Icma.az
close
up
RU
Əlvan rənglərin rəqsi

Əlvan rənglərin rəqsi

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Azərbaycanda Elnarə Xəlilova ad-soyadlı iki sənətkar var. Biri müğənni və aktrisadır, digəri isə rəssam. Bu dəfə rəssam Elnarədən söhbət açmaq istəyirik.

Hələ kiçik yaşlarından güclü rəng duyumu olan Elnarə bu gün çağdaş incəsənətimizi layiqincə təmsil edənlərdir. 1987-ci ildə  Bakıda anadan olub. 1994-cü ildə Fikrət Tağıyev adına 72 saylı tam orta məkəbə gedib. Oxumağı, yazmağı öyrəndiyi bu məktəbdən 2002-ci ildə ayrılıb və Bakıxanov qəsəbəsi 1 saylı Bakı Peşə Liseyinə qəbul edilib. O, sevdiyi sənətin sirlərini pedaqoq rəssam Məzahir Rüstəmovdan öyrənib. Uğur pillləri ilə irəlilədikcə məqsədləri də artmağa başlayan gənc qız peşəkar rəssamlıq təhsili almağın vacib olduğunu düşünüb və 2015-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rəngkarlıq fakültəsinə qəbul edilib. Akademiyada təhsil aldığı illərdə Azərbaycan Rəssamlar İttifaqının üzvləri Arif Kazımov, Bəxtiyar Yusifov, Telman Abbasov kimi ustadlardan bu sənəti dərinliklərinə qədər mənimsəyib.    

Elnarənin uğurlu təhsil illəri ötdükcə vaxt gəlib çatır diplom müdafiəsinə. Gənc rəssam qız “Kino və televiziya” mövzusunu seçir. Bu yolda ona  kino, geyim və dekor sənətçisi, Xalq rəssamı Mayis Ağabəyov əsl dəstəkçi olur, yol göstərir. O, kino rəssamlığı haqqında bilmədiyi bir çox sirrə vaqif olur. Viktor Hüqonun “Səfillər” romanını diplom mövzusu seçir. Böyük sevgi ilə çalışaraq uğurlu rəsm əsəri ərsəyə gətirir. Həmin tablo müəllim heyəti tərəfindən yüksək qiymətləndirilir. Bu uğur  gənc sənətçiyə qol-qanad verir. O, bir çox respublika vəbeynəlxalq rəsm sərgilərinə qatılır, müxtəlif diplom və mükafatlara layiq görülür.  Beləcə, ölkə üzrə istedadlı rəssam kimi adını tanıtmağa nail olur. 

Elnarə Xanlarova gənc olmasına baxmayaraq, daim yaradıcılıq axtarışında olan,  öz dəst-xəttini qoruyan rəssamlardandır. İstər kağız üzərində çəkdiyi qrafik əsərlərdə, istərsə də kətan üzərinə həkk etdiyi yağlı boya, akril texnikalı əsərlərdə bunu görüb hiss etmək olur. Kolorit zənginliyinə xüsusi diqqət yetirməsi diqqəti cəlb edir.     “Sübh çağı”, “Kəlağayı”, “Zəfər Tağı”, “Avtoportret”, “Bahar müjdəli naturmort”, “Gövhərağa məscidi”, “Şərq Sənəmləri”, “Çayxor”, “Sevgi nəğməsi”, “Ağoğlan monastırı”, “Balıqçılar evi” və s. kimi bir çox əsərləri əlvan koloriti və maraqlı süjet xətti ilə seçilir. O, sadə və mürəkkəb kompozisiyalı əsərlər yaradır, rəsmlərində işıq–kölgə effektlərindən uğurla istifadə edə bilir. İstedadlı rəssamın çəkdiyi təbiət təsvirləri və insan obrazları şən əhval-ruhiyyəli, olduqca nikbin və gözəldir. 

Elnarə xanım bir müddət İçərişəhərdə yerləşən “Medina Gallery”də fəaliyyət göstərib. Vaxt tapdıqca rəssam dostları ilə plenerlərə qatılaraq gördüyü canlı, füsunkar təbiət gözəlliklərini, günəşi, göy üzünü, mavi buludları, ağacları zəngin rənglərin ahəngi ilə təsvir etməyi də unutmur. O, 2018-ci ildən etibarən bir çox festivallara qatılıb və “Başlanğıc” adlı kataloqu dərc olunaraq sərgisi keçilib. 

İnanırıq ki, öz sənət yolunu tapmağı bacaran Elnarə Xanlarovanın əsərləri tezliklə   çox böyük qalereyaların, muzeylərin daimi ekspozisiyalarını bəzəyəcək. 

Ziyarət Cabarova-Qəhrəmanova

sənətşünas, Azərbaycan Dövlət Rəsm Qalereyasının böyük elmi işçisi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:232
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Aprel 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see226

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see214

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see212

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see209

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see204

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see200

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see196

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see194

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see193

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see188

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see186

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see186

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see183

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see182

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see182

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see181

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see180

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see179

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see173

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri