Icma.az
close
up
RU
Rənglərin sehrində yaşanan ömür

Rənglərin sehrində yaşanan ömür

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Günlərin birində Los-Ancelesdən gələn telefon zəngi məni çox təəccübləndirdi. Okeanın o tayından mülayim tərzdə danışan şəxs neçə illər əvvəl Bakı şəhərindəki 99 saylı orta məktəbdə eyni sinifdə oxuduğum Nazim Hacıyev idi. Hal-əhval tutduq, keçmişdən, olub-keçənlərdən xeyli danışdıq.

Nazim ziyalı ailəsində boya-başa çatıb. Atası Əlibala müəllim tanınmış mühəndis, anası Ədilə xanım isə neftçi olub. Əmisi Böyükağa Hacızadənin rəssam olması onda fırça ilə işləməyə, rəsm əsərləri yaratmağa maraq oyadıb və istedadlı rəssam kimi formalaşmasında böyük rol oynayıb. Hələ kiçik yaşlarından cizgi filmi qəhrəmanlarının, tanınmış idmançıların rəsmlərini çəkməyə həvəs göstərən “kiçik rəssam” maraqlı, təbii, canlı şəkilləri ilə hamını heyran edib, məktəbdə hər kəsin sevimlisinə çevrilib. Orta məktəbi bitirdikdən sonra Bakı Texniki Peşə Məktəbini rəssamlıq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1985-1986-cı illərdə SSRİ Dövlət Kinemotoqrafiya sahəsində yaradıcı və idarəçi mütəxəssislər üçün ixtisas kursunu uğurla başa vurub. Təhsil aldığı illərdə ərsəyə gətirdiyi sənət əsərləri ilə fərqlənib.

Ötən əsrin 80-ci illərini Nazim Hacıyev yaradıcılığının ən məhsuldar dövrü hesab etmək olar. Belə ki, 1988-ci ildə çəkilmiş, dövlət və bir sıra beynəlxalq mükafatlara layiq görülmüş “Yaramaz” filminin baş prodüseri və rəssamı Nazim Hacıyevdir. Film Bernardo Bertoliccinin Film Ensiklopediyasında “Bütün zamanların 35 ən yaxşı filmi” siyahısına daxil edilib. Həmçinin, XXI Ümumittifaq Film Festivalının I Mükafatı (1988), Azərbaycan Respublikasının Dövlət Mükafatı (1991), Odessa Beynəlxalq Film Festivalının “Qızıl Hersoq”, Bolqarıstanın Qabrovo şəhərində keçirilən Beynəlxalq komediya filmləri kinofestivalında "Çarli Çaplinin qızıl əsası", “Ən yaxşı orijinal hekayə” (2018), “Ən yaxşı Avropa filmi” mükafatlarına (2018), “Qızıl balqabaq” qısa film müsabiqəsinin Xüsusi Mükafatı (2019), Emmy və digər mükafatalara layiq görülüb.

Onun filmoqrafiyasına “Bəyin oğurlanması” (1985), “Min bir gecə” (2000), “Qar zamanı” (2018) və sair filmlər daxildir. Həmin illərdə çəkilmiş bir çox filmlərin quruluşçu rəssamı olan Nazim Hacıyevin dünyanın yüzdən çox mötəbər sərgilərində rəsm əsərləri nümayiş olunub.

1995-ci ildən etibarən yaradıcılığını qardaş Türkiyədə davam etdirən rəssam maraqlı layihələrə imza atır. Hazırda Los-Ancelesdə Əhməd Çelikin Anadolunun qədim tarixini əks etdirən “Hattuşalı adam” romanı əsasında çəkiləcək filmdə rejissor, baş rəssam və sənət rəhbəri kimi yaradıcı heyətlə birlikdə çalışır. Filmin çəkilməsində əsas məqsəd tarixin müəyyən bir dövrünə iz qoymuş, dövlətçiliyi, özünəməxsus mədəniyyəti olan xalqın tanıdılmasıdır. Yəni “Hattuşalı adam” əslində, bir xalqın yaddaşıdır.

Qeyd edək ki, professor Feridun Tuna Türkiyənin Çorum vilayətinin Boğazkale rayonunda yerləşən və 8 min illik tarixə malik Hattuşa Antik Şəhərində arxeoloji qazıntılar zamanı günümüzdən təxminən 3350 il əvvələ, yəni Hett dövrünə aid bir məzarda küplərin içində daş kitabə aşkarlayb. Bu kitabə əsasında türkiyəli arxeoloq, professor Ahmet Çelik “Hattuşaziti: Hattuşalı adam, Anadoludan eski bir elçi” adlı tarixi roman yazıb. Əsər Hollivudun qlobal miqyasda mühüm layihələrindən bəzilərinə imza atmış, “Avatar” film şirkətinin tanınmış rejissor və prodüserlərindən Shavn Anthony Sequeiranın marağına səbəb olub və bu əsər əsasında “SAS Movie Studios” tərəfindən “Hattuşalı adam” tarixi epik filmin hazırlıqlarına başlanılıb.

Filmin ssenarisi, professor Ahmet Çelikə məxsusdur. “Hattuşaziti: Hattuşalı adam”- qədim Anadolu torpaqlarının yaddaşını, Hitit sivilizasiyasının zəngin irsini beynəlxalq auditoriyaya çatdıracaq. Film tarix, arxeologiya və insanlıq yaddaşını sənət vasitəsilə canlandıraraq türk kino tarixində yeni səhifə açacaq.

Nazim Hacıyev məharətli rəssam, tarixin dərin qatlarına bələd olan ziyalıdır. Onu tanıyan hər kəs qədim Türk tarixi barədə faktlara əsaslanan maraqlı söhbətlərini dinləməkdən zövq alır.

Qəzənfər NİFTƏLİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Sentyabr 2025 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see365

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see354

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see289

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see285

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see283

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see279

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see275

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see260

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see235

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see226

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see223

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see222

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see221

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see218

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see214

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see214

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see212

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see197

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see183

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri