Icma.az
close
up
RU
Mütəllim Rəhimlinin övladları: Hazırkı tələbələr, gələcək siyasətçilər...

Mütəllim Rəhimlinin övladları: Hazırkı tələbələr, gələcək siyasətçilər...

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Onlar siyasət meydanında deyil, amma bir çox hallarda diqqət mərkəzində olurlar. Ataları və ya anaları ölkənin taleyüklü məsələlərində önə çıxanda, onların özü də cəmiyyətin maraq dairəsinə düşürlər. Söhbət siyasətçi övladlarından gedir: onlar kimdir, nə işlə məşğuldurlar, valideynlərinin nüfuzu onların həyat yoluna necə təsir edib?..

Ədalət Partiyasının sədri İlyas İsmayılov bu ilin fevralında dünyasını dəyişdikdən bir müddət sonra onun müavini Mütəllim Rəhimli siyasi təşkilatın sükanı arxasına keçdi.

Mütəllim Rəhimli uzun illərdir siyasət meydanındadır. Həmişə aktivliyi ilə seçilən Ədalət Partiyasının hazırkı sədri mətbuata əlçatan siyasətçilərdəndir. 

Mütəllim Rəhimli yalnız siyasi fəaliyyəti ilə deyil, eyni zamanda şəxsi həyatı ilə də maraq doğurur. Cəmiyyətin diqqətində olan ictimai-siyasi fiqurların ailə həyatı, xüsusilə də övladlarının taleyi və fəaliyyəti, zaman-zaman medianın və ictimaiyyətin diqqət mərkəzinə düşür. 

Modern.az saytı “Siyasətçi övladları” rubrikasında bu dəfə Mütəllim Rəhimlinin uşaqlarından bəhs edir.

Bu yazıda Mütəllim Rəhimlinin övladlarının təhsili, fəaliyyəti və cəmiyyətə töhfələri barədə məlumat verməyə çalışmışıqr. Məqsədimiz ictimai marağı təmin etməklə yanaşı, şəxsi məxfiliyə də hörmət çərçivəsində real və obyektiv bir mənzərə təqdim etməkdir.
Mütəllim Rəhimlinin iki oğlu var. Böyük oğlu Rəmzi 2004-cü ildə, kiçik oğlu Fəxri isə 2008-ci ildə anadan olub. 

Siyasətçinin hər iki övladı hazırda tələbədir. 

"Böyük oğlum Rəmzi Memarlıq və İnşaat Universitetində marketinq ixtisası üzrə ingilis dilində təhsil alır. Kiçik oğlum Fəxri isə bu il Türkiyənin Ömer Halisdemir Universitetində menecment ixtisası üzrə təhsil almağa başlayıb. Rəmzinin II kursa yönəlməsi və ingilis dilində təhsil almasında mənim  yönləndirməmin təsiri olub.  O, Azərbaycan, rus və inglis dillərində təmiz danışa bilir. Kiçik oğlum Fəxri isə müəyyən səviyyədə rus və ingilis dillərini bilir, lakin bu bilikləri yüksək səviyyədə deyil. Bu il yəqin ki, həmin dilləri daha da təkmilləşdirəcək",-siyasətçi deyib. 

Partiya sədri övladlarının siyasətə olan marağından da danışıb, o kiçik oğlunun siyasətə daha meyilli olduğunu qeyd edib:

"Tale elə gətirib ki, onlar gözlərini açandan məni siyasətin içərisində görüb, fəaliyyətimi izləyib, televiziyadakı  çıxışlarımı dinləyib, mətbuatdakı yazılarımı oxuyublar. Yeri gələndə nəyi bəyənib, nəyi bəyənmədiklərini mənə deyirlər. Onlar heç vaxt mənim çıxışlarımı sosial mediada paylaşmayıblar. Ədalət Partiyasının qurultayına gəlmişdilər. Yaxşı təəssüratları oldu. İlk dəfəydi ki, belə siyasi tədbirdə iştirak edirdilər. Siyasətə meyillərinə gəldikdə, təbii ki, müəyyən müzakirələr edirlər. Mənim fikirlərimi soruşurlar. Fikirlərimi açıqlamamış öz düşüncələrini bildirirlər ki, bu belə olsa, daha yaxşıdır. Bu da onların doğru düşünə bildikləri üçün özlərində əminlik yaratmaq istəyindən irəli gəlir. Siyasət bizim ailəinin gündəlik həyatının ayrılmaz hissəsidir.
Oğlanlarım heç bir siyasi partiyanın üzvləri deyillər. Fəxrinin hələ 18 yaşı tamam olmayıb. Rəmzi isə artıq yetkinlik yaşındadır. Onu qeyd edim ki, Fəxri siyasətə daha çox meyillidir. Hətta partiyada vəzifə tutmaq iddiasındadır. Fəal və təşəbbüskardır. Reklamı da sevən deyil. Hər şey onun özündən asılıdır. Kimisə siyasətə yönəltmək olar, amma siyasətçi etmək olmaz. Hər bir Azərbaycan vətəndaşı kimi Ədalət Partiyasının qapısı onlara da açıqdır. Mən onları heç vaxt məcburən nəyəsə yönəltməmişəm. 

Məşhur şəxslərdən birinin belə bir sözü var: əgər sən siyasətlə məşğul olmasan, siyasət səninlə məşğul olar. Azərbaycanda müxalif siyasi partiyalar haqda çox pis imic yaradılıb. Cəmiyyətdə nüfuzsuz adamlar kimi təqdim olunublar. Bunun günahını həmişə iqtidarın üzərinə atıblar. Lakin insan dönüb özünə də baxmalıdır. Yəqin ki, birtərəfli günahlandırma düz olmazdı. Həmişə belə düşünmüşəm. İqtidar-müxalifət münasibətləri düşmənçilik səviyyəsinə gəlib çıxmışdı. 2020-ci ildən sonra iqtidar-müxalifət arasında dialoq yaranıb və münasibətlərdə anlaşma var. Bu baxımdan düşünürəm ki, siyasətlə məşğul olmaq qəbahət deyil. Mən övladlarıma siyasətçi olmağı tövsiyə edərdim. Əgər özlərini təsdiq etməyi düşünürlərsə və gələcəklərini bu istiqamətdə görürlərsə, əlbəttə, onlara siyasətçi olmağı tövsiyə edərdim”.

Partiya sədri övladlarından tamamilə razı olmadığını da söyləyib:

“Mən övladlarımdan tamamilə razı olsam və onlar da məni təkzib etməsələr, inkişaf etmiş olmazlar. Mənim onlardan narazı olduğum məqamlar çoxdur. Onlar da mənim bir çox hərəkətlərimi qəbul etmirlər. İnkarı inkar qanunu dialektikanın əsas qanunudur. İnkişaf etmək istəyiriksə, bu qanun mütləq cəmiyyətdə və hər  yerdə öz əksini tapmalıdır. Onların məni təkzib etdiyi və mənim onlarda qəbul etmədiyim məqamlar çoxdur. Amma bu barışmaz nöqtədə deyil. Təkzib haradasa, uzlaşma nöqtəsindədir. Onların bu cür olması düşünürəm ki, inkişafın dinamikasını göstərir. Onlar mənim bütün hərəkətlərimi təsdiq etsəydilər, özümə çox şübhə ilə baxardım. Və mən onlardan tamamilə narazı qalsaydım, daxilən düşünərdim ki, burada nəsə çatışmazlıq var. Konfutsinin “ata ata, oğul da oğul olmalıdır” fikri var. Bu funksiya təbii ki, gözlənilməlidir. Çünki burada artıq ailədə, cəmiyyətdə sabitlik olur. Amma ata deyənləri bütövlükdə övlad yerinə yetirməli deyil. Söhbət onun atasına itaət etməməsindən getmir. Mənim özümdə tərbiyə etdiklərimi bütövlükdə öz övladlarımda görə bilmirəm. Onlar artıq müasir dövrün gəncləridir. Onlarla bizim aramızda barışmaz nöqtələr həddindən artıq çoxdur.

Çılğınlıq və tez qərar vermə bütün gənclərə xas xüsusiyyətlərdir. Hadisələrə baxışda, müasir texnologiya vasitələrinə münasibətdə belə biz bir-birimizdən fərqlənirik. Biz daha çox yazılı mətbuata, kitaba üstünlük veririk. Onlar ya bunu dinləməyə, ya da elektron qaydada oxumağa üstünlük verirlər. Üstəlik də düşüncə fərqliliyi var. Onların cəmiyyətə baxışları fərqlidir. Mən görürəm ki, artıq yeni nəsildə dəyərlər də dəyişib. Bizdə milli-mənəvi, əxlaqi dəyərlərə bağlılıq daha çox idi. İndiki nəsildə bu o qədər də əhəmiyyət daşımır. Çox böyük dəyişiklik var. Biz bunu qınasaq da, onlar bunu yenilik kimi qələmə verirlər”.

 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 Sentyabr 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see237

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see225

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see199

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see196

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see177

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see166

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see162

Energetik içkilərlə bağlı şok xəbərdarlıq: kor edə bilər

30 Dekabr 2025 09:06see159

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see153

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see148

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see147

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see144

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see142

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see141

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see140

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see135

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see133

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see131

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see130

Əfqanıstanlı kişi Britaniya xəstəxanasında 5 nəfəri yaraladı

31 Dekabr 2025 06:46see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri