“Rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarəedilməsi və liderlik” mövzusunda təlim
Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Dövlət İmtahan Mərkəzinin (DİM) İstedadın psixometrik diaqnostikası və maarifləndirmə sektorunun müdiri Sevinc Məmmədova tərəfindən dünən Dövlət Turizm Agentliyinin əməkdaşları üçün “Rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarəedilməsi və liderlik” mövzusunda təlim keçirilib.
DİM-in məlumatında bildirilir ki, təlimdə iştirakçılara səriştə anlayışı və onun əsas elementləri izah edilib. Sonra inkişaf və məhsuldarlığın idarə edilməsi mövzusu təqdim olunub, müxtəlif qiymətləndirmə alətləri haqqında məlumat verilib, düzgün göstəricilərin müəyyən olunmasının əhəmiyyəti vurğulanıb. Liderlik üslubları və uğurlu rəhbərliyin meyarları müzakirə olunub. Dünyada tətbiq olunan məşhur modellərə əsasən qərarvermə üsulları, transformasiya liderliyinin əsas xüsusiyyətləri və uğursuz liderliyə gətirə biləcək səbəblər təqdim edilib. Rol oyunları vasitəsilə iştirakçılar müxtəlif liderlik üslublarını tətbiq etməyi sınaqdan keçiriblər.
Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb, davranış strategiyaları və həll yolları müzakirə edilib.
Ü.Qarayev
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 25 Sentyabr 2025 13:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















