Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Ən çox qazanan televiziya aktyorları...

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Rektor BMU da laboratoriyanın açılışında iştirak edib FOTOLAR

Rektor BMU da laboratoriyanın açılışında iştirak edib FOTOLAR

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı Mühəndislik Universitetində (BMU) Biotexnologiya elmi-tədqiqat və tədris laboratoriyası istifadəyə verilib.

"Unikal" xəbər verir ki, ali təhsil müəssisələri arasında nadir elmi-tədris mərkəzlərindən olan yeni laboratoriya biotexnologiya sahəsində fundamental və tətbiqi tədqiqatların aparılmasına, eyni zamanda tələbələrin praktiki bilik və bacarıqlarının artırılmasına geniş imkanlar yaradacaq.

Açılış mərasimində çıxış edən BMU-nun rektoru Yaqub Piriyev bildirib ki,  beynəlxalq standartlara cavab verən belə bir laboratoriyanın yaradılması universitetin strateji inkişaf proqramının tərkib hissəsi olmaqla, biotexnologiya və digər bioloji elmlər sahəsində aparılan elmi araşdırmaların keyfiyyətcə yeni mərhələyə keçidini təmin edəcək. Rektor son iki ildə BMU-da “Biotexnologiya” ixtisasına qəbul aparıldığını, bu sahəni seçən tələbələrin 515-dən yuxarı bal topladığını vurğulayaraq, universitetdə loboratoriya infrastrukturunun gücləndirilməsinin rəqabətqabiliyyətli kadrların yetişdirilməsinə töhfə verəcəyinə inandığını deyib.  Yaqub Piriyev əlavə edib ki, laboratoriya gənc tədqiqatçıların elmi layihələrə cəlb olunması, startap təşəbbüslərinin dəstəklənməsi və beynəlxalq elmi əməkdaşlıqların genişləndirilməsi üçün də platforma rolunu oynayacaq. Habelə universitet alimlərinin beynəlxalq proqramlarda iştirak imkanlarını artıracaq və birgə tədqiqat layihələrinin həyata keçirilməsinə zəmin yaradacaq.

Sonra Səhiyyə Nazirliyi V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Adil Allahverdiyev çıxış edib. Çıxışda bildirilib ki, laboratoriyanın istifadəyə verilməsi ölkədə elmi potensialın gücləndirilməsi və innovativ tibbi tədqiqatların inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Yaradılan infrastruktur gənc mütəxəssislərin praktiki bilik və bacarıqlarının artırılmasına, elmi nəticələrin tətbiq imkanlarının genişləndirilməsinə və müasir tədqiqat mühitinin formalaşdırılmasına xidmət edəcək.

Çıxışların ardınca laboratoriya ilə tanışlıq olub. Bildirilib ki, fundamental və tətbiqi tədqiqatlar üçün geniş imkanların yaradıldığı laboratoriyada bioloji nümunələrin analizində  yüksək sürətli soyuduculu sentrifuqa, mikroorqanizm və hüceyrə kulturlarının yetişdirilməsi üçün istilik inkubatoru, materialların saxlanması məqsədilə dərin dondurucu, hüceyrə strukturlarının parçalanması, biomolekulların çıxarılması üçün ultrasəs homogenizatoru, dəqiq müşahidə, habelə rəqəmsal sənədləşdirmə imkanı verən flüoresent trinokulyar mikroskop və digər ən müasir avadanlıqlar quraşdırılıb. Laboratoriya bioloji nümunələrin kompleks analizi, hüceyrə və mikroorqanizmlərin tədqiqi, eləcə də ən aktual araşdırmaların aparılması baxımından strateji əhəmiyyətə malik elmi müəssisə kimi fəaliyyət göstərəcək.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://unikal.az
archiveBu xəbər 19 Fevral 2026 18:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see369

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see308

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see288

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see287

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see283

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see283

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see278

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see261

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see256

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see251

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see250

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see246

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see246

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see240

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see237

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see232

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see229

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see223

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see200

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri