Icma.az
close
up
RU
“Dövlətimiz onların ailələrini hərtərəfli qayğı ilə əhatə edib” Rəna Soltanova

“Dövlətimiz onların ailələrini hərtərəfli qayğı ilə əhatə edib” Rəna Soltanova

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Estetik Kosmetologiya Mütəxəssisləri” (EKM) İctimai Birliyin sədri, həkim dermatoloq, həkim-kosmetoloq Rəna Soltanovanın rəhbərliyi ilə hazırlanmış nizamnamənin prinsiplərinə uyğun olaraq, dürüstlük, insanpərvərlik və xeyirxahlıq kimi keyfiyyətlərlə fəaliyyət göstərməyə davam edir.

Şəhid ailələri, müharibə iştirakçıları və ümumilikdə cəmiyyətin həssas təbəqəsinə mənsub olan insanlara dəstək olmaq mənəvi borcdur.

Şəhidlərimiz və qazilərimiz vətənin müstəqilliyi və azadlığı uğrunda canlarını fəda ediblər. Dövlətimiz onların ailələrini hərtərəfli qayğı ilə əhatə edib. Vətəndaş cəmiyyəti olaraq biz də şəhid ailələrinə və qazilərimizə diqqət göstərməliyik. Şəhid analarını ziyarət edərkən onların hər biri bildirib ki, “bizim heç nəyə ehtiyacımız yoxdur, yetər ki, balamızı unutmasınlar, bizi yad etməklə onları yada salmış olursunuz, bununla da ürəyimizə su səpirsiniz”.

Onu da qeyd etmək lazımdır ki, Rəna xanımın yaradıcısı və baş həkimi olduğu “LBC” estetik klinikada və filialında “Xatirə ağacları” var ki, orada şəhərimizin şəhidlərinin şəkli yer alıb. Pasiyentlər onların yaxından tanıdıqları şəhidlərin şəkillərini görəndə qürur hissi keçirirlər. Bu, xarici ölkələrdən gələn pasiyentlər və qonaqlara da xoş gəlir.

EKM-çilər tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Masazır qəsəbəsində 3 şəhid ailəsinin yaşadıqları binaların həyətində 50 ədəd zeytun və şam ağaclarının əkilməsi də yaddaqalan və insanlara sevinc gətirən bir gün oldu. Ərazi təsadüfi seçilməmişdi. Masazırda 3 şəhid ailəsinin yaşadığı binaların həyətyanı sahəsində əkilən ağaclar illər keçdikcə öz bəhrəsini verəcək, orada yaşayan uşaqlara da örnək olacaq.

EKM İctimai Birliyinin (EKMİB) layihəsi olan “0-dan peşə  öyrən və inkişaf etdir” tədris kursunu müvəffəqiyyətlə bitirmiş və hazırda təcrübə üçün davamlı klinikaya gələn Lalə xanım şəhid Bayramov İlyas İsa oğlunun qızıdır.

Tibb təhsili tələb etməyən kosmetologiyanın bir neçə peşəsini öyrənən və tətbiq edən şəhid və qazi ailələrinin xanımları, əlil arabasında dərsə nizamlı şəkildə gələn Minarə xanımı və Lamiyə xanımın gülər üzünü görmək insanı o qədər xoşbəxt edir ki…

EKMİB-in “Xankəndi, Füzuli və Beyləqan rayonlarında kosmetoloq peşəsinin tədrisi” layihəsi hazırdır və uyğun bir zamanda həyata keçirilməsi planlaşdırılır.

Göründüyü kimi, bu kateqoriyadan olan insanların ən çox mənəvi dəstəyə ehtiyacları var. EKM İctimai Birliyi bu amal ilə müxtəlif layihələr həyata keçirir, ehtiyacı olan insanların yanında olur və onların səsinə səs verir.

Rəna xanım hər zaman həssas qruplara aid olan insanların yanında olmağa səy göstərir. O, mütəmadi olaraq valideynlərini itirmiş uşaqların qaldığı sığınacağa və zorakılığa məruz qalmış qadınlara, xəstə uşağı ilə mücadilə edən tənha analara baş çəkərək onlara dəstək olur.

R.Soltanova bildirib: “Biz inanırıq ki, birlikdə daha güclüyük” prinsipi ilə fəaliyyət göstərən EKM İctimai Birliyi bundan sonra da həssas təbəqədən olan insanların yanında olmağa və onlara dəstək olmağa niyyətlidir. EKM İctimai Birliyi olaraq, bu müqəddəs missiyanı davam etdirməkdə qətiyyətliyik.

Bu, sadəcə bizim deyil, bütün cəmiyyətin məsuliyyətidir. Bu missiyanı daha böyük miqyasda həyata keçirmək üçün hər kəsi həmrəylik nümayiş etdirməyə dəvət edirik”.








Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:233
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 10 Yanvar 2025 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see322

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see316

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see313

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see299

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see299

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see290

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see280

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see280

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see278

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see264

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see246

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see237

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see236

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see232

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see232

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see229

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see223

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see220

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see198

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri