Icma.az
close
up
RU
Rejim əməlinə görə peşman ediləcək ŞƏRH

Rejim əməlinə görə peşman ediləcək ŞƏRH

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Naxçıvan Muxtar Respublikasında hava limanı və orta məktəbin hədəfə alınması göstərir ki, məqsəd dinc əhali və mülki infrastruktura ziyan vurmaqdır:"Nəticədə 4 nəfər mülki şəxs - 1986-cı il təvəllüdlü Reyhanə Vəliyeva, 1996-cı il təvəllüdlü Mehdi Əsgərov və Zülfüqar Zülfüqarlı, 1998-ci il təvəllüdlü Əsəd Cəfərov yaralanıb, hava limanı və orta məktəb binaları zərər çəkib.

Hazırda Azərbaycanın əsas hissəsini Naxçıvan MR ilə yalnız hava nəqliyyatı bağladığından İran, aeroportu sıradan çıxartmaqla, bu əlaqəni tam kəsmək istəyib. Bu çirkin metod bizə 90-cı illərdə Ermənistanın Naxçıvana hücumlarından yaxşı məlumdur.

İran daim qonşuluq prinsiplərinə sadiq qalan, dar günün dostu olan, ərazisindən heç vaxt qonşu ölkələr əleyhinə istifadəyə icazə verməyən Azərbaycana hücum etməklə böyük səhvə yol verdi.

Mülki infrastruktura dron hücumu təşkil etmək acizlik, qorxaqlıq, zəiflikdir. Azərbaycana hücum edənlərin aqibəti məlumdur, İran da bu qorxaq, cılız əməlinə görə peşman olacaq.

Molla rejimi unutmamalıdır ki, əhalisinin böyük əksəriyyətini canı canımızdan, qanı qanımızdan olan soydaşlarımız - azərbaycanlılar təşkil edir, Təbrizin, Ərdəbilin və digər tarixi Azərbaycan şəhərlərinin ürəyi bizimlədir, onlar buna sıradan hadisə kimi baxmayacaq və dözməyəcək.

Baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə İranın üzərindədir".

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib. 1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hava Limanının binasına zərər dəyib, 4 nəfər xəsarət alıb.

Əmir Babayev

YAP Şərur rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 05 Mart 2026 18:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see502

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see311

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see302

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see249

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see248

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see234

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see234

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see232

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see229

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see221

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see220

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see216

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see214

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see211

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see198

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see197

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see195

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see192

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri