Icma.az
close
up
RU
Rektor Emin Əmrullayevi müdafiə etdi: “Düz yoldayıq!”

Rektor Emin Əmrullayevi müdafiə etdi: “Düz yoldayıq!”

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son günlər ümumi təhsildə aparılan islahatlar cəmiyyətdə geniş müzakirələrə səbəb olub.

Modern.az-ın məlumatına görə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Rüfət Əzizov da müzakirələrə qoşulub.

O bildirib ki, təhsilin gündəm olması yaxşı haldır. Rektor elm və təhsil naziri Emin Əmrullayevin yanaşmasını "rasional və data" əsaslı adlandırıb: "Tam səmimi qeyd edim ki, cənab nazir qlobalda mövcud olan təhsil nazirləri arasında təhsili ən yaxşı başa düşən nazirlərdəndir. Bunun dəfələrlə şahidi olmuşuq. Ona görə tamamilə düz yolda olduğumuzdan əminəm".

Rektorun sözlərinə görə, həkim, mühəndis, maliyyəçi necə tam gün işləyirsə, müəllim də işləyə bilər:

"Bunun üçün də motivasiya təklif edilir - iki dəfə yüksək maaş. Sertifikasiya balı da hazırda mövcud obyektiv alətdir həmin müəllimləri müəyyən etmək üçün. Tam ştatlı müəllim dərsə hazırlaşmalı, fənni üzrə yenilikləri izləməli, valideynlə işləməli, şagirdi təhlil etməli, tədqiqat aparmalı və bəzən məqalə yazmalıdır. Bu işlər üçün vaxt ayrılır və həmin vaxtın ödənişi təmin olunur. Problem nədir?".

Rüfət Əzizov qeyd edib ki, çox vaxt məsələnin mahiyyəti kənarda qalır və ümumi narazılıqlar səsləndirilir:

"Məsələn, “dərslikdə səhv var” deyənlərin bir qismi illərlə kitablara heç baxmayıb. Bəzən iddia edilən kitablar ümumiyyətlə nazirliyə aid deyil və ya çoxdan dövriyyədən çıxıb. Ən az 3 belə hal ilə qarşılaşmışam. 

Yeni dərsliklər 2 il pilot mərhələdən keçir, rəy toplanır, müəlliflər (əsasən müəllimlər) tərəfindən beynəlxalq təcrübə əsasında hazırlanır. Nazir və nazirlik işçiləri kitab yazmır. Əminəm ki, yeni dərsliklər müasir tələblərə uyğundur, problem daha çox həmin dərsliklərdən istifadə bacarığı ilə bağlıdır".

ADNSU rektorunun sözlərinə görə, repetitorluq məsələsində əsas problem odur ki, yaxşı müəllim məktəbdə az saat dərs deyib vaxtını repetitorluğa sərf edir:

"Təklif isə budur ki, yaxşı müəllim məktəbdə tam ştatlı işləsin, digər işlərlə yanaşı, ehtiyac olduqda şagirdə əlavə dərs keçsin, kömək etsin və bunun qarşılığını alsın. 

Təhsilin gələcəyimizi müəyyən etdiyini deyiriksə, emosiyalarla deyil, real nəticələrlə danışmalıyıq. Nazirliyin illərdir apardığı islahatların məqsədi müəllimin motivasiyasını artırmaq, şagirdin öyrənməsini yaxşılaşdırmaq və məktəblərdə daha şəffaf idarəetməyə keçiddir. Bunu təkzib edən hər hansı atılmış addımı nümunə kimi belə göstərmək mümkün deyil. 

Təhsil islahatları ardıcıl və sistemli olduqda real nəticə verir. Sual ola bilər, əgər tam ştatlı müəllim modeli yaxşıdırsa, bunu niyə əvvəl etmirdilər? Məncə cavab odur ki, sistemdə müəllimlərin keyfiyyətinin artmasına və onların bir-birindən fərqləndirilməsinə ehtiyac var idi. MİQ sistemə keyfiyyətli yeni müəllimlərin daxil olmasını təmin etdi, sertifikasiya isə mövcud müəllimlərin peşə bacarıqlarının artmasını və qiymətləndirilməsini təmin etdi. Artıq sistemdə olan müəllimlərimizin keyfiyyəti daha yaxşıdır və yeni islahatlar onların motivasiyasını daha da artıracaqdır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 Noyabr 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see523

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see495

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see307

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see279

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see272

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see267

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see267

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see265

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see260

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see260

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see239

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see237

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see235

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see233

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see228

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see216

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see212

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see210

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see204

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri