Icma.az
close
up
RU
Menu

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

Rəqəmsal dərsliklər gələcəkdə kağızı tam əvəz edə bilərmi? Ekspertlər cavab VERDİ

Rəqəmsal dərsliklər gələcəkdə kağızı tam əvəz edə bilərmi? Ekspertlər cavab VERDİ

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Son illər təhsil sistemində rəqəmsallaşma istiqamətində atılan addımlar, xüsusilə rəqəmsal dərsliklərin tətbiqi məsələsini daha da aktuallaşdırıb. Bu kontekstdə rəqəmsal tədris resurslarının bütün məktəblərdə istifadəsi imkanları və bunun praktik nəticələri geniş müzakirə olunur.

Bəs rəqəmsal dərsliklərin bütün məktəblərə tətbiqi nə dərəcədə mümkündür? Bu prosesin tam şəkildə həyata keçirilməsi üçün təxminən nə qədər zamana ehtiyac var? Eyni zamanda, belə bir keçid baş verərsə, şagirdlərin rəqəmsal dərsliklərə adaptasiyası nə dərəcədə rahat və effektiv ola bilər?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirdi ki, təhsilin rəqəmsallaşması deyəndə burada təkcə texnoloji yenilik başa düşülməməlidir:

"Bu, həm də kifayət qədər köklü bir sistem dəyişikliyidir. Rəqəmsal dərsliklərin bütün ölkə miqyasında tətbiqi həm ciddi üstünlüklər həm də mühüm infrastruktur və metodoloji çağırışlar vəd edir. Hesab edirəm ki, rəqəmsal dərsliklərin bütün məktəblərdə tətbiqi nəzəri cəhətdən mümkün olsa da, praktik olaraq bir neçə amildən asılıdır. Birinci problem kimi infrastruktur bərabərsizliyini görürəm. Paytaxt və iri şəhərlərdə internet və avadanlıq təminatı yüksək olsa da, ucqar kənd məktəblərində yüksək sürətli internetə və fasiləsiz elektrik enerjisinə çıxışda zaman-zaman problemlər yaranır. İnfrastruktur bərabərsizliyi dedikdə həm də şagirdlərin planşet, kompüter və noutbuklara çıxış imkanları nəzərdə tutulur. Bu isə dövlət büdcəsi üçün kifayət qədər böyük yükdür. Cihazların alınması ilə yanaşı, onların yenilənməsi və təmiri də əlavə resurs tələb edir. Əgər şagirdə verilən planşet və ya kompüter sıradan çıxarsa, həmin şagirdin rəqəmsal dərsləri necə izləyəcəyi sualı ortaya çıxır. Bütün bunlar əlavə problemlər yaradan amillərdir.

Rəqəmsal dərslik yalnız PDF formatında kitab deyil, interaktiv materialdır. Burada müəllimlərin bu resurslardan dərs zamanı istifadə etmə bacarığı texnologiyanın özündən daha vacibdir. Müəllim bu bacarıqlara malikdirmi ki, rəqəmsal dərslik və resurslardan effektiv istifadə edə bilsin? Bu məsələ xüsusi diqqət tələb edir".

Müsahibimizin fikrincə, rəqəmsal dərsliklərə keçid qısa müddətdə reallaşa bilməz:

"Tam keçidin təmin olunması üçün təxminən 5-10 il arası müddət tələb oluna bilər. Dünya təcrübəsinə nəzər saldıqda görürük ki, rəqəmsal dərsliklərə keçidlə bağlı uğurlu nümunələr mövcuddur. Məsələn, Estoniya və Cənubi Koreya mərhələli şəkildə bu keçidi həyata keçiriblər. “Sabahdan etibarən tam rəqəmsal dərsliklərə keçirik” kimi yanaşma real deyil və bu, mövcud sistemə zərər də vura bilər. Ona görə də mərhələli keçid ən doğru variantdır. Hər hansı yeniliyə keçid üçün sınaq mərhələsi mütləqdir. Pilot məktəblər seçilərək bir-iki il ərzində bu model tətbiq oluna bilər və ortaya çıxan boşluqlar müəyyənləşdirilə bilər. Çünki böyük miqyaslı dəyişikliklər büdcə baxımından da ciddi risklər daşıyır. Mövcud mərhələdə ən doğru yanaşma kimi hibrid modeli görürəm. Yəni həm kağız, həm də rəqəmsal dərsliklərin paralel istifadəsi daha məqsədəuyğundur. Kağız formatdan tam imtina edilməməlidir".

Mütəxəssisin sözlərinə görə, gələcəkdə tam inteqrasiya baş versə belə, ənənəvi kitabın yerini tam şəkildə doldura biləcək format yoxdur:

"Mövzuların mənimsənilməsində ənənəvi kitabın rolu qorunmalıdır. Kitabdan imtina real və düzgün yanaşma deyil. Rəqəmsal alətlər isə tədrisə əlavə dinamika və canlılıq gətirə bilər. Multimedia vəsaitləri və yeni yanaşmaların tətbiqi bu baxımdan faydalıdır. Rəqəmsal platformaların hazırkı mərhələdə daha çox köməkçi alət kimi istifadə olunması məqsədəuyğundur. Bu modelin üstünlüklərindən biri də şagirdlərin fiziki yükünün azalmasıdır. Valideynlər tez-tez ağır çantalarla bağlı narazılıq edirlər və rəqəmsal dərsliklər bu problemi qismən həll edə bilər. Lakin enerji və internet kəsintiləri, cihazların batareyasının bitməsi kimi risklər də mövcuddur. Yəni həm üstünlüklər, həm də çatışmazlıqlar var. Nəticə etibarilə, hibrid model ən optimal variant kimi görünür. Keçid prosesi ağıllı, mərhələli və düşünülmüş şəkildə həyata keçirilməlidir. Eyni zamanda bu istiqamətdə uğur qazanmış ölkələrin təcrübəsinin öyrənilməsi və tətbiqi də xüsusi əhəmiyyət daşıyır".

Elm və təhsil məsələləri üzrə mütəxəssis Ramin Nurəliyev isə dünyanın bir çox ölkələrində rəqəmsallaşmanın digər sahələrdə olduğu kimi təhsil sahəsinə də inteqrasiya etdiyini bildirdi:

"Bu, bizdə də mümkündür. Bunun üçün o qədər də böyük maddi-texniki bazaya ehtiyac yoxdur. Biz hər il (ən azından iki ildən bir) dərsliklər nəşr edirik və buna müəyyən qədər vəsait ayrılır. Bəlkə də bir-iki ilin, yaxud üç ilin vəsaitini ayırıb rəqəmsallaşdırma istiqamətində maddi-texniki bazaya yönəltmək olar. Burada əsasən şagirdlərə tablet, məktəblər və sinif otaqları üçün elektron lövhə, eləcə də internet resursları tələb olunur. Maddi-texniki baza, demək olar ki, bu qədərdir. Bundan əlavə, metod birləşmə rəhbərləri tərəfindən təyin olunan müəllimlər elektron formada hər fənn üzrə bütün mövzuları işləyərək, həmin mövzulara uyğun ev tapşırıqları, test bankları və s. hazırlaya bilərlər. Bu da rəqəmsal formada tədris olunan dərsliklər və ümumilikdə tədris prosesi deməkdir".

Ekspert qeyd etdi ki, onlayn dərslər və ya elektron formada dərslərin təşkili ilk baxışdan bir qədər çətin görünə bilər, lakin o qədər də ağır və mürəkkəb deyil:

"Rəqəmsallaşma xüsusilə region məktəbləri üçün daha vacibdir. Ümumiyyətlə, təhsilin rəqəmsallaşdırılmasının müsbət təsirləri çoxdur. Məsələn, soyuq aylarda, hər hansı bir təbii fəlakət zamanı, şaxtalı, küləkli və ya qarlı havalarda şagirdlərin məktəbə gələ bilməməsi hallarında, xüsusən ucqar dağ kəndlərində və regionlarda dərslərin rəqəmsal və onlayn formada təşkili tədris prosesinin davamlılığını təmin edir. Bu zaman qısa müddət ərzində şagirdlər üçün onlayn tədris prosesi həyata keçirilə bilər".

Müsahibimizin fikrincə, dərsliklər və ümumilikdə tədris prosesi rəqəmsallaşdırılarsa, hibrid tədrisin tətbiqi də xeyli asanlaşar:

"Müəyyən qeyri-adi vəziyyətlər və ya fövqəladə hallarda dərslərin onlayn keçirilməsi rəqəmsal tədris mühitində daha əlçatan olur.

Düşünürəm ki, bu prosesin tam şəkildə həyata keçirilməsi üçün o qədər də uzun müddət tələb olunmur. Bu işi rahatlıqla bir il ərzində həyata keçirmək mümkündür. Dediyim kimi, şagirdlərin elektron tablet ilə təmin olunması, sinif otaqlarının elektron lövhələrlə təchiz edilməsi, internetin təmin olunması və dərsliklərin, test tapşırıqlarının elektron formada hazırlanması bu prosesin əsas mərhələləridir".

Ramin Nurəliyev hesab edir ki, şagirdlər bu prosesə rahat şəkildə uyğunlaşa bilərlər.

"Bu da bizim üçün ciddi çətinlik yaratmayacaq. Pandemiya dövründə onlayn tədrisin tətbiqi şagirdlərin müəyyən qədər bu sahəyə alışmasına təsir göstərmişdi. Hibrid və onlayn formada tədris prosesinin həyata keçirilməsi artıq müəyyən təcrübə formalaşdırıb. Elektron formada tədrisin tətbiqi şagirdlərdə ciddi fəsadlar yaratmayacaq. Sadəcə bunun üçün müvafiq materialların hazırlanması vacibdir. Bu materiallar hazırlandıqdan sonra ilk il müəyyən çətinliklər yaşansa da, sonrakı illərdə tədris prosesinin daha rahat şəkildə həyata keçirildiyinin şahidi ola bilərik", - deyə mütəxəssis yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması" mövzusunda dərc olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 26 Fevral 2026 20:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see342

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see291

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see278

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see271

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see268

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see244

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see240

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see232

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see227

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see222

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see222

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see220

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see211

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see203

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see197

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see182

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see173

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see173

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see173

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri