Icma.az
close
up
RU
Repetitor fəaliyyəti olmazsa, universitetlərə plan yerləri boş qalacaq

Repetitor fəaliyyəti olmazsa, universitetlərə plan yerləri boş qalacaq

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Abituriyentlərin yüksək bal toplaması repetitor fəaliyyəti ilə sıx bağlıdır. Hər zaman qeyd edirəm ki, repetitor fəaliyyəti olmazsa, ali təhsil müəssisələrində plan yerləri boş qalacaq, eyni zamanda yüksək bal toplayan abituriyentlərin sayı aşağı düşəcək".

Bu fikirləri Redaktor.az-a təhsil eksperti İlqar Orucov abituriyentlərin imtahan nəticələrində repetitorların rolunu şərh edərkən bildirdi.

Onun sözlərinə görə, universitetdə müəyyən sayda plan yerləri olur və həmin yerlərə planda nəzərdə tutulnadan dəfələrlə çox müraciət olur:

"Bu rəqabət mühitində aşağı bal yığanlar da heç də az deyil. Nəticələrin zəif olması ilə bağlı bir çox məqamlar var. Bəzi abituriyentlər baxmayaraq ki, savadlı olurlar, lakin imtahan zamanı psixoloji baxımdan onların hazır olmamaları nəticəyə təsir göstərir. Yüksək savada malik olan abituriyentin imtahan nəticəsi minimum ola bilməz. Ümumilikdə, orta məktəbi bitirən məzunların hər birindən yüksək nəticə qazana bilmərik. Bunu təhsil adamı, alim olaraq bildirirəm. Orta məktəbi bitirən məzunların hamısı ali məktəbə qəbul ola bilməzlər. Bu, dünyanın bütün ölkələrində belədir. Hər məzundan ali təhsil almaq arzusunu da gözləyə bilmərik. Məzunlar içərisində peşə təhsili almaq istəyənlər və ya heç təhsil almaq istəməyənlər olacaq, bu, başa düşüləndir. Əsas məsələ odur ki, Azərbaycan cəmiyyətində təhsilə maraq hər zaman var. Məzunlarımızın yalnız Azərbaycan ali təhsil müəssisələrinə qəbul olmaqla kifayətləndiyini deyə bilmərik".

Ekspert qeyd etdi ki, xeyli sayda gənclərimiz hər il dünyanın müxtəlif ölkələrində ali təhsil alırlar.

"Mübadilə proqramları, xaricdə təhsil proqramları və sair vasitəsilə xaricə üz tuturlar. Eyni zamanda, ailələr övladlarını çox yüksək maliyyə qarşılığında xarici ölkələrə göndərirlər. Tanınmayan universitetləri nəzərdə tutmuram. Xaricdə təhsil almaq heç də asan deyil. Cəmiyyətdə çox önəm verilən məsələlərdən biri valideynlərin övladlarının təhsilinə maraqlı olmasıdır. On min nəfər bir ildə məzun olursa, onların hər birinin ali təhsil müəssisələrinə qəbul olmasını nə gözləyə, nə də görə bilmərik. Məktəbin həm də vəzifəsi vətəndaş yetişdirməkdir. Məktəb ilkin bacarıqları aşılamalıdır, amma bütün orta məktəbi bitirənlər ali təhsil alacaq, belə bir yanaşma dünyanın heç bir yerində yoxdur. Biz istəyirik ki, təhsilin keyfiyyəti artsın, təhsildə uğurlarımız daha çox olsun. Düşünürəm ki, orta məktəblərimizi elə səviyyəyə gətirməliyik ki, bizim ali təhsilə qəbulda repetitorluğun payı çox olmasın. Orta məktəbin verdiyi təhsil ilə abituriyentlər universitetlərə qəbul ola bilsinlər. Hesab edirəm ki, hədəfdə bu da olmalıdır", -  deyə İ.Orucov bildirdi.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 11 Mart 2025 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see205

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see195

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see174

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see144

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see134

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see131

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see126

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri