Bələdiyyələrin borclarını silmək mümkün deyil Nazirdən deputata cavab
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xəbər verdiyimiz kimi, Milli Məclisin 4 komitəsinin iclasında çıxış edən deputat Siyavuş Novruzov maliyyə naziri Sahil Babayevə müraciət edərək bələdiyyələrin borclarının silinməsini xahiş edib.
Bakıvatı.az-ın məlumatına görə, nazir deputata cavab olara bildirib ki, bələdiyyələrin Dövlət Sosial Müdafiə Fonduna yaranmış borclarının silinməsi mümkün deyil.
"Sosial sığorta vəsaitləri dövlətin və ya işəgötürənin deyil, vətəndaşların vəsaitidir. Sosial sığorta vəsaitləri vətəndaşın vəsaitidir və onları nə dövlət qərarı ilə bir tərəfli qaydada silmək olar, nə başqa bir addım atıla bilər. Sosial sığorta haqlarının yığılması 2019-cu ildən Vergi Xidməti tərəfindən həyata keçirilir. Vergi orqanları tərəfindən həmin tələblər bələdiyyələrin qarşısına qoyulub ki, bu borclar ödənsin. Çünki bu vəsait vətəndaşın vəsaitidir. Bu vəsaitlər bələdiyyələr tərəfindən ödənməsə, həmin bələdiyyələrdə işləyən işçilərin gələcək pensiyalarına, onların sosial sığorta haqlarından irəli gələn müavinətlərinə təsir edəcək Ona görə də onların ləğv edilməsi, silinməsi əlbəttə ki, mövzu deyil, ola bilməz, bu, vətəndaşın haqqıdır, o vətəndaşın haqqı da ödənməlidir. Onların yaranma səbəblərinə baxılmalıdır, nəyə görə yaranıb? Çünki onun o borcların yaranması birbaşa qanun pozuntusudur. Yəni, bu borcların yaranmasına rəvac verən qurum birbaşa qanun pozuntusu həyata keçirib Sosial sığorta haqqı qanunvericiliyə uyğun olaraq əmək haqqı ödənilən zaman ödənilməlidir. Necə olub ki, bu əmək haqları ödənilib, lakin həmin vətəndaşların sosial sığorta haqları ödənməyib?", - deyə nazir bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 11 Noyabr 2026 14:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















