Icma.az
close
up
RU
Repressiyanın astar üzü

Repressiyanın astar üzü

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

SSRİ-nin süqutu XX əsrin ən mühüm geosiyasi hadisələrindən biri kimi yalnız sosialist ideologiyasının deyil, eyni zamanda, imperiya modelinin çöküşünü ifadə edirdi. Amma bu süqut Moskvanın imperiya təfəkküründən imtinası ilə müşayiət olunmadı. Əksinə, yeni dövrdə Rusiya Federasiyası keçmiş imperiyanın nostaljisi, rus etnik üstünlüyü və ortodoks millətçiliyi üzərində formalaşan ideoloji xətlə yeni siyasi model qurmağa başladı. 

Modelin əsas dayaqları – şovinizm, islamofobiya, ksenofobiya və avtoritarizm – bir-birindən ayrı ideoloji komponentlər deyil, əksinə, bir-birini tamamlayan, qarşılıqlı şəkildə gücləndirən və yeni dövrün Rusiya dövlətçilik modelini formalaşdıran bütöv bir konstruksiyanın elementləridir. Məhz bu konstruksiya imperiya təfəkküründən doğan etnik üstünlük iddiaları üzərində qurulmuş, keçmişin siyasi ambisiyalarını yeni vasitələrlə davam etdirmək məqsədi daşıyır.

Rusiyada şovinizm dövlət siyasətinə çevrilmiş etnik üstünlük dünyagörüşüdür. Rus xalqı və mədəniyyəti digər xalqlara və mədəniyyətlərə nisbətən daha “üstün”, daha “sivil” hesab olunur. Onların yanaşması keçmiş SSRİ məkanında yaşayan xalqlara qarşı deyil, Rusiya daxilindəki qeyri-ruslara qarşı həyata keçirilir. Rusiya hakimiyyəti üçün rus etnik kimliyi milli birliyin əsası, dövlət ideologiyasının daşıyıcısı kimi təqdim olunur və bu prosesdə fərqli etnik və dini kimliklər ya assimilyasiyaya məruz qalmalı, ya da sistemdən təcrid edilməlidir.

İslamofobiya da bu modelin ayrılmaz tərkib hissəsinə çevrilərək, xüsusilə Şimali Qafqaz xalqları, tatarlar və digər müsəlman icmalar üçün təhlükəli düşmən obrazının yaradılmasına xidmət edir. İslam inancı təhlükəsizlik təhdidi, radikalizm mənbəyi və siyasi itaətsizliklə eyniləşdirilir. Çeçen müharibələrindən sonra formalaşan bu yanaşma dövlət aparatında dərin izlər buraxıb – hüquq-mühafizə orqanları və məhkəmə strukturları müsəlmanlara qarşı sistematik təzyiqləri əsaslandırmaq üçün islamofob ideoloji çərçivələrdən istifadə edirlər. Burada artıq söhbət dini dözümsüzlükdən yox, dövlətin hüquqi və inzibati resurslarının dini kimliyə qarşı yönəldilməsindən gedir. Bununla yanaşı, ksenofobiya – yəni "digərinə", "qeyri-rusa", "əcnəbiyə" qarşı köklənmiş qorxu və nifrət – geniş kütlələr arasında ictimai davranış formasına çevrilib. Bütün bunlar yalnız fərdi münasibətləri deyil, dövlətin informasiya siyasətini də əhatə edir. Televiziya, mətbuat və digər media vasitələrində qeyri-rus xalqları, xüsusilə Orta Asiya və Qafqaz mənşəli insanlar kriminal, təhlükəli və "uyğunsuz" sosial qrup kimi təqdim olunur. Beləliklə, cəmiyyətdə "daxili düşmən" obrazı tədricən leqallaşdırılır və bu düşmənə qarşı sərt tədbirlər cəmiyyət tərəfindən normal qəbul edilməyə başlayır.

İdeoloji dayaqların hamısı avtoritar idarəetmə formasında öz praktiki təcəssümünü tapır. Rusiya hakimiyyəti demokratik institutları, sadəcə, formal saxlamaqla, real gücü dar siyasi elitanın əlinə cəmləyib. Parlament hüququn icrası üçün deyil, siyasi qərarların qanuniləşdirilməsi üçün istifadə olunur; məhkəmə hakimiyyəti isə müstəqil qərar verən orqan deyil, siyasi sifarişin icraçısı kimi fəaliyyət göstərir. Media üzərində nəzarət, vətəndaş cəmiyyətinin sıradan çıxarılması və fərqli fikirlərin boğulması bu sistemin əsas fəaliyyət mexanizmlərindəndir. İctimai məkan fərqli baxışlara bağlanır, repressiv aparat isə təkcə qanun pozanları deyil, həm də fikirləri “uyğunsuz” hesab edilənləri hədəfə alır.

***

Müstəqillik uğrunda mübarizə aparan çeçen xalqı post-sovet məkanında Rusiyanın ilk olaraq total güc nümayiş etdirdiyi ərazi oldu. İki çeçen müharibəsində Rusiya tərəfindən etnik təmizləmə, kütləvi qətliamlar, mülki əhalinin məhv edilməsi, işgəncə, məcburi yoxa çıxmalar və kultural məhv siyasəti həyata keçirildi. Repressiv siyasət, eyni zamanda, Rusiyanın "siyasi itaətsizlik" göstərən xalqlara qarşı sistemli intiqam strategiyası idi. Bu gün Çeçenistan formaca federativ subyekt kimi tanınsa da, mahiyyətcə total nəzarət rejimi altındadır və insan hüquqları baxımından Rusiyanın ən repressiv bölgələrindən biridir.

1990-cı illərin sonu – 2000-ci illərin əvvəllərində Rusiyada ortaya çıxan skinhed hərəkatı – etnik azlıqlara qarşı vəhşi zorakılıqları ilə seçilən, lakin çox vaxt dövlətin göz yumması ilə fəaliyyət göstərən qrup idi. Rusiya xüsusi xidmət orqanlarının bu hərəkatları nəzarət altında saxladığı, onlara hüquqi müdaxilə etmədiyi artıq çoxsaylı beynəlxalq hesabatlarda sübut olunub.

Bu gün isə vəziyyət daha təhlükəlidir. Çünki artıq bu funksiyanı küçə radikalları ilə bərabər, polis, FSB, istintaq komitələri və prokurorluq orqanları həyata keçirirlər. Dövlətin özü zorakı ideologiyanı və etnik ayrı-seçkiliyi praktiki siyasətə çevirib. Hüquq-mühafizə orqanları etnik və dini azlıqlara qarşı təzyiqləri açıq və cəzasız şəkildə həyata keçirirlər. Xüsusilə, müsəlmanlara, çeçenlərə, tatar və başqırdlara qarşı davranışlar sistematik diskriminasiya və işgəncə ilə müşayiət olunur.

Stalin dövrü tarixin ən qanlı siyasi repressiyalarından biri olsa da, bu repressiyaların forması və "proseduru" var idi. Qanunsuz məhkəmələr, NKVD qovluqları, "troika" qərarları və işgəncəli istintaqlar olsa da, insanlar formal məhkəmədən keçirilir, məhdud şəkildə leqallaşdırılmış sistemə salınırdı. Müasir Rusiyada bu da yoxdur. İnsanlar ictimai yerlərdə, evlərində, küçədə, polis idarəsində – yəni hər yerdə döyülür, itkin düşür, işgəncəyə məruz qalır, cinayət işi açılmadan illərlə həbsdə saxlanılır. Xüsusilə, Kreml əleyhdarları, müstəqil jurnalistlər, müxalifətçilər və fəallar üçün bu repressiya total xarakter daşıyır. Stalin dövründə belə fiziki məhv prosesləri "gizli repressiya" formasında həyata keçirilirdisə, bu gün bu, açıq dövlət siyasətidir.

Son illər Rusiya ideoloji boşluğu "milli ideya" ilə doldurmağa çalışdı. Bu ideya – "rus dünyası" – etnik rusların və pravoslavların üstünlüyünü, imperiya sərhədlərinin bərpasını və rus dilinin hegemonluğunu təbliğ edir. Mövcud ideologiya həm daxili siyasətdə (azlıqların assimilyasiyası), həm də xarici siyasətdə (Gürcüstan, Ukrayna, Qazaxıstan, Moldova) aqressiyanın əsaslandırılmasında istifadə olunur.

Şovinizm təkcə etnik azlıqlara qarşı deyil, həm də liberal dəyərlərə, insan hüquqlarına və beynəlxalq hüquqa qarşı hücumlar formasında özünü göstərir. Rusiyada hüquqi dövlət anlayışı yox dərəcəsindədir; məhkəmələr siyasi sifarişlə qərar çıxarır, vətəndaş cəmiyyətləri dağıdılır, QHT-lərə "xarici agent" damğası vurulur. Rusiyanın apardığı bu siyasət çoxsaylı beynəlxalq hesabatlarda (Human Rights Watch, Amnesty International, UNHRC) qeyd olunsa da, beynəlxalq aləmin reaksiyası ya gecikir, ya da simvolik sanksiyalarla məhdudlaşır. Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi təbii toxunulmazlıq qalxanı altında öz vətəndaşlarına qarşı sistemli repressiya həyata keçirə bilir.

Bu da beynəlxalq hüquq sisteminin selektivliyini və geosiyasi ikili standartlarını üzə çıxarır. Belə şəraitdə mövcud rejim cəzasızlıq psixologiyası ilə daha da sərtləşir, daxili düşmən konstruksiyasını gücləndirir.

Stalinizm bir ideologiyanın zorakı tətbiqi idi; müasir Rusiyada isə zorakılığın ideologiyaya çevrilməsi prosesi müşahidə olunur. Bugünkü repressiyalar sistemli, ideoloji və dövlətin rəsmi alətinə çevrilmiş xarakter daşıyır. Artıq yalnız hüquq və azadlıq yox, etnik və dini mövcudluq da hədəf olur.

Müasir Rusiya totalitarizmin yeni formasını nümayiş etdirir: “Hibrid repressiya rejimi”, burada institutlar var, lakin onların hamısı şiddət maşınının təkərləridir. Sözügedən rejim isə Stalin repressiyalarını kölgədə qoyur. Çünki burada nə gizlilik var, nə məhdudiyyət, nə də hüquqi çərçivə. Sadəcə, güc var – və bu güc qarşısında insan hüquqları, vətəndaşlıq, mənəvi dəyərlər, hətta həyatın özü dəyərsizləşdirilir.

Şəbnəm ZEYNALOVA, 
XQ-nin siyasi analitiki, siyasi elmlər üzrə fəlsəfə doktoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 İyul 2025 09:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

21 May 2026 14:56see306

Sevgilisini öldürən iş adamı anlaqsız vəziyyətdə olub? Ekspertiza rəyi açıqlandı

21 May 2026 16:43see225

Bakıda söküləcək binaların yerində nələr tikiləcək AÇIQLAMA

22 May 2026 07:27see185

Xəstəlik vərəqələrini yeni qayda ilə hesablamaq mümkün olmur EKSPERT

21 May 2026 14:25see184

30 yaşdan sonra qadın bədənində nə baş verir?

21 May 2026 21:03see178

Ukrayna qüvvələri Rusiyanın Rosneft Sızran Neft Emalı Zavoduna zərbə endirib

21 May 2026 16:05see178

Ronaldu karyerasının 973 cü qolunu vurub VİDEO

22 May 2026 00:27see173

Konte İstanbula gəlmək üçün ulduz yarımmüdafiəçinin transferini tələb etdi

22 May 2026 01:22see173

Jurnalistlər üçün çay plantasiyasına mediatur təşkil olunub FOTO

21 May 2026 14:12see170

Gənclərə insan alverinin cəmiyyət üçün yaratdığı təhlükələr barədə məlumat verilib

21 May 2026 19:43see169

“Qarabağ”ın növbəti transferi kimdir? Bakıya gəldi

21 May 2026 15:49see168

“Müsahibənin mühüm hissələrindən biri də regional sabitlik və diplomatiya ilə bağlı idi” DEPUTAT DANIŞDI

21 May 2026 17:18see167

Ağ şəhərdə uçqun oldu VİDEO

22 May 2026 01:09see165

Möhtəşəm fürsət: ERKƏN UDUŞ

22 May 2026 00:43see163

Tərləmənin və pis qoxunun səbəbi BU VİTAMİN imiş

22 May 2026 07:31see163

Bir həkim olaraq xərçəngdən qorunmaq üçün ancaq bunları yeyirəm

23 May 2026 04:01see145

“Tasnim”: ABŞ və İran arasında bəzi fikir ayrılıqları üzrə irəliləyiş əldə olunub

23 May 2026 02:24see144

Trampdan Lukaşenkoya BƏD XƏBƏR

23 May 2026 03:08see143

Rusiya Ermənistandan seçim tələb etdi: Aİ, yoxsa Aİİ?

23 May 2026 04:39see143

“Casus” demişdilər Baş nazir oldu

23 May 2026 02:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri