Regionumuzda sadəcə sülh istəyirik Ərdoğan
Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın dövlət başçısı İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə lideri sosial şəbəkədə paylaşım edib.
“Qardaşım, Azərbaycan Prezidenti cənab İlham Əliyevi Türkiyədə qonaq etməkdən çox məmnun oldum. “Bir millət – iki dövlət” şüarı ilə təcəssüm olunan qardaşlıq münasibətlərimizdə hər sahədə böyük irəliləyişlər əldə edirik. Ölkələrimiz arasında əlaqələr müdafiədən tutmuş ticarətə qədər bir çox sahələrdə daim inkişaf edir”, – Türkiyənin ölkə başçısı qeyd edib. O, bu əməkdaşlıqlar arasında enerji sektorunun ön sırada olduğunu da vurğulayıb.
Ərdoğan Bakı və Ankaranın sadəcə sülh, əməkdaşlıq istədiyini vurğulayıb:
“Bunu ifadə etmək istərdim: Türkiyə və Azərbaycan sülhün, əmin-amanlığın, firavanlığın tərəfindədir. Regionumuzda sadəcə sülh istəyirik, əməkdaşlıq istəyirik, birlikdə inkişaf etmək istəyirik. İnşallah, bundan sonra regional sülhə, rifaha və əmin-amanlığa yönəlmiş hər cür layihələri birlikdə həyata keçirmək əzmindəyik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 05 Mart 2025 23:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















