Icma.az
close
up
RU
Repressiyanın türkoloq qurbanı

Repressiyanın türkoloq qurbanı

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

I Türkoloji Qurultay – 100

1937-ci ilin qanlı kabusu Türkoloji Qurultayın nümayəndəsi, professor Bəkir Çobanzadədən də yan keçməmişdi

Düz 1 əsr əvvəl – 1926-cı ildə Bakıda keçirilmiş I Türkoloji Qurultay bu gün də elmi, mədəni və mənəvi ideallarımızın üstünə işıq salan böyük tarixi hadisə kimi dəyərləndirilir. Bu nadir elmi forumun və böyük mənəvi irsin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədilə Prezident İlham Əliyev 22 oktyabr 2025-ci il tarixli sərəncam imzalamışdır. Yubileylə bağlı elmi geniş araşdırmalar aparılır, konfranslar keçirilir, kitablar nəşr olunur.

Sonradan sovet rejiminin repressiya maşınından keçirdiyi I Türkoloji Qurultay iştirakçılarının bir çoxu acınacaqlı tale yaşasa da, türk xalqlarının gələcəyini dil, əlifba və mədəni birlikdə görən həmin alim, mütəfəkkir və ziyalıların əziz xatirəsi ürəklərimizdə yaşayır. Bu gün onların arzuları artıq çin olur. Türk dünyası birləşir, dostluq və qardaşlıq əlaqələri get-gedə genişlənir.

O zaman repressiyaya məruz qalan, amma indi birlik ideyalarının gerçəkləşməsindən ruhu şad olan Böyük Turan yolçularından biri də Bəkir Vahab oğlu Çobanzadədir. Krım tatar əsilli dilçi, türkoloq, mətnşünas, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor Bəkir Çobanzadə 1893-cü il mayın 15-də Simferopol qəzasının Qarasubazar şəhərində anadan olub və orada ibtidai təhsil alıb. 14 yaşında ikən qeyri-adi zəkası ilə diqqət çəkən Bəkiri Dini Xeyirxahlar Cəmiyyəti Türkiyəyə Qalatasaray liseyinə oxumağa göndərib.

“Sultaniyyə”də təhsilini davam etdirən istedadlı gənc İstanbul Universitetinin nəzdindəki üçillik ali kursda ərəb və fars dillərini mükəmməl öyrənib. Sonra o, Budapeşt və Berlin kimi akademik mərkəzlərdə çalışıb. Türk, ərəb və macar filologiyası ilə yaxından tanış olub, doktorluq dissertasiyası müdafiə edib. Macarıstan paytaxtında türk dilində çıxan “Şərq” qəzetinə redaktorluq edib. Şeirlər, ictimai-siyasi, elmi məqalələr yazıb və çapa verib.

Yetkin bir mütəxəssis kimi Vətənə qayıdan Bəkir Çobanzadə Krım İnqilabi Komitəsinin rəisi, Krım Maarif Komissarlığında tatar lisaniyyatı və ədəbiyyatı şöbəsinin müdiri olub, eyni zamanda, ali məktəblərdə, elmi-tədqiqat institutlarında çalışıb. Krım universitetində Şərq fakültəsinin professoru kimi krım-tatar dili və ədəbiyyatından mühazirələr oxuyub, oranın rektoru da olub.

Səməd Ağamalıoğlunun dəvəti ilə Azərbaycana gələn Bəkir Çobanzadə burada Yeni Əlifba Komitəsinin sədri, Yeni Türk Əlifbası Ümumittifaq Mərkəzi Komitəsinin rəhbəri təyin edilib. Orta Asiyada, Tatarıstanda, Başqırdıstan və Krımda latın əlifbasına keçidlə əlaqədar iş aparıb. Eyni zamanda, Tavrid, Bakı, Daşkənd, Fərqanə və Buxara ali məktəblərində türkologiyanın ayrı-ayrı problemlərinə dair mühazirələr oxuyub.

Bəkir Çobanzadə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində kafedra müdiri, dekan vəzifələrini bacarıqla icra edib. 1926-cı ildə I Ümumittifaq Türkoloji Qurultayın təşkilində fəal çalışıb və qurultayın rəhbərlərindən biri olub. Stalinizmin sonradan aşkarlanan gizli niyyətlərlə rəvac verdiyi həmin qurultaydan 2 il sonra Moskvada Şərq Xalqları İnstitutunun həqiqi üzvü də seçilib.

Daha sonra Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun aspirantura şöbəsinin müdiri, SSRİ EA Zaqafqaziya filialı Azərbaycan şöbəsinin, SSRİ EA Azərbaycan filialının həqiqi üzvü, Paris Dilçilik Cəmiyyətinin üzvü seçilən Bəkir Çobanzadənin sovet Şərqində yaşayan türk xalqlarının bədii ədəbiyyatının, müasir ədəbi prosesin nəzəri problemlərinin tədqiqində və dil tarixinin yaranmasında təqdirəlayiq xidmətləri olub.

Görkəmli türkoloq Krım tatar folklorunu sistemli şəkildə toplayıb, “Nogay sözlükləri” araşdırması ilə qıpçaq qrupuna aid materialları elmi dövriyyəyə gətirib. “Türk dili və ədəbiyyatının tədrisi üsulu”, “Qumık dili və ədəbiyyatı tədqiqləri”, “Türk dilinin metodikası”, “Elmi qramerin əsasları”, “Krım-tatar ədəbiyyatında qurultayçılıq və millətçilik” kimi kitabları çıxıb. Elmi məqalələri və bədii əsərləri dövri mətbuatda yayımlanıb.

Lakin Bəkir Çobanzadənin məhsuldar elmi-yaradıcılıq yolu guya burjua millətçiliyinə qarşı mübarizənin - repressiyanın sərt olayları ucbatından yarıda qalıb. 1937-ci il yanvar ayının 28-də Kislovodskinin “Qornyak” sanatoriyasında xanımı ilə dincələn professor həbs edilərək Pyatiqorsk türməsinə, oradan da Azərbaycan SSR Daxili İşlər Xalq Komissarlığının təcridxanasına gətirilib. Oktyabrın 12-də, təxminən, 20 dəqiqəlik məhkəmədən sonra ona ölüm hökmü kəsilib və ertəsi gün hökm icra olunub.

Bu il Bakıda “Elm və təhsil” nəşriyyatında işıq üzü görmüş “Repressiya olunmuş türkologiya” kitabının müəllifləri – rus araşdırmaçıları Fyodor Aşnin, Vladimir Alpatov və Dmitri Nasilov təqib olunaraq qətlə yetirilən türkoloq alimlərin sırasında professor Bəkir Çobanzadəyə də ayrıca məqalə həsr ediblər.

Məqalədə Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin Mərkəzi Arxivində saxlanılan 3 cildlik iş materiallarında əks olunmuş məlumatlar ətraflı işıqlandırılıb. İstintaq işinin 1-ci cildində onun ifadəsi əsasında göstərilir ki, ömrünün son 12 ilini Bakıda yaşamış alimin elmi əsərlərinin üçdə-ikisi (100-ə qədəri) Azərbaycan dili və ədəbiyyatı ilə bağlı olub. Onlarla dilçi və ədəbiyyatşünas alim yetişdirib.

Kitabda yazıldığına görə, hələ 1930-1931-ci illərdə bəzi məsləkdaşları həbs olunsa da, Bəkir Çobanzadə MK-da yüksək vəzifə tutan Ruhulla Axundovun himayəsi sayəsində toxunulmaz qalıb, amma bu, 1937-ci ilə qədər mümkün olub. Çünki ondan bir ay əvvəl artıq R.Axundov özü də həbs edilmişdi və işgəncələr altında edamını gözləyirdi.

İttiham sənədlərinə görə, Bəkir Çobanzadə və digər alimlərin Orta Asiyaya elmi-tədqiqat məqsədli səfərləri “mövcud əks-inqilabi millətçi təşkilatlarla əlaqə qurmaq, onların imkanlarını müəyyənləşdirmək və kadrları haqqında məlumat əldə etmək” məqsədi daşıyırmış. Sən demə, professorun 1936-cı ilin yayında Azərbaycanın rayonlarına dialektoloji və folklor materiallarının toplanması üçün son ezamiyyəti də absurd olaraq, müəllimləri və xalq yaradıcılığı nümayəndələrini öz ətrafında toplaması kimi qələmə verilibmiş.

Reabilitasiya dövrünə aid sənədlərdə bir çox hallarda Çobanzadə ilə bağlı iş materialları hətta Azərbaycan Daxili İşlər Xalq Komissarlığının sənədləri ilə də təkzib edilib. Görünən budur ki, daxili işlər xalq komissarı Sumbatov rəhbərlik etdiyi istintaqın “uğurla” yekunlaşması üçün tələsik nəticələr çıxarmaqda maraqlı olub. İstintaqçılar üzləşmə protokollarında da məhbusun dediklərinə öz qələmləri ilə “zəruri” əlavələr etməkdən çəkinməyiblər...

“Repressiya olunmuş türkologiya” kitabında müəlliflərin belə bir “ironik” (istehzalı) qeydi də var: “Bəkir Vahab oğlu Çobanzadənin ömrü bir gün uzadılmışdı...” Bu, ona işarədir ki, 1937-ci il oktyabrın 12-də verilən qərara görə, hökm dərhal icra olunmalı idi, amma 20 dəqiqə çəkmiş yekun iclasına 2 gün vaxt ayrıldığına görə, hökmün icrası 24 saat uzadılıb. Amma burası da var ki, o 1 günlük uzadılan ömür müddətində də Çobanzadə Sumbatovun və müavini Gerasimovun təhriki ilə bir neçə dəfə döyülüb. Güllələnmədən əvvəl məhbusun döyülməsinin yalnız bir adı vardı: sadizm!..

Onu da deyək ki, professorun həyat yoldaşı – aktrisa Ruqiyə Abdulina onun güllələnməsindən 1 gün sonra, yəni, oktyabrın 14-də həbs olunub və “Vətən xaininin ailə üzvü” kimi, 8 il xüsusi düşərgədə cəza çəkməyə məhkum edilib.

Bəkir Çobanzadə 44 yaşında güllələnməsindən 19 il sonra bəraət alıb. Bir təskinlik də budur ki, yekun sənəddə yazılıb: “İstintaq işini aparan Azərbaycan Daxili İşlər Xalq Komissarlığının keçmiş işçiləri: Gerasimov, Serov, Qriqoryan, Tsinman məhkum edilmiş, Sumbatov isə saxtakarlığına görə məsuliyyətə cəlb olunmuşdur”. Erməni nankor məhkəmədən əvvəl ölmüşdür.

Bəkir Çobanzadənin dəfn yeri məlum deyil. Onun xatirəsi Bakının Nizami rayonundakı küçələrin birinin adında əbədiləşdirilib.

Əli NƏCƏFXANLI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Avqust 2026 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see580

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see515

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see468

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see329

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see269

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see233

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see232

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see231

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see230

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see221

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see212

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see204

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see199

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see185

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see183

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see178

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see173

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri