Icma.az
close
up
RU
Rəna Soltanova aidiyyəti qurumlara məktub ünvanladı

Rəna Soltanova aidiyyəti qurumlara məktub ünvanladı

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

“Estetik Kosmetologiya Mütəxəssisləri” İctimai Birliyinin (EKMİB) rəhbəri, LBC estetik klinikasının Baş həkimi Rəna Soltanova kosmetologiya sahəsindəki uğurlarla yanaşı problemlərin də olduğunu və təşkilatın nizamnaməsində gözəllik sahəsindəki çətinliklərin aradan qaldırılması üçün aidiyyəti dövlət qurumları ilə əməkdaşlığın nəzərdə tutlduğunu bildirib.

“Qafqazinfo” xəbər verir ki, bu məqsədlə aidiyyəti qurumlara məktub ünvanlanıb.

Məktubda qeyd edilib ki, müvafiq təhsili, lisenziyası və ya sertifikatı olmadan qeyri-peşəkarların göstərdiyi xidmətlərin nəticəsində müştərilərin sağlamlığına dəyən ziyanın qarşısını almaq üçün qanun və ya normativ aktların qəbul olunmasına ehtiyac var. Bəzi prosedurlar üz və bədən anatomiyasının dərin biliklərini tələb edir, lakin bütün kosmetoloqlar bu hazırlığa malik deyillər. (Bütün kosmetoloji prosedurlar, üz ve bədən anatomiyasının dərin biliklərini tələb edir, bunun üçün isə baza ali tibb tehsilinin olmasi labüddür)

Peşəkar tibbi təhsilin olmaması və təcrübə çatışmazlığı aşağıdakı nəticələrə səbəb ola bilər: Preparatların düzgün tətbiq edilməməsi; Müştəri üçün uyğun olmayan prosedurların seçilməsi; Müştərilərin dəri tipinə və sağlamlıq vəziyyətinə görə düzgün diaqnozun aparılmaması. (Düzgün diaqnostikanın aparılmaması, anamnezin düzgün toplanmaması və ya heç toplanmaması, pasiyentə uyğun olmayan prosedurların seçilməsi, dəri tipinin düzgün seçilmemesi, inyeksiyanin potensial təhlükəli nahiyələrə yeridilməsi, agırlaşma baş verən zaman müvafiq tədbirin tətbiqinin mümkün olmaması)

Kosmetologiya sürətlə inkişaf edən bir sahədir və yeni metodlar və preparatların kifayət qədər araşdırma olmadan bazara daxil edilməsinin qarşısı alınması üçün də tədbirlər görülməlidir. Sertifikatlı və keyfiyyətli preparatlarla həyata keçirilən prosedurlar adətən baha başa gəlir. Buna görə bəzi müştərilər qeyri-peşəkar mütəxəssislərə müraciət edir və ya daha ucuz, lakin təhlükəli xidmətləri seçirlər.

Müştərilərin məlumatlandırılmaması da prosedurun nəticəsindən məmnun qalmamalarına və ya ciddi fəsadlara səbəb ola bilər. Bundan əlavə, prosedurdan sonra dərinin düzgün qulluq qaydalarını bilməmək ağırlaşmaların yaranma ehtimalını artırır.

Etik və mənəvi məsələlər də çox önəmlidir. Belə ki, bəzi kosmetoloqlar insanları erkən yaşlanma qorxusu ilə manipulyasiya etməklə, nəticələri şişirtməklə və mümkün olmayan nəticələri vəd etməklə, lazımsız və ya təsirsiz prosedurları təklif etməklə  kosmetologiyaya olan etibar azalır və peşəkarlıq şübhə altına alınır.

Müasir media və sosial şəbəkələr vasitəsilə qeyri-real gözəllik standartları formalaşdırılır. Belə ki, insanlarda komplekslər və aşağı özünəinam yaranır və xarici görünüşünü dəyişdirmək üçün kosmetoloqlara lüzumsuz müraciətlər olunur. Özünə, məsləkinə hörmət edən estet həkim pasiyentin hər hansı arzusu ilə məsləhət bilmədiyi prosedur etməkdən imtina etdikdə gedib başqa yerdə həmin proseduru etdirir, sonra da peşman olub yenidən qayıdır peşəkarın yanına.

Rəna Soltanova problemlərin həlli istiqamətində hazırladığı təkliflər paketini məktubda qeyd edib və bütün çətinliklərin aradan qaldırılmasına ölkəmizdə hər şəraitin və iradənin olmasına əminliyini vurğulyıb.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 22 Noyabr 2024 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see604

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see426

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see307

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see294

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see277

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see267

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see264

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see241

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see221

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see212

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see210

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see202

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see193

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see192

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see191

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see189

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see182

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see177

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see175

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri