Regionun ən rahat yolları hansı ölkədədir? Siyahı
Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.
Azərbaycan yol-nəqliyyat sisteminin vəziyyətinə görə 89 ölkə arasında 59-cu yerdə qərarlaşıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat “Numbeo” platformasının hazırladığı “Trafik İndeksi”ndə yer alıb.
Qeyd edək ki, indeksdə ölkələrdəki yol hərəkətinin vəziyyəti, gündəlik gediş-gəlişə sərf olunan vaxt, tıxaclarda keçirilən vaxta görə narazılıq, nəqliyyat sisteminin səmərəliliyi və avtomobillərin atmosferə buraxdığı karbon qazının (CO2) miqdarı nəzərə alınaraq qiymətləndirilir.
Azərbaycanın “Trafik İndeksi” 155,7 təşkil edib. Ölkəmizdə gündəlik bir istiqamət üzrə gediş-gəlişə sərf olunan orta vaxt 40 dəqiqədir. Bir sərnişinin gündəlik gediş-gəlişi zamanı atmosferə buraxdığı karbon qazının miqdarı isə hər iki istiqamət üzrə orta hesabla 3 825,6 qram təşkil edir.
Reytinqdə ən yaxşı göstərici Estoniyada qeydə alınıb. Bu ölkənin “Trafik İndeksi” 72,3, gündəlik bir istiqamət üzrə orta gediş-gəliş müddəti isə 20,6 dəqiqədir.
Ən pis göstəricilər isə Nigeriya, Kosta-Rika, Şri-Lanka, Banqladeş və Keniyada qeydə alınıb.
Keçmiş SSRİ ölkələri və region dövlətlərində “Trafik İndeksi” aşağıdakı kimi olub:
Estoniya – 72,3 (1-ci yer);
Litva – 80,9 (4-cü yer);
Latviya – 96,3 (14-cü yer);
Ermənistan – 99,6 (20-ci yer);
Belarus – 112,3 (27-ci yer);
Gürcüstan – 125,4 (36-cı yer);
Qazaxıstan – 134,7 (45-ci yer);
Ukrayna – 144,7 (53-cü yer);
Azərbaycan – 155,7 (59-cu yer);
Rusiya – 173,0 (70-ci yer);
Türkiyə – 186,5 (77-ci yer);
İran – 215,3 (82-ci yer).
Məlumat üçün qeyd edək ki, “Numbeo”nun “Trafik İndeksi” rəsmi statistika deyil və əsasən istifadəçilərin təqdim etdiyi məlumatlar əsasında formalaşır. Bu səbəbdən göstəricilər ölkələrdəki rəsmi statistikadan fərqli ola bilər.
Murad Məmmədov
Bu mövzuda digər xəbərlər:Ən çox “Michelin” ulduzlu restoran hansı ölkədədir? Tam siyahı
17 Avqust 2026 16:11
Ən ucuz çörək hansı ölkədədir?
16 Oktyabr 2025 14:27
Ən bahalı və ən ucuz internet hansı ölkədədir?
26 Oktyabr 2025 19:29
Misir deyil: Ən çox piramida hansı ölkədədir?
22 Dekabr 2024 12:52
Azərbaycanın qonşularında ən sürətli internet hansı ölkədədir?
18 Fevral 2026 15:15
Baxış sayı:43
Bu xəbər 11 Noyabr 2026 16:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















