Icma.az
close
up
RU
“Rəqəmsal cəmiyyətdə uşaqların zərərli və təhlükəli informasiyadan qorunması” layihəsi çərçivəsində təlimlər təşkil edilib Yeni Gündəm

“Rəqəmsal cəmiyyətdə uşaqların zərərli və təhlükəli informasiyadan qorunması” layihəsi çərçivəsində təlimlər təşkil edilib Yeni Gündəm

Icma.az, Yenigundem saytına istinadən bildirir.

“Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı, “Nar”ın dəstəyi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası və ADA Universitetinin tərəfdaşlığı ilə həyata keçirilən “Rəqəmsal cəmiyyətdə uşaqların zərərli və təhlükəli informasiyadan qorunması” layihəsi çərçivəsində Bakı şəhəri 179 və 322 nömrəli tam orta məktəblərində, Gəncə şəhəri M.Hadi adına 10 nömrəli, K.D.Uşinski adına 29 nömrəli tam orta məktəblərində, Qəbələ rayonu T.Yaqubov adına Bum qəsəbə və H.Rəşidov adına 2 nömrəli Vəndam qəsəbə tam orta məktəblərində, Lənkəran şəhəri T.Bayraməlibəyov adına 2 nömrəli və R.Məmmədov adına 5 nömrəli tam orta məktəblərində təlimlər təşkil olunub.

Bu barədə “Yeni Gundem”-ə Ombudsman Aparatından məlumat verilib.

Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun böyük məsləhətçisi Azər İsalı təlimlərdə çıxış edərək rəqəmsal mühitdə mövcud təhlükələr və onlardan müdafiə üsulları, bu istiqamətdə qanunvericilik aktları barədə məlumat verib. Təlimlərdə kiberbullinq, internet asılılığı, zərərli oyunlar, arzuolunmaz məzmunlu materialların uşaqlara təsirləri qeyd edilib, internet mühitində təhlükəsizliyin təmini istiqamətində şagird və valideynlərə tövsiyələr verilib. Eyni zamanda, rəqəmsal mühitdə uşaqların hüquqlarının qorunması istiqamətində Ombudsmanın fəaliyyəti, habelə uşaqların Müvəkkilə müraciət imkanları barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb. Təlimlərdə iştirakçılara müxtəlif tapşırıqlar təqdim edilib, onların fikirləri dinlənilib, müzakirələr aparılıb. Keçirilən təlimlərdən 1000 nəfərdən artıq şagird, 400 nəfərdən artıq valideyn faydalanıb. Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının nümayəndələri də həmin təlimlərdə müvafiq mövzular üzrə çıxışlar edib.

Təlimlərdə uşaq hüquqları və rəqəmsal mühitdə təhlükəsizliyə dair müxtəlif maarifləndirici materiallar, o cümlədən Ombudsman Aparatı tərəfindən hazırlanmış nəşrlər iştirakçılara paylanıb.

Qeyd edək ki, layihənin keçirilməsində məqsəd uşaqlar və valideynləri rəqəmsal texnologiyalardan düzgün, təhlükəsiz istifadə qaydaları haqqında maarifləndirmək və onların hüquqlarının qorunmasını təmin etməkdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 14 Dekabr 2024 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see362

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see289

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see237

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see237

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see197

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see197

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see178

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see176

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see162

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see159

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see149

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see143

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see142

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see142

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri