Icma.az
close
up
RU
“Report”un direktoru: Yunanıstanın Ermənistana silah satması onun Azərbaycanla münasibətlərinin soyumasına səbəb ola bilər

“Report”un direktoru: Yunanıstanın Ermənistana silah satması onun Azərbaycanla münasibətlərinin soyumasına səbəb ola bilər

Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Afinanın İrəvana silah verməsi Yunanıstanın enerji təhlükəsizliyi sahəsində əsas tərəfdaşı olan Azərbaycanla münasibətlərinin soyumasına səbəb ola bilər.

Bu barədə “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev CBC telekanalının efirində bildirib.

O qeyd edib ki, bu məsələdə bir neçə aspekti nəzərə almaq lazımdır.

F.Hüseynəliyevin sözlərinə görə, bir tərəfdən Yunanıstan bu yolla ordusunun silahlanmasında olan köhnə silahlardan xilas olur. Digər tərəfdən isə bu, Yunanıstanla Azərbaycanın müttəfiqi olan Türkiyə arasındakı gərgin münasibətlərlə bağlı ola bilər.

"Faktiki olaraq, bu silahların Ermənistana verilməsi Afinanın İrəvana dəstək göstərməsi ilə yanaşı, həm də köhnəlmiş silahlardan xilas olmağa çalışdığını nümayiş etdirir. Lakin Azərbaycan enerji təhlükəsizliyinin təmin edilməsində Yunanıstanın əsas tərəfdaşı olmasını nəzərə almaq vacibdir ki. Buna görə də Yunanıstan tərəfi Azərbaycanın mümkün cavab addımları barədə düşünməlidir", - F.Hüseynəliyev vurğulayıb.

“Report”un direktoru Ermənistana silah tədarükçülərindən danışarkən İrəvana fəal şəkildə silah satan Hindistanı da qeyd edib. Onun fikrincə, belə tədarüklər qismən siyasi mülahizələrdən də irəli gəlir. "Hindistanın Ermənistana silah tədarük etməsi onların sınaqdan keçirilməsi üsuludur. Yeni-Delhi çox vaxt bu silahları poliqonlarda və real şəraitdə lazımi qaydada yoxlamadan Ermənistana göndərir. Bu, yəqin ki, rəsmi Bakının İslamabadla sıx əlaqələrini nəzərə alaraq Azərbaycana zidd olaraq edilir. Lakin Azərbaycan həmişə vurğulayıb ki, onun hər hansı ölkə ilə əməkdaşlığı üçüncü dövlətlərə qarşı yönəlməyib", - o bildirib.

Cənubi Qafqazdakı vəziyyəti şərh edən F.Hüseynəliyev vurğulayıb ki, bəzi Qərb ölkələri Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması prosesini ləngitmək üçün müxtəlif addımlar atır. Belə şəraitdə Ermənistan üçün ən yaxşı çıxış yolu Azərbaycanla sülh müqaviləsi bağlamaqdır.

Qeyd edək ki, bu həftə Yunanıstan KİV-ləri Afinanın Ermənistana Rusiya istehsalı olan S-300 kompleksləri verməyi planlaşdırması barədə məlumat yayıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://report.az
archiveBu xəbər 28 Noyabr 2024 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see197

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see189

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see188

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see184

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see171

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see155

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see155

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see152

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see150

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see144

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see139

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri