Icma.az
close
up
RU
“Rəqəmsal ekologiya” ...

“Rəqəmsal ekologiya” ...

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

REİS ekologiya ilə bağlı göstərilən xidmətlərin əlçatanlığını təmin edəcək

Prezident İlham Əliyevin yanvarın 10-da imzaladığı müvafiq fərmana əsasən, ölkəmizdə “Rəqəmsal ekologiya” informasiya sistemi (REİS) yaradılıb.

“Rəqəmsal ekologiya” informasiya sistemi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) fəaliyyət istiqamətləri üzrə rəqəmsal texnologiyalardan, o cümlədən informasiya-kommunikasiya texnologiyalarından istifadə yolu ilə nazirliyin fəaliyyətinin, habelə digər fiziki və hüquqi şəxslərlə əlaqələrinin operativliyini, səmərəliliyini, şəffaflığını, eləcə də göstərilən xidmətlərin əlçatanlığını təmin edəcək. REİS-in sahibi funksiyalarını nazirlik, operatoru funksiyalarını isə nazirliyin tabeliyindəki “Geodeziya və Kartoqrafiya Agentliyi” publik hüquqi şəxs həyata keçirəcək.

REİS “Hökumət buludu”na inteqrasiya olunacaq

REİS “Hökumət buludu”na inteqrasiya olunmaqla, məlumatları “Açıq məlumatlar” portalında yerləşdiriləcək. “Rəqəmsal ekologiya” informasiya sisteminin yaradılmasında məqsəd dövlət idarəetməsinin optimallaşdırılmasından, eləcə də müvafiq sahə üzrə təhlil aparılmasını, proqnoz və hesabatların hazırlanmasını və göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsini təmin etməkdir. REİS rəqəmsal texnologiyalardan, o cümlədən informasiya-kommunikasiya texnologiyalarından istifadə yolu ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətini müasir prinsiplər əsasında qurmağı hədəfləyir. Sistem ETSN-lə  fiziki və hüquqi şəxslər arasında əlaqələrin operativliyini, səmərəliliyini, şəffaflığını, eləcə də göstərilən xidmətlərin, həmin informasiya ehtiyatlarında və sistemlərində saxlanılan məlumatların sistemliliyini və əlçatanlığını təmin etmək məqsədi daşıyır.

REİS-in fəaliyyətinin təşkili, onun saxlanılması, idarə olunması və təkmilləşdirilməsi ilə bağlı xərclər ETSN-nin sərəncamında olan məqsədli büdcə fondları və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdiriləcək.

“Mobil Prioritetli Tərtibat” prinsipi

REİS-in texniki-texnoloji infrastrukturu proqram-texniki vasitələr və proqram təminatına əsaslanacaq. Bu infrastruktura telekommunikasiya qurğuları və kanalları, informasiya ehtiyatı və onu idarəetmə paneli, ehtiyat nüsxələr daxildir. Proqram-texniki vasitələr və proqram təminatı vətəndaş və biznes yönümlü həllər əsasında “Mobil Prioritetli Tərtibat” prinsipi ilə qurularaq, REİS-in funksiyalarının həyata keçirilməsini, fəaliyyətinin etibarlılığını və təhlükəsizliyini, habelə REİS-dən istifadəni və məlumat mübadiləsini təmin edəcək. REİS fəaliyyətinin etibarlılığını və təhlükəsizliyini, operativ və keyfiyyətli xidmətlər göstərilməsini, habelə məlumat mübadiləsini təmin etmıək üçün dayanıqlı, mühafizəli, yüksəkötürücülü fiber-optik əsas və digər ehtiyat telekommunikasiya qurğularına və kanallarına malik olacaq. REİS-ə daxil edilən və ötürülən məlumatlar REİS-in informasiya ehtiyatında saxlanılacaq. Qurumun fəaliyyətinin dayanıqlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə REİS-də toplanılan məlumatlar, eləcə də ehtiyat nüsxələri “Hökumət buludu”nda saxlanılacaq.

REİS-ə ötürülən məlumatların tərkibində vətəndaşının şəxsiyyət vəsiqəsi məlumatları, ekoloji fəaliyyətlə bağlı icazə sənədinin məlumatları, vergi ödəyicisi olması barədə informasiyalar, pensiya və qüvvədə olan əmək müqaviləsi üzrə məlumatları yer alacaq.

İdarəetmənin çevikliyi və keyfiyyəti artacaq

REİS-də formalaşdırılan sənədlər “Elektron imza və elektron sənəd haqqında” qanunla müəyyən edilmiş tələblərə əsasən tərtib olunaraq rəsmiləşdiriləcək.

“Rəqəmsal ekologiya” ölkəmizdə ətraf mühitin qorunması və “yaşıl iqtisadiyyat” quruculuğu istiqamətində yürüdülən siyasətin mühüm tərkib hissəsi kimi də dəyərləndirilə bilər. 2024-cü ildə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ekoloji layihələrin icrasında yeni baxış və yanaşmalar, bu sahədə rəqəmsal təşəbbüskarlığın artması, habelə COP 29 çərçivəsində ekoloji tarazlığın qorunub saxlanılması istiq?mətində həyata keçirilən əhəmiyyətli tədbirlərdə rəqəmsal texnologiyalara üstünlük verilməsi REİS-in yaranmasını labüdləşdirdi.

Beləliklə, “Rəqəmsal ekologiya” informasiya sisteminin yaradılması Ekologiya və Təbii Sərvətlər Nazirliyinin göstərdiyi elektron xidmətlərin vahidliyini və daha müasir infrastruktura əsaslanmaqla çevikliyini təmin edəcək, digər dövlət və qeyri-dövlət orqanları ilə məlumat inteqrasiyasını genişləndirəcək. Vətəndaşların asan və rahat, fiziki təmaslar olmadan rəqəmsal ekologiya sxemi üzrə “Elektron hökumət” portalında zəruri xidmətlərə çıxışını təmin edəcək. Bu proses qeyd olunan sahədə idarəetmənin çevikliyinin və keyfiyyətinin artmasına, şəffaflığın möhkəmlənməsinə də səbəb olacaq.

E.Cəfərli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:358
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 15 Yanvar 2025 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see341

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see334

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see329

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see326

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see312

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see308

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see304

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see299

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see288

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see287

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see275

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see261

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see257

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see239

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see232

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see232

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see229

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see224

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see211

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri