Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Repetitorluq təhsil sistemini məhv edir” Fəzail Ağamalıdan SƏRT AÇIQLAMA

“Repetitorluq təhsil sistemini məhv edir” Fəzail Ağamalıdan SƏRT AÇIQLAMA

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Uzun illərdir ki, Azərbaycanın təhsil sistemində repetitorluq geniş yayılıb və bu məsələ cəmiyyət arasında geniş müzakirələrə səbəb olur.

İnsanlar bəzən məktəblərdə repetitorluğun yayılması nəticəsində şagirdlərin dərs keçməməsindən, həmçinin bunun müqabilində yüksək qiymətlər tələb olunmasından narazılıq edirlər.

Görəsən, repetitorluğun təhsil sisteminə təsiri necədir?

Məsələ ilə bağlı Gununsesi.info-ya danışan Ana Vətən Partiyasının qurucusu, sabiq deputat Fəzail Ağamalının qeyd edib ki, repetitorlar Azərbaycanın təhsil sisteminə ən böyük zərbə vurur:

“Mən dəfələrlə Milli Məclisdə bu məsələni diqqətə çəkmiş, onun zərərli cəhətlərini önə çıxarmışam.

Bilmirəm, qiymətlər hansı həddə çatıb, amma bütövlükdə repetitorluğun tam əleyhinəyəm. Bu, orta məktəblərdə təhsilə ağır və ciddi zərbə vurur.

Təsəvvür edin, xüsusilə 10-11-ci sinif müəllimləri sinifdə dərs demək əvəzinə, yalnız öz repetitorluq fəaliyyətləri üçün şagirdləri cəlb etməyə çalışırlar. Artıq heç kimə sirr deyil ki, həmin siniflərdə dərslər faktiki olaraq keçirilmir. Şagirdlər sadəcə formal olaraq sinifdə olur, guya dərs keçirilir, amma müəyyən olunmuş proqram əsasında təhsil almırlar.

Məsələn, bir sinifdə 25 şagird var və onlardan 5-i riyaziyyatı, 10-u ədəbiyyatı, 5-i tarixi daha dərindən öyrənmək istəyir. Məntiqə əsasən, müəllim həmin cədvəl üzrə dərs keçməlidir. Lakin faktiki olaraq, həmin sinif ayrı-ayrı repetitorlar tərəfindən bölünür və təhsil onların evlərində və ya kurs mərkəzlərində davam etdirilir.

Bu, təhsil sisteminə alternativ deyil, əksinə, təhsili məhv edən, onu sıradan çıxaran bir biznes formasıdır. Buna qarşı ciddi mübarizə aparılmalıdır”.

Fəzail Ağamalı bildirib ki, Azərbaycanda test sistemi ilə keçirilən imtahanlar anormal səviyyədədir:

“Şagirdlər həm orta məktəbi bitirərkən, həm də ali məktəbə daxil olmaq üçün bir neçə dəfə imtahan verir. Bu, təhsil sisteminin effektivliyinə mənfi təsir göstərir.

Yaxınlarda uzun müddət təhsil sisteminə rəhbərlik etmiş Misir Mərdanov da bu mövzuda fikirlərini açıqlayıb. O, həmin problemlərin çoxdan mövcud olduğunu və dəyişikliklərin çətin olduğunu vurğulayıb.

Təhsil sistemimizin sağlamlaşması üçün repetitorluq və kurslar ləğv edilməli, repetitor işlədən müəllimlər orta məktəbdə dərs demək hüququndan məhrum edilməlidir. Ola bilər ki, müstəqil və yüksək səviyyəli kurslar mövcud olsun və şagirdlərin biliklərini artırmaq üçün fəaliyyət göstərsin.

Lakin bu kurslar yalnız dərsdən sonra olmalı, şagirdlər ilk növbədə məktəbdə müəllimlərdən təhsil almalıdır. Repetitorluq isə məktəb müəllimlərinin işi olmamalıdır.

Bəlkə də bu qayda qəbul edilərsə, təhsil sistemimizə böyük zərbə vuran və strateji sahəyə ciddi problemlər yaradan repetitorluq nəhayət aradan qalxar”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 01 Avqust 2025 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see354

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see268

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see264

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see242

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see239

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see222

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see218

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see213

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see209

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see205

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see201

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see197

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see195

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see187

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see186

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see182

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see182

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see176

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri