Icma.az
close
up
RU
Rənglər Şəfa Abdulla yazır

Rənglər Şəfa Abdulla yazır

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Şəfa ABDULLA

Sübhün qaranlığında küçə lampasında daha çox hiss edilən dünyaya qarışma cəhdləri qarşıma çıxır hər yerdə, hər addımda. O pəncərə nə qədər çirkli olsa da, ardındakı təmizlənməni, saflaşmanı əsən hər budağın titrəşən yarpağında, o yarpağın üstündə sıralanan damcıların şəffaflığında görmək olar. Məsum olan o şəffaf damcılardır.

Boz xilas rəngidir. Ardındakı 50 çaları görməmək üçün bir rəngə sığınmaq edə biləcəyin ən böyük xəyanətdir. Dünyanı sadəcə boz görmək daltoniklik vərdişi yaradacaq, bu vərdiş həm özünə, həm ətrafında nəfəs alan hər şeyə bozluğun rəngsizliyini qatacaq.

Pəncərənin bu tayında olan dibçəkdəki çiçəklər çölə baxarkən gözlərini qaçırdır. Onlar heç nəyin mübarizəsini aparmayıb, öz köklərinə tutunmaqdan başqa. Bunun üçün də xüsusi bir cəhdləri yoxdur. Çox asanlıqla, ya ortam, ya hava, ya su, ya işıq bəhanəsiylə vaz keçə bilirlər yaşamaqdan. Həyatda qalmaq üçün mübarizə aparmırlar çünki. Heç vaxt o günəşin isidən və canlandıran şüasını birbaşa hiss etməyib, o küləyin həyəcanını yaşamayıb. Yarpaqlarınıın düşəcəyindən, bir parçasını itirəcəyindən qorxmayıb. Soyuğu hiss etməyib məsələn, həmişə arada bir şüşə parçası olub. Həyatın əsl üzünün, ən gözəl tərəfinin mübarizə aparmaq olduğunu bilməyib məsələn. Onun savaşmağa dəyər bir yer olduğunu bilmədiyi üçün rahat vaz keçiblər çiçəklər.

Öz kökündən, hüceyrəsindən bir parçanın çöldə, gerçək həyatın olduğu bir yerdə varoluş mübarizəsini görməzdən gəlmək edə biləcəyin ən böyük xəyanətdir.

Min ildən bəri dəyişməyən, göz işlədikcə görünən eyni rəngin hökmranlığında fərqli rəng, məsələn, firuzəyi olmaq istəmək mübarizələrdən ən gözəli ola bilər, məsələn.

Çox olan, sabit olan, qəbul görülmüş olan qorxutmursa, dünya, sadəcə özünə verə biləcəyin hesabın varsa, qiymətlidir. Hesab soruşmasan, özünü sorğu-suala çəkməsən, problem var, əsasən.

Rəngin fərqlidirsə, qoxun yenidirsə, səsin tək çıxırsa, hər alqışa əlin tərpənmirsə, “məhkumluq” kəlməsinin 9 hərfinin hər birini ayrı-ayrılıqda rədd edirsənsə, bozun udmadığı məsumluq, təmizlik borclu olduğun o uşaq üçün əlindən gələni edib deməkdir.

Təsdiq olunmaq, təqdir olunmaq burulğanında boğulmaq sonsuz ehtimalları olan taleyinə edə biləcəyin ən böyük xəyanətdir.

Nəticədə gündüzün səs-küyü, məhkumiyyəti, məcburiyyəti, qələbəliyi, qorxusu çəkilmə yaşayan təlatümlü dəniz dalğasından geridə qalan xırda balıqqulağı zərrəsi kimi yalnız və bir tək özünə borclusan gün sonunda. O sular çəkiləndə fikir ver ətrafına, gecənin qaranlığında hər kəs yatanda pıçıltını, nəfəs yolundan keçən xışıltılı havanı (ədəbiyyatda buna “köks ötürmək” deyə bəzək vurulur, amma nə fayda) kim eşidir? Susanda kim dinləyir səni? Sükutunu kim anlayır? Ətrafında suyun çəkilməsindən qalan, ən yaxşı halda, bəxtin gətirsə, kiçik balıq balasıdır. Nəfəsi tükənən, atılıb düşən, sən ona, o sənə baxarkən yenidən, daha sürətlə gələn dalğanı gözləməkdən başqa çarəsi olmayan balaca qara balıq.

Bir ömür boyu həyatın bir addım ötəsini, dənizin o tayını, dağın o üzünü maraq etmirsənsə, sorğulamırsansa, bu, özünə edəcəyin ən böyük xəyanətdir.

Əgər rəngləri, bitkiləri, yağışı, qarı dinləyə bilirsənsə, onların dediklərini anlamaq, ifadə etmək üçün cəhd etmirsənsə, bu, iki qulağına, iki gözünə, barmaq ucundakı atom parçalarına, atan nəbzinə edəcəyin ən böyük xəyanətdir.

Bu qədər xəyanətin içində heç birimiz məsum deyilik...

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://525.az
archiveBu xəbər 18 İyul 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see355

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see347

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see305

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see282

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see271

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see270

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see255

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see231

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see231

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see223

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see213

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see211

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see210

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see210

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see199

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see199

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see194

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see193

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see187

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri