılığı və dəstəyi ilə həyata keçirilir. ABŞ Yaxın Şərqin yenidən siyasi və geosiyasi baxımdan dizayn olunmasında israrlıdır və bölgədə İsraili hegemon dövlətə çevirməyi qarşısına məqsəd qoyub. Vaşinqtonun bu niyyəti artıq açıq şəkildə görünməkdədir.


Elçin Xalidbəyli

Ağ Ev istənilən anda proseslərin məzmununu, istiqamətini və inkişaf parametrlərini dəyişmək gücündədir. O baxımdan Trampın Yaxın Şərqə mümkün səfəri ciddi siyasi və strateji əhəmiyyət daşıyır. Həm birbaşa, həm də dolayı yolla sülh və sabitlik təşəbbüsləri ilə əlaqələndirilə bilər. Tramp bu səfəri reallaşdırmasa belə, Ağ Evdən veriləcək bir göstəriş və ya təlimata əsasən Yaxın Şərqdə hərbi əməliyyatların dayandırılması mümkündür.

Bu mövzuda “Tramp planı” adlanan sənəd də mövcuddur. Hətta Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyerin rəhbərliyi ilə keçid hökumətinin formalaşdırılması barədə razılıq olduğu da qeyd edilir. Proseslər kifayət qədər genişmiqyaslıdır. Amma yekun qərar və son söz yenə də ABŞ-a məxsusdur”.

Safura Bənnayeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 Oktyabr 2025 18:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see336

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see270

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see257

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see257

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see253

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see243

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see242

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see240

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see240

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see233

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see226

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see225

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see216

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see215

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see215

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see212

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see193

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see191

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see182

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri