Icma.az
close
up
RU
Rəqəmsal təhsil sistemi ənənəvi təhsil sistemini əvəz edə bilər?

Rəqəmsal təhsil sistemi ənənəvi təhsil sistemini əvəz edə bilər?

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Texnologiyanın sürətlə inkişaf etdiyi müasir dövrdə, rəqəmsal platformalar təhsilin ənənəvi metodlarına yeni alternativlər təklif edir. Xüsusilə onlayn təhsil, hər kəsə fərqli yerlərdən və zaman çərçivəsində bilik əldə etmək imkanı yaradır.

Mövzu barədə təhsil eksperti Əmrah Həsənli SİA-ya açıqlamasında deyib: "Onlayn təhsilin bir neçə vacib üstünlüyü vardır ki, bu artıq əlçətanlıqdır. Onlayn təhsil tələbələrə coğrafi mühit məhdudiyyətlərindən asılı olmayaraq təhsil almaq imkanı verir. Bu xüsusiyyət əsasəndə kənd və uzaq bölgələrdə yaşayan şagirdlər üçün də əsas məqamlardan biridir. Fərdi təhsil, onlayn təhsil özünü inkişafetmə bacarıqlarını inkişaf etdirir. Hər bir tələbələrin fərdi tələblərinə uyğun tədris üsullarını təklif edir. Resurslar onlayn təhsil, video dərslər, multimedialı materiallar, onlayn kitabxanalardır ki burada ənənəvi təhsildə olmayan imkanlardan biridir.
Onlayn təhsil zamanı tələbələr əsas texniki tərəfdən çətinliklə üzləşir, yəni internet əlaqəsi, platformalar düzgün işləməyəndə yaxud texniki avadanlıq olmayanda tələbələrin onlayn təhsildə çətinlik çəkməsinə gətirib çıxarır. Həmçinin burada onu da vurğulayaq ki onlayn təhsildə tələbələrdən yüksək dərəcədə özünütənzimləmə, motivasiya bacarıqları gözlüyürük ki, əksər tələbələr dərslərə diqqət ayırmaqda çətinlik çəkir və bu da əsas məqamlardan biridir.

Onlayn təhsildə ən çox istifadə edilən platformalar Azərbaycan daxil olmaqla "Zoom", "Microsoft Teams" proqramlarıdır ki, bunlar dərslərdə, onlayn görüşlər üçün əsas öyrənmə metodlarından biridir. İnternetə çıxışı olmayan tələbələr üçün onlayn dərs materialları götürə bilər ki, burada elektron dərsliklərdi, çap olunmuş tədris materiallarını aid edirik. Əlavə olaraq düzdü tam uyğun olmasa da "hybrid" təhsil sistemini götürə bilərik, yəni ənənəvi təhsil metodlarını və üsullarından onlayn dərsləri birləşdirən bir məhfumdur ki şagirdlərin daha dərsə qoşulmasını asanlaşdıra, müəyyən qədər təsir göstərə bilər. Biz həmişə rəqəmsal təhsilin keyfiyyətini artırmaq, yəni rəqəmsal təhsil və onlayn tədrisdən danışırıqsa artıq süni intellekt ortaya girəcək ki, bu da tələbələrin fərdi inkişafını izləməkdi, onların müvəffəqiyyətlərini proqnozlaşdırmaqdı. Birdə mən bir təlimdə də bunu eşitmişdim ki, blotexnologiyalar deyilən bir anlayış vardır ki blo əsaslı platforma, tədris materialları, resursları, dərsdə olan tapşırıqları mütəmadi olaraq tələbələrə təqdim etməyə imkan verir".
Ekspert əlavə edib ki, rəqəmsal təhsil sistemi ənənəvi təhsil sistemini tamamilə əvəz edə bilməz: "Bu mənim subyektiv fikrimdi, inanmıram, çünki onlayn təhsil nə qədər üstünlüklərə malik olsada ənənəvi təhsil sistemi tələbələrin sosial bacarıqlarını, üzbəüz tədris var, laboratoriya işləri varki bunları təmin etmək üçün də ənənəvi təhsildə olacaq. Qeyd edim ki, onlayn təhsil ənənəvi təhsilin tamamlayıcı bir vasitə kimi istifadə edilməsi daha məqsədə uyğun ola bilər. Bugünki gündə virtual reallıq və süni intellekt təbii ki onlayn təhsilə öz təsirini göstərir. Biz virtual reallıqdan danışsaq tələbələr real dünya vəziyyətlərini virtual mühitdə təcrübə edə bilirlər, süni intellektlə getsək tədris sürətinə uyğun daha tez dərs planlarını hazırlamaq, onların bayaqda süni intellektdən danışanda analiz etməyə imkan vermələridir ki tələbələrə bunların hamısı, onlayn təhsilə təsir edən amillərdir.
Rəqəmsal dərslərin planlaşdırılması zamanı əsas aspektlər əlçatanlıq olmalıdır, müxtəlif cihazlarda və platformalarda dərsə qoşulma imkanı mütləq şəkildə təmin olunmalıdır. Tələbələrə hər hansı texniki cəhətdən çətinlik yarananda onların köməyinə çata bilən bir mexanizm olmalıdır.

Müəllimlərin rəqəmsal savadlılığını artırmaq üçün mütləq şəkildə onlayn təhsil texnologiyaları, onların alətlərini öyrənən təlim və seminarlar təşkil olunmalıdır. Həmçinin müəllim üçün texniki dəstək məsləhət mərkəzləri xidmət kimi onlara təqdim oluna bilər, eyni zamanda müəllimlər burada öz təcrübələrini paylaşmaq və yeni metodlarını müzakirə etmək üçün yeni onlayn platformalardan istifadə edə bilər. Onlayn təhsilin sosiallaşmağa təsiri çox ciddidir. Xüsusən də gənc yaş qruplarında tələbələrin, təhsil alanların sosial əlaqələrin məhdudlaşmasına gətirib çıxarır.

Xeyrənsə Piriyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:282
embedMənbə:https://sia.az
archiveBu xəbər 24 Dekabr 2024 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1063

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see367

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see364

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see303

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see276

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see248

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see229

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see228

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see216

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see214

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see210

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see203

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see198

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see194

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see188

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see187

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see181

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see174

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see170

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri