Icma.az
close
up
RU
İRİA rəhbər şəxslər üçün kibertəhlükəsizlik təlimləri təşkil edib FOTO

İRİA rəhbər şəxslər üçün kibertəhlükəsizlik təlimləri təşkil edib FOTO

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi İsrailin “Technion” Texnologiya İnstitutu ilə birgə Kənd Təsərrüfatı Nazirliyinin rəhbər şəxsləri üçün kibertəhlükəsizlik təlimi keçirib. Təlimdə nazirliyin 30-dan çox rəhbər şəxsi iştirak edib. Agentlikdən SİA-ya bildirilib ki, tədbirdə çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov dövlət qurumlarının informasiya sistemlərinin milli təhlükəsizliyin əsas sütunlarından biri olduğunu vurğulayaraq nazirlik rəhbərliyinin kibertəhlükəsizlik sahəsində bilikli olmasının əhəmiyyətini qeyd edib: “Kənd təsərrüfatı sektoru ölkəmiz üçün strateji əhəmiyyət daşıyır və bu sahədə rəqəmsal transformasiya sürətlə gedir. Elektron kənd təsərrüfatı sistemlərindən tutmuş, smart texnologiyalara və böyük verilənlər bazalarına qədər hər bir məlumat təhlükəsizlik baxımından həssasdır. Buna görə də nazirlik rəhbərliyinin kibertəhlükəsizlik sahəsində bilikli və hazırlıqlı olması kritik əhəmiyyət kəsb edir”.

Daha sonra kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova belə təlimlərin keçirilməsinin əhəmiyyəti vurğulayıb: “Kibertəhlükəsizlik təkcə texnoloji məsələ deyil, həm də iqtisadi, sosial və milli təhlükəsizliklə bağlı bir prioritetə çevrilib. İnformasiya sistemlərimizin qorunması yalnız şəxsi məlumatlarımızı deyil, eyni zamanda, dövlətin strateji maraqlarını təmin edir”.

Tədbir “Technion” Texnologiya İnstitutunun ekspertləri tərəfindən təqdim olunan sosial mühəndisliyin əhəmiyyəti, açıq mənbə kəşfiyyatı, kiberhücumların kənd təsərrüfatı sektoruna təsiri, iş yerində insidentlərə cavab kimi faydalı mövzularda sessiyalarla davam edib. Təlim sual-cavab sessiyası ilə yekunlaşıb.

Xatırladaq ki, ötən il kibertəhlükəsizlik təlimlərində 20-dən çox dövlət və özəl sektor nümayəndəsi iştirak edib. Bu ilin sonuna qədər ümumilikdə 200 nəfər rəhbər şəxslə sözügedən təlimlərin keçirilməsi planlaşdırılıb.

Təlimlər kibertəhlükəsizlik risklərinin idarə edilməsi, təhdidlərin müəyyən edilməsi və bu istiqamətdə effektiv qərarların qəbul olunmasını hədəfləyir. Bu təlimlərin keçirilməsində məqsəd rəhbər şəxslərin müasir rəqəmsal mühitin gətirdiyi çağırışlarla üzləşərkən daha etibarlı və effektiv qərarlar qəbul edə bilmələridir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://sia.az
archiveBu xəbər 06 Mart 2025 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see242

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see187

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see185

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see178

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see177

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see171

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see148

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see143

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri