Icma.az
close
up
RU
İRİA rəhbər şəxslər üçün növbəti kibermaarifləndirmə təlimi təşkil edib

İRİA rəhbər şəxslər üçün növbəti kibermaarifləndirmə təlimi təşkil edib

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi “CyberCollab” layihəsi çərçivəsində İsrailin “Technion” Texnologiya İnstitutu ilə birgə AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yollarının (AZAL) rəhbər şəxsləri üçün kibermaarifləndirmə təlimi təşkil edib. Təlimdə AZAL-ın 50-dən çox rəhbər şəxsi iştirak edib.

Tədbirdə çıxış edən İRİA-nın sədr müavini Şahin Əliyev aviasiya sahəsində kiberhücum risklərindən bəhs edərək bu sahənin rəhbər şəxslərinin kiberhücumlara qarşı hazırlıqlı olmalarının vacibliyini və bu istiqamətdə kibertəhlükəsizlik təlimlərinin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Tədbir “Technion” Texnologiya İnstitutunun ekspertləri tərəfindən təqdim olunan sessiyalarla davam edib. Təlim sessiyaları çərçivəsində iştirakçılar real aviaşirkət məlumat sızmaları əsasında risklərin xəritələndirilməsi, kritik məlumatların qorunması və sızma baş verdikdə rəhbərliyin atmalı olduğu addımlarla tanış olublar. Real kiberhücum ssenarisi əsasında hücumun uçuş əməliyyatları, rezervasiya sistemləri və sərnişin kommunikasiya kanallarına təsiri qiymətləndirilərək rəhbər şəxslər hücum zamanı sistemlərin bərpası üzrə prioritetlərin müəyyənləşdirilməsi, xidmətin fasiləsizliyinin təmin edilməsi və s. istiqamətlərdə real qərarvermə ssenariləri üzərində çalışıblar.

Sessiyalar zamanı böyük maliyyə və reputasiya itkilərinə səbəb ola biləcək, xüsusilə rəhbər şəxsləri hədəf alan fırıldaqçılıq hücumlarının real nümunələr əsasında təhlili aparılaraq, iştirakçılara daxili prosedurların möhkəmləndirilməsi barədə tövsiyələr verilib.

Süni intellektin kibertəhlükəsizlikdə həm müdafiə, həm də hücum tərəfdə yaratdığı imkan və riskləri əhatə edən sessiyada rəhbər şəxslər süni intellekt əsaslı müdafiə sistemləri, eləcə də süni intellekt texnologiyaları ilə gücləndirilmiş hücumlara qarşı qurumun dayanıqlığını artırmaq üçün tələb olunan strateji hazırlıq addımları ilə tanış olublar.

Komanda əsaslı simulyasiya zamanı isə rəhbər şəxslər kiberinsident anında operativ qərarvermə, kommunikasiya və böhran idarəetməsi proseslərini təcrübədə tətbiq ediblər.

Tədbir spikerlərin iştirakı ilə keçirilən dəyirmi masa müzakirəsi və aviasiya sektoruna dair araşdırma nəticələrinin təqdimatı ilə yekunlaşıb.

Qeyd edək ki, təlimin keçirilməsinin əsas məqsədi aviasiya sənayesində artmaqda olan kiberhücum risklərinə qarşı rəhbər heyətin operativ qərarvermə bacarıqları, məlumatlılığı və strateji hazırlığını gücləndirməkdir.

Xatırladaq ki, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi fəaliyyətə başladıqdan bu günə qədər 200-ə yaxın rəhbər şəxsə kibermaarifləndirmə təlimləri təşkil edib. Təlimlərdə Kənd Təsərrüfatı Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin alt qurumları, “FinTech” sahəsinin və neft-qaz sektorunu əhatə edən qurumların rəhbər şəxsləri iştirak ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://apa.az
archiveBu xəbər 25 Noyabr 2025 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see765

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see233

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see172

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see159

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see157

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see156

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see147

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see145

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri