Renat Dadaşovun Radomyak ı seçməsinin səbəbi bəlli olub Almaniyaya getmək istəyir
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun Polşanın "Radomyak" klubuna keçidinin səbəbi müəyyənləşib.
Oxu.Az Almaniya mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı forvard bu addımı yenidən özünə doğma olan ölkəyə qayıtmaq üçün atıb.
Bildirilib ki, "Leypziq" və "Ayntraxt"ın akademiyalarında futbolun sirlərini öyrənən Dadaşovun "Ankaragücü"dən ayrıldıqdan sonra başqa təklifləri də olub. Lakin onun Polşa seçimi Almaniyaya qayıtmaq arzusundan irəli gəlir.
Almaniya klubları Polşa çempionatının ən yaxşı futbolçularını cəlb etdikləri üçün Renat Dadaşov da "Radomyak"da özünü göstərmək üçün keçid təklifini qəbul edib.
Qeyd edək ki, Renat Dadaşov "Radomyak"la bir il uzatmaq şərti ilə mövsümün sonuna qədər müqavilə bağlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 26 Fevral 2025 09:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















