Rəhbəri olduğu mərkəzdən son mənzilə yola salındı... Fotolar Yenilənib
Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
Əməkdar artist Cabir İmanovun cənazəsi Nərimanov rayonundakı Cümə məscidinə gətirilib.
“Qafqazinfo”nun məlumatına görə, mərhum sənətkarın yaxınları cənazə namazında iştirak etmək üçün məscidin həyətinə toplaşıblar.
Birgə namazdan sonra Şəhriyar adına Mədəniyyət Mərkəzində onunla vida mərasimi keçiriləcək.
Qeyd edək ki, Cabir İmanov ötən gün 49 yaşında ürəktutmadan vəfat edib.
***
Şəhriyar adına Mədəniyyət Mərkəzində Əməkdar artist Cabir İmanovla vida mərasimi başlayıb.
Mərhum sənətkarın yaxınları ilə yanaşı, sənət adamları və bir sıra rəsmilər də onunla vidalaşmağa gəliblər.
***
Mərhumla vida mərasimi başa çatıb.
Onun cənazəsi dəfn olunmaq üçün “Qurd qapısı” qəbiristanlığına aparılır.
Məlumat üçün bildirək ki, Cabir İmanov DTX Mədəniyyət Mərkəzinin rəhbəri olub.
Sail Ağasəlim
Fotolar: Xəyal Vəlizadə































Baxış sayı:86
Bu xəbər 30 Sentyabr 2025 15:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















