Remzidən gözlənilməz qərar 35 yaşında baş məşqçi oldu
Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Uels millisinin sabiq kapitanı Aaron Remzinin yeni iş yeri bəlli olub.
Apasport.az xəbər verir ki, 35 yaşlı keçmiş futbolçu İngiltərənin “Oksford Yunayted” klubunun baş məşqçisi təyin edilib.
Beləliklə, Remzi futbolçu karyerasını başa vurduqdan sonra məşqçilik fəaliyyətinə start verib.
Qeyd edək ki, Aaron Remzi karyerası ərzində “Arsenal”, “Yuventus”, “Reyncers”, “Nitsa” və “Kardiff Siti” kimi klubların formasını geyinib. O, ötən mövsümün sonlarında “Kardiff Siti”də müvəqqəti baş məşqçi kimi də çalışmışdı.
Baxış sayı:145
Bu xəbər 24 İyun 2026 01:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















