Icma.az
close
up
RU
Rektor BMU tələbəsi adını qazanan şəhid övladları ilə görüşdü Fotolar

Rektor BMU tələbəsi adını qazanan şəhid övladları ilə görüşdü Fotolar

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Builki qəbul imtahanlarında Bakı Mühəndislik Universitetinə (BMU) qəbul olunan şəhid övladları - Rahim Cəbrayılov (Kompüter elmləri) və Gülay Mirzəyeva (Biznesin idarə edilməsi) ilə görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, görüşdə bütün şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub. 

Şəhid övladları ilə görüşün Vətən müharibəsinin 5 illiyi ərəfəsində keçirildiyini vurğulayan BMU-nun rektoru Yaqub Piriyev Ermənistan silahlı qüvvələri tərəfindən 30 ilə yaxın müddətdə işğal altında saxlanılan doğma torpaqlarımızın Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, qətiyyətli qərarları, Azərbaycanın güclü hərbi potensialı, əsgər və zabitlərinin cəsurluğu ilə azad edildiyini, şəhidlərimizin, qazilərimizin qanı, canı bahasına möhtəşəm zəfərə imza atıldığını bildirib. Qeyd edib ki, bu qələbə öz lideri ətrafında dəmir yumruq kimi birləşən xalqımızın əbədilik qüruru olacaq. Azərbaycanın suverenliyinin tam bərpası yolunda canından keçən şəhidlərimiz və qazi olan əsgərlərimiz isə heç zaman unudulmayacaq. 

Dövlətimiz tərəfindən şəhid ailələrinin və qazilərimizin sosial müdafiəsi üçün görülən işləri, təhsil sahəsində verilən imtiyazları diqqətə çatdıran rektor, eyni zamanda universitetdə də onların övladlarının təhsilinə, sosial problemlərinə daim diqqət göstərildiyini, hər birinə hörmət və qayğı ilə yanaşıldığını deyib. Yaqub Piriyev BMU-da keyfiyyətli təhsil, gənclərin peşəkar inkişafı üçün yaradılmış geniş imkanları önə çəkərək, tələbələri qəbul olduqları ixtisası yaxşı öyrənməyə, universitet həyatında fəal iştirak etməyə çağırıb və onlara uğurlar arzulayıb.  

Görüşdə iştirak edən şəhid övladlarının anaları dövlətin onlara diqqət və qayğısını vurğulayıblar. Həmçinin belə bir görüş və səmimi söhbət üçün minnətdarlıqlarını bildiriblər. 

Rektor şəhid ailələrinin üzvü olan tələbələrə təhsil aldıqları müddətdə daim diqqət göstərilməsi üçün müvafiq şəxslərə tapşırıqlar verib.

Qeyd edək ki, Rahim Cəbrayılovun atası baş gizir Sübhan Cəbrayılov Vətən müharibəsi zamanı Suqovuşan, Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Qubadlının azad olunmasında iştirak edib və Qubadlı uğrunda gedən şiddətli döyüşlərdə şəhid olub. Prezident İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına və “Vətən uğrunda” medalına layiq görülüb.

Gülay Mirzəyevanın atası müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Elçin Mirzəyev isə Tərtər-Ağdərə-Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Ölümündən sonra ölkə başçısı tərəfindən “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.





Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 12 Sentyabr 2025 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see268

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see249

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see188

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see161

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see147

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see147

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see144

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see141

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri