Icma.az
close
up
RU
“Repititorluğa son qoyulmalı, müəllimlərin maaşı artırılmalıdır” Deputatdan diqqətçəkən təklif

“Repititorluğa son qoyulmalı, müəllimlərin maaşı artırılmalıdır” Deputatdan diqqətçəkən təklif

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Təhsilin real inkişafı üçün ilk növbədə bu sahəyə daha çox maliyyə vəsaiti yönəldilməlidir. Yeni məktəblərin və uşaq bağçalarının inşası geniş miqyasda həyata keçirilməli, eyni zamanda, özəl sektorun bu prosesə cəlb olunması üçün əlverişli şərait yaradılmalıdır”.

Bunu Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Qüdrət Həsənquliyev təhsil sahəsində vəziyyəti şərh edərkən deyib.

“Tanıdığım bir iş adamı var ki, illərdir şəhər kənarında baxımsız və potensiallı bir ərazidə – şəhərin baş planına uyğun olmasına və real ehtiyac duyulmasına baxmayaraq – mənzil, məktəb və bağça kompleksi tikmək istəyir, lakin yerli icra strukturlarından müvafiq razılıq ala bilmir. Halbuki belə təşəbbüslər dövlət tərəfindən dəstəklənməli və bu cür layihələrin həyata keçməsi üçün texniki və inzibati əngəllər aradan qaldırılmalıdır.

Ali təhsilin inkişafı baxımından universitetlərin müəyyən bir mexanizmlə özəlləşdirilməsi, eyni zamanda, sosial ədalətin qorunması məqsədilə şəhid övladlarının və istedadlı gənclərin dövlət hesabına təhsil alması təmin edilməlidir. Maddi imkanı məhdud olan tələbələr üçün isə uzunmüddətli, faizsiz və rahat qaytarma şərtləri olan təhsil kreditləri təqdim olunmalıdır. Universitetlər təkcə tədris müəssisəsi yox, eyni zamanda elmi-tədqiqat mərkəzinə çevrilməli, təhsillə elmin inteqrasiyası təmin edilməlidir.”

Deputat vurğuayıb ki, ali məktəblərə qəbul prosesində əsas meyar kimi orta məktəbin buraxılış imtahanlarının nəticələri əsas götürülməlidir.

Onun fikrincə bu yolla repetitorluq sisteminə son qoymaq lazımdır:

“Müəllimlərin əməkhaqları da onların cəmiyyət qarşısındakı funksiyasına uyğun səviyyədə artırılmalıdır.

Bununla yanaşı, ölkədə beynəlxalq əhəmiyyətə malik dillərin, xüsusilə də ingilis dilinin tədrisini gücləndirmək üçün ayrıca dövlət proqramı hazırlanmalı və məktəbəqədər təhsildən başlayaraq mərhələli şəkildə həyata keçirilməlidir. Şagirdlərin xarici dildə danışıq bacarığını artırmaq üçün yerli və xarici müəllimlərin iştirakı ilə danışıq mərkəzləri və yay məktəbləri təşkil olunmalıdır.

Universitetlər xarici ali məktəblərlə əməkdaşlığa açıq olmalı, birgə proqramlar və dəyişmə mexanizmləri genişlənməlidir. Regionlarda yerləşən məktəblərə və müəllim heyətinə daha çox diqqət yetirilməli, onların infrastruktur təminatı və peşəkar inkişafı üçün əlavə resurslar ayrılmalıdır. Təhsil yalnız paytaxtın yox, bütün ölkənin strateji inkişafının əsası kimi qəbul edilməlidir”.

Şəbnəm 

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 31 İyul 2025 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see199

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see183

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see178

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see170

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see157

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see148

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see145

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see138

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see132

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see131

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri