Icma.az
close
up
RU
Regionun aparıcı innovasiya festivalı üçün biletlər artıq satışdadır!

Regionun aparıcı innovasiya festivalı üçün biletlər artıq satışdadır!

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Artıq silsiləvi xarakter alan və regionun innovasiya gündəmində mühüm yer tutan Baku ID, bu il də ənənəsinə sadiq qalaraq keçiriləcək.

19-20 iyun tarixlərində Jolly Joker Baku və Daş Salnamə Muzeyi kimi fərqli atmosferə malik məkanlarda baş tutacaq tədbir üçün bilet satışı artıq başlayıb.

Festival “SABAH.HUB” İnnovasiya Mərkəzinin təşkilatçılığı, Azərbaycan Elm və Təhsil Nazirliyi, SOCAR, PAŞA Holding və Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) kimi strateji tərəfdaşların dəstəyi ilə həyata keçirilir.

Baku ID regionda innovasiya, texnologiya və sahibkarlıq sahəsində aparıcı platformalardan biridir.

Builki Baku ID tədbiri “The Regional Nexus” mövzusu ətrafında təşkil olunacaq. Burada ideyalar sərhədləri aşır, müasir texnoloji həllər yeni əməkdaşlıqlara çevrilir və startaplar qlobal səviyyədə tanınma fürsəti əldə edirlər.

Baku ID 2025 – Sizi nələr gözləyir?

Baku ID, regionun aparıcı investorlarını, innovativ startaplarını, texnologiya liderlərini və qlobal tərəfdaşlarını bir araya gətirir. İki gün ərzində iştirakçıları dolğun çıxışlar, canlı təqdimatlar və geniş şəbəkələşmə imkanları gözləyir.

Bundan əlavə siz aşağıdakı fürsətləri əldə edəcəksiniz:

- Birbaşa investisiya 

- Startap yarışları 

- Ekspert çıxışları və praktiki sessiyalar 

- Netvörking və əməkdaşlıq

- Asudə vaxtı və əyləncə proqramı

Nəzərinizə çatdırırıq ki, hazırda sosial şəbəkələrimizdə ödənişsiz bilet qazanmaq şansı təqdim olunur.

Bunun üçün instagram.com/bakuidfestivallinkedin.com/company/baku-id/ səhifələrini izləyin və müsabiqələrdə aktiv iştirak edin.

Qeyd edək ki, Baku ID innovasiya festivalı fəaliyyət göstərdiyi dövr ərzində 9500-dən çox iştirakçını bir araya gətirib, 200-dən artıq startap təqdim olunub və 2.5 milyon AZN-dən artıq investisiya startaplara yönləndirilib.

Baku ID artıq təkcə bir tədbir deyil, regionun innovasiya ekosistemini formalaşdıran aparıcı platformadır.

Baku ID innovasiya festivalının fəaliyyəti ilə yaxından tanış olmaq və mütəmadi olaraq yeniliklərdən xəbərdar olmaq üçün bakuid.com veb-saytına keçid edə bilərsiniz.

Baku ID 2025 tədbirində iştirak fürsətini qaçırmayın - bakuid.com/buy-ticket linkindən qeydiyyatdan keçin və biletinizi indi əldə edin!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 05 İyun 2025 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see276

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see259

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see177

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see147

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see144

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see136

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see135

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri