Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rəqəmli güzgüdə görünən həqiqətlər

Rəqəmli güzgüdə görünən həqiqətlər

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İlham Əliyev: Bu gün Azərbaycanda milli statistika sistemi ardıcıl şəkildə inkişaf etdirilir, rəsmi statistik məlumatların beynəlxalq standartlara uyğun, innovativ yanaşmalar əsasında istehsalı daim diqqət mərkəzində saxlanılır

Bu günlərdə Azərbaycan dünyada ölkəmizə inamın artmasının təsdiqi olaraq daha bir mühüm beynəlxalq tədbirə ev sahibliyi edir. Söhbət Bakıda sentyabrın 24-də işinə başlayan “Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu” mövzusunda III Beynəlxalq Statistika Forumundan gedir. Ümumdünya statistika günü ərəfəsində baş tutan tədbirə 15 ölkənin və 10 beynəlxalq təşkilatın yüksəksəviyyəli nümayəndə heyətləri, nüfuzlu elmi ictimaiyyət nümayəndələri və tanınmış ekspertlər qatılıblar. Forum iştirakçılarına ünvanladığı müraciətində tədbirin önəminə diqqət çəkən Prezident İlham Əliyev bildirib: “Məmnuniyyətlə vurğulamaq istəyirəm ki, bu mötəbər tədbir milli statistika sistemlərinin inkişafı, qlobal statistik təşəbbüslərə inteqrasiya və beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır”.

Azərbaycan mükəmməl statistika üzərindən çevik dövlət siyasəti həyata keçirir

Statistika ilk baxışda quru rəqəmlər kimi görünə bilər. Lakin bu, yalnız zahiri təəssüratdır. Əslində isə statistika böyük siyasi, sosial-iqtisadi məzmuna malikdir.  Təqdim olunan dövrü statistikalarda yer alan quru rəqəmlərin arxasından milli dövlətlərin və bütövlükdə dünyanın inkişaf mənzərəsi, yaranan yeni tendensiyalar, transformasiya istiqamətləri aydın şəkildə görünür. Buna uyğun olaraq da proqnozlar verilir və gələcək hədəflər müəyyənləşdirilir. Dövlətlərin siyasəti məhz statistika üzərindən formalaşdırılır desək, əsl həqiqəti ifadə etmiş olarıq. Məsələn, hansısa bir ölkədə demoqrafik vəziyyət arzuedilən səviyyədə deyil - əhali qocalır, ölüm doğumu üstələyir. Bütün bunlar rəqəmli güzgüdə - statistikada dərhal diqqət çəkir. Beləliklə, dövlət üçün yeni çağırış yaranır. Demoqrafik vəziyyətin pisləşməsini şərtləndirən səbəblər araşdırılır. Buna müxtəlif amillər - insanların gəlir imkanlarının az olması, səhiyyə sistemindəki vəziyyət, iqlim dəyişmələri, zərərli istehsalatlar və s. təsir göstərə bilər. Dövlət statistikaya istinad etməklə adekvat fəaliyyət istiqamətləri müəyyənləşdirir.

Son illərdə dünya bir sıra çətin dönəmlərdən keçib - təxminən 200 dövləti qısa müddətdə cənginə alan COVİD - 19 qlobal pandemiya sınağı, ayrı-ayrı regionlarda alovlanan müharibələr, ekoloji böhranlar və s. Yenə də kədərli mənzərənin fəsadları statistikada öz əksini tapır. Bunlar milli dövlətlər üçün mənfi xarici təsir amilləridir və təbii ki, hər bir dövlət buna uyğun siyasətə keçid edir. Məsələn, qlobal pandemiya dönəmində biz Azərbaycanda kifayət qədər çevik transformasiya siyasətinin şahidi olduq. Dövlət vətəndaşının yanında olmaq nümunəsi göstərdi, alınan mühüm qərarlar sayəsində həm milli iqtisadiyyatımız qorundu, həm də əhalinin sağlamlığı və sosial müdafiəsi təmin olundu. Beləliklə, aydın şəkildə görünür ki, dövlət siyasətinin çevikliyinin təmin olunmasında hesabatlılıq, düzgün statistikanın təqdim olunması mühüm əhəmiyyət daşıyır. Xüsusilə də son illərdə dünyada baş verən qlobal siyasi, sosial və iqtisadi proseslər fonunda çevik qərarların qəbul edilməsi, onların icra vəziyyətinin qiymətləndirilməsi üçün etibarlı statistikanın təşkili zərurəti qarşıya yeni və daha mürəkkəb vəzifələr qoyur.

Milli statistika sisteminin uğurlu inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır

Təbii ki, inkişaf etmiş sistem qurulmadan çevik statistikaya artan tələbatı qarşılamaq da qeyri-mümkündür. Prezident İlham Əliyevin bildirdiyi kimi, bu gün Azərbaycanda milli statistika sistemi ardıcıl şəkildə inkişaf etdirilir, rəsmi statistik məlumatların beynəlxalq standartlara uyğun, innovativ yanaşmalar əsasında istehsalı daim diqqət mərkəzində saxlanılır. Eyni zamanda, süni intellekt kimi müasir çağırışlar statistika sahəsində yeni metodologiyaların, alət və yanaşmaların işlənib hazırlanmasını, gələcək hədəflərin düzgün müəyyənləşdirilməsini zəruri edir.

Tədbirdə Azərbaycanın milli statistika sisteminin keçdiyi inkişaf yolu barədə geniş məlumat verilib. Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov forumda çıxışı zamanı bildirib ki, milli və qlobal çağırışlara layiqincə cavab verməyi özünün əsas hədəfi hesab etməklə qlobal statistika ailəsinin bir üzvü kimi Azərbaycanın milli statistika sistemi də son illər ərzində daim tərəqqiyə can atıb, ciddi islahatlar yolu ilə yeni tələblərə uyğun inkişaf etdirilib. Fikirlərinə davam edən komitə sədri vurğulayıb ki, Azərbaycanda milli statistika sisteminin inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ölkədə onun rəhbərliyi ilə yaradılmış hüquqi baza əsasında bazar iqtisadiyyatı prinsiplərinə uyğun milli statistika sisteminin formalaşdırılması prosesinə başlanılıb, sonrakı illərdə uğurla davam etdirilən islahatlar rəsmi statistikanın inkişafına güclü təkan verib, statistikanın inkişafına dair ardıcıl qəbul olunmuş 6 dövlət proqramı uğurla icra edilib. Bu proqramlar çərçivəsində çoxsaylı tədbirlər həyata keçirilib, o cümlədən milli statistik təsnifatların, müasir metodologiyaların hazırlanması və tətbiqi, Milli Hesablar Sisteminin qurulması, yeni statistika sahələrinin yaradılması və təkmilləşdirilməsi, istifadəçilərin statistik məlumatlara olan tələbatının ödənilməsi, elektron statistikanın inkişafı, sahibkarların üzərinə düşən statistik yükün azaldılması, rəsmi statistika istehsalı proseslərinin səmərəliliyinin yüksəldilməsi, keyfiyyəti idarəetmə sisteminin tətbiqi, metaməlumatların işlənilməsi, statistika orqanlarının maddi-texniki bazasının gücləndirilməsi və s. istiqamətlərdə mühüm tədbirlər görülüb. Tahir Budaqovun sözlərinə görə, bunun nəticəsidir ki, ixtisaslaşmış beynəlxalq təşkilatlar tərəfindən aparılmış qlobal qiymətləndirmədə xarici ekspertlər Azərbaycanın milli statistika sistemində həyata keçirilən islahatları yüksək qiymətləndirərək onun beynəlxalq standartlara uyğun olduğunu qeyd edib, Dövlət Statistika Komitəsi “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində nüfuzlu beynəlxalq audit şirkətləri tərəfindən İSO 9001:2015 Keyfiyyəti İdarəetmə Sisteminə dair beynəlxalq uyğunluq sertifikatına layiq görülüb.

Qarşıdan gələn 2026-2030-cu illərin hədəfləri

Layihəsi hazırlanmış və müvafiq dövlət qurumları ilə razılaşdırılmış 2026-2030-cu illərdə rəsmi statistikanın inkişafına dair növbəti Dövlət Proqramında isə Azərbaycanın milli statistika sisteminin qarşısında duran yeni hədəflər göstərilib. O cümlədən beynəlxalq təcrübədən bəhrələnməklə milli statistika potensialının gücləndirilməsi, qabaqcıl milli təcrübə əsasında beynəlxalq metodoloji bazanın təkmilləşdirilməsinə töhfə verilməsi, müasir informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə statistik innovasiyaların tətbiqinə dair təcrübə mübadiləsi əsas prioritetlərdən biri kimi müəyyənləşdirilib. Hədəflənən nəticələrə çatmaq üçün  Dövlət Statistika Komitəsi bir çox beynəlxalq təşkilatlar və xarici ölkələrin aidiyyəti qurumları ilə əməkdaşlıq edir.

Bakının ev sahibliyi ilə keçirilən “Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu” mövzusuna həsr olunan 3-cü Beynəlxalq Statistika Forumunda isə əsas diqqət Milli Hesablar Sistemi-2025, valyutaların alıcılıq qabiliyyətinin pariteti əsasında Beynəlxalq Müqayisələr Proqramı, əhali və mənzil fondu siyahıyaalınmasının 2030-cu il mərhələsi, Dayanıqlı İnkişaf Məqsədlərinin monitorinqi, həmçinin sahə və çoxsektorlu layihələrlə bağlı məsələlərə yönəldiləcək.

Mübariz FEYİZLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:240
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 26 Sentyabr 2025 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see591

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see530

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see399

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see311

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see273

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see267

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see264

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see261

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see252

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see244

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see236

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see221

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see212

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see209

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see207

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see202

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

02 Noyabr 2026 01:38see198

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see193

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

02 Noyabr 2026 02:49see192

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri