Icma.az
close
up
RU
Rəqəmsal yaddaşın gizli xərci: XƏBƏRDARLIQ

Rəqəmsal yaddaşın gizli xərci: XƏBƏRDARLIQ

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Görünməz və sonsuz kimi görünən rəqəmsal yaddaş əslində nə qədər “bahalı” olduğunu getdikcə daha açıq şəkildə göstərir. Şəkillərlə, sənədlərlə dolub daşan “bulud” hesablarımız təkcə cibimizi deyil, təbiəti də təhdid edir.

Bakıvaxtı.az xəbər verir ki, fərdi istifadəçilərin rəqəmsal vərdişləri təkcə iqtisadi deyil, ekoloji baxımdan da ciddi nəticələr doğurur.

Artıq bir çox insan üçün tanış olan “Bulud yaddaşınız demək olar ki, dolub” bildirişi, yalnız əlavə ödənişlərlə deyil, həm də enerji sərfiyyatı və karbon emissiyası ilə müşayiət olunur. Çünki bu məlumatlar internet üzərindən uzaq serverlərdə saxlanılır və həmin serverlər nəhəng enerji ilə işləyən məlumat mərkəzlərində yerləşir.

Loughborough Universitetindən professor Tom Cekson bildirir ki, məlumat mərkəzlərində minlərlə server fasiləsiz işləyir: “Elektrik enerjisinə olan tələbat çox yüksəkdir. Hətta bu enerjinin yarıdan çoxu yalnız soyutma sistemlərinə sərf olunur”.

Tədqiqatlara görə, məlumat mərkəzlərinin yaratdığı karbon emissiyası artıq aviasiya sektorunu belə geridə qoyub. Təkcə 2021-ci ildə Google-un orta ölçülü məlumat mərkəzi gündə 1,7 milyon litr su istehlak edib ki, bu da əsasən serverlərin soyudulmasına yönəlib.

Ceksonun sözlərinə görə, “Əgər bu temp davam edərsə, 2033-cü ildə rəqəmsal məlumatların enerji tələbatı dünya üzrə ümumi elektrik istehsalını belə üstələyə bilər”.

Mütəxəssislər qeyd edir ki, məsuliyyət yalnız böyük texnologiya nəhənglərinin deyil, fərdi istifadəçilərin də üzərindədir. İstifadə edilməyən tətbiqlər, silinməyən illər əvvəlki fotolar, təkrarlanan mesajlar və fayllar məlumat mərkəzlərində lazımsız yer tutur.

Rəqəmsal strateq Adela Mey bildirir: “Rəqəmsal məkan artıq bir növ zibilliyə çevrilib. İnsanlar məlumatlarını yedəklədikdə onun ətraf mühitə təsirini düşünmür”.

Məlumat texnologiyaları üzrə mütəxəssis Olivye Subramanian isə kiçik addımların böyük dəyişikliklərə yol aça biləcəyini deyir: “İstifadə edilməyən şəkil və sənədləri silmək, e-poçtları təmizləmək, iri həcmli faylları sıxışdırmaq və ya fiziki yaddaş cihazlarında saxlamaq faydalı olar”.

Mütəxəssislərdən tövsiyələr: "Rəqəmsal təmizlik üçün bu addımları atın, lazımsız faylları silin və zibil qutusunu boşaldın, şəkillər üçün daha səmərəli formatlardan istifadə edin (məsələn .webp), avtomatik yedəkləməni yalnız zəruri tətbiqlər üçün aktiv edin, WhatsApp kimi tətbiqlərdə media fayllarının avtomatik yüklənməsini deaktiv edin, təmizlik proqramlarına ehtiyac olmadan böyük faylları əl ilə aşkarlayın".

Professor Ceksonun fikrincə: “Veri görünməz ola bilər, amma bu onun karbon neytral olduğu demək deyil. Hər bir faylın ekoloji izləri var”.

Nuriyyə Musayeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 16 Aprel 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see331

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see323

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see312

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see299

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see296

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see265

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see254

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see252

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see234

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see233

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see232

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see227

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see216

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see214

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see197

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see186

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see170

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see165

Rəşad Mahmudov: Struktur dəyişiklikləri səhiyyə siyasətinin məntiqi davamıdır

19 Oktyabr 2026 20:17see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri